Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2153/2023 21.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Cəmilə Səfiyeva İbrahim qızının sədrliyi, Məhkəmə iclasının katibi Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, “X2” ASC-nin nümayəndəsi X1 iştirakı ilə “X2” ASC ( ünvan 1 ünvanında fəaliyyət göstərən VÖEN: **********) barəsində Mərkəzi Bank tərəfindən tərtib olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mərkəzi Bank tərəfindən tərtib olunan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi üzrə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən “X2” ASC Mərkəz Bankın xx.xx.2023-cü il tarixli,6-1-26/2- 6889/2023 saylı məktubu ilə tələb edilən 2022-ci ilə dair emitentin ilik hesabatını məktubda göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən “X2” ASC-nin nümayəndəsi X3 izahatında bildirdi ki, cəmiyyət barəsində tərtib olunan inzibati xəta haqqında protokolla razılaşır və cəmiyyət özünü təqsirli hesab edir. Yüngül tənbeh növü seçilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 11 sentyabr 2023-cü il tarixli, 6-1-26/2-6889/2023 saylı məktub “X2” ASC-nin ünvanına göndərilmişdir. Məktubda göstərilənlər nəzərə alınaraq 2022-ci ilə dair emitentin illik hesabatı 5 (beş) iş günü ərzində Mərkəzi Banka təqdim etmək tələb olunmuşdur, əks halda AR İXM-nin 548.2-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 11 sentyabr 2023-cü il tarixli, 6- 1-26/2-6889/2023 saylı “X2” ASC-nin ünvanına səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağı maliyyə ilə bitdikdən sonra altı aydan gec, ildə bir dəfədən az olmayaraq çağırılmalı olduğunu, emitentin illik hesabatı ilin nəticələri üzrə hazırlanır və onun ali idarəetmə orqanı tərəfindən təsdiq edildiyi tarixdən etibarən 10 gündən gec olmayaraq AR Mərkəzi Bankına təqdim edilməsi, emitentlərin illik hesabatında idarəetmə hesabatı, maliyyə hesabatları və onun yoxlanması üzrə kənar auditor rəyi ( miko və kisik sahibkarlıq subyektləri istisna olmaqla ) 2022-ci ilə dair emitentin illik hesabatı 5 (beş) iş günü ərzində Mərkəzi Banka təqdim etmək barədə məktub göndərilmişdir. Bununla da müəyyən edilir ki “X2” ASC müəyyən olunmuş müddətin keçməsinə baxmayaraq məktubda göstərilən məlumatlar təqdim etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə məsuliyyət nəzərdə tutur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, “X2” ASC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Buna görə də qurum həmin maddə ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında “X2” ASC-nin məsuliyyətini yüngülləşdirən hal təqsirini etiraf etməsidir, məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə “X2” ASC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki,ona İnzibati Xətalar Məcəlləsinin 548.2-cü maddəsində nəzərdə tutulmuş qaydada inzibati xətanın obyekti olmuş valyuta vəsaitinin dəyəri həcmində cərimə tənbeh növü tətbiq olunmalı və qurum tərəfindən həmin cərimə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: “X2” ASC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin, 1500 manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-2153/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2153/2023
21.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver