Məhkəmə qərarları › İş №3(012)-2159/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2159/2024

18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2159/2024 18.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X1 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Şəxs Qapalı Səhmdar Cəmiyyəti barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 421-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Qapalı Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 421 -ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 03 oktyabr 2024-cü il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, emitent Şəxs QSC Mərkəzi Banka müraciət edərək xx.xx.2024-cü il tarixli 01 saylı Səhmdarların ümumi yığıncağın qərarına əsasən 2000 sayda səhmin dövlət qeydiyyatına alındıqdan sonra 3 ay ərzində qapalı üsulla yerləşdirilməsinin həyata keçiriləcəyini bildirmişdir. Qeyd edilən səhmlərin xx.xx.2024-cü il tarixində dövlət qeydiyyatına alınmasına və səhmlərin yerləşdirilməsi müddətinin bitməsinə baxmayaraq, hazırki günədək QSC tərəfindən Mərkəzi Banka səhmlərin emissiyasının yekunları haqqında hesabat təqdim olunmamışdır. Halbuki, "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən investisiya qiymətli kağızlarının kütləvi təklifi və ya yerləşdirilməsi başa çatdıqdan sonra on iş günü müddətində emitent və ya investisiya qiymətli kağızlarını təklif edən şəxs Mərkəzi Banka investisiya qiymətli kağızlarının emissiyasının və ya kütləvi təklifinin yekunları haqqında hesabatı təqdim etməlidir. İnzibati xəta xx.xx.2024-cü il tarixdə QSC- nin fəaliyyət göstərdiyi ünvanda törədilmişdir. Bununla da, Şəxs QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 421-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankı və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs QSC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında arayışdan görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin hüquqi ünvanlarında bildirişdən görünür ki, Şəxs Qapalı Səhmdar Cəmiyyətinin yerləşdiyi ünvan 1 ünvanına Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən inzibati xəta haqqında icraata başlanılacağı barədə məlumat göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs QSC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 421-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, "Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanuna əsasən investisiya qiymətli kağızlarının kütləvi təklifi və ya yerləşdirilməsi başa çatdıqdan sonra on iş günü müddətində emitent və ya investisiya qiymətli kağızlarını təklif edən şəxs Mərkəzi Banka investisiya qiymətli kağızlarının emissiyasının və ya kütləvi təklifinin yekunları haqqında hesabatı təqdim etməlidir. Lakin cəmiyyət tərəfindən hazırki günədək Mərkəzi Banka səhmlərin emissiyasının yekunları haqqında hesabat təqdim olunmamışdır. Bununla da, Şəxs QSC Azərbaycan Respublikasının Respublikasının İnzibati Xətalar Məcəlləsinin 421ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. "Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 75.5-ci maddəsinə əsasən, illik və yarımillik hesabat emitent tərəfindən təsdiq edildiyi tarixdən etibarən on iş günündən gec olmayaraq Mərkəzi Banka təqdim edilməlidir. İllik və yarımillik hesabatlar bu Qanunun 75.12-ci maddəsində müəyyən edilmiş tələblərə uyğun olmadıqda, yaxud özündə təhrif edilmiş məlumatlar əks etdirdikdə, təqdim edildiyi tarixdən etibarən on beş iş günü müddətində Mərkəzi Bank həmin nöqsanların aradan qaldırılmasını və hesabatların açıqlanmasının dayandırılmasını emitentdən yazılı surətdə tələb edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 421-ci maddəsinə əsasən, qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər və emitentlər tərəfindən hesabatın və ya məlumatların verilməsindən imtina etmə və ya yayınma, yaxud təhrif edilmiş məlumatın verilməsi - Qiymətli kağızlar bazarında lisenziyalaşdırılan şəxslər və emitentlər tərəfindən "Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hesabatın və ya digər məlumatların Azərbaycan Respublikasının Mərkəzi Banka təqdim edilməsindən yayınmağa və ya imtina edilməsinə, yaxud təhrif edilmiş məlumatın verilməsi və ya onların təqdim edilməsi müddətinin pozulmasına görə - vəzifəli şəxslər altı yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs Qapalı Səhmdar Cəmiyyətinin əməlində Azərbaycan Respublikasının Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Respublikasının İnzibati Xətalar Məcəlləsinin 421 -ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 4851, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 421-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar