Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-216/2021 09.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, barəsində inzibati icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin polis mayoru X7 tərəfindən xx xxxxxx 2021-ci il tarixli İXP ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə proses iştirakçılarına lazımı qaydada məlumat verilsə də, barəsində protokol tərtib edilən şəxs məhkəməyə gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş protokol və sənədlərdən görünür ki, xx.xx.2020-ci il tarixdə Şəxs idarə etdiyi «Daevoo» markalı, **-TH-*** dövlət qeydiyyat nişanlı, 199 saylı marşrut avtobusu ilə Abşeron rayonu, Xırdalan şəhərindən Masazır dairəsinə doğru təxminən 80 km/saat sürətlə hərəkətdə olan zaman dairədə Sumqayıt şəhəri istiqamətinə doğru işıqforda dayanmış avtomobilləri görüb hərəkəti dayandırmaq üçün əyləci basmış, lakin ara məsafəsi az qaldığından qəzanın qarşısını ala bilməmiş və orada dayanmş vəziyyətdə olan X4 istifadəsində olan «Vaz-2107» markalı, **-NU-*** dövlət qeydiyyat nömrəli avtomaşınla X1 istifadəsində olan «Renault» markalı, **-LD-*** dövlət qeydiyyat nömrəli avtomobilləri arxa hissələrindən vurmuşdur. Həmin «Vaz-2107» markalı avtomobil isə zərbənin təsirindən irəli atılaraq qarşıda dayanmış X6 idarə etdiyi «Daevoo-Gentra» markalı **-MG-*** dövlət qeydiyyat nişanlı avtomobilə, sonuncu isə X2 idarə etdiyi «Opel- Astra» markalı, **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Baş vermiş hadisə zamanı «Vaz-2107» markalı avtomobildə sərnişin qsimində əyləşmiş X5 ilə azyaşlı oğlu X8 yüngül dərəcəli, X10 ilə sağlamlığa zərər vurmayan bədən xəsarətləri almışlar, qəzanın iştirakçısı olan bütün avtomobillər isə zədələnmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi özünün etirafedici izahatı, Abşeron rayonu Polis İdarəsinin polis mayoru X3 xx xxxxxx 2021-ci il tarixli İXP ******* saylı protokol və digər iş materialları ilə sübuta yetirilir. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, onun təqsirinin dərəcəsini, zərərçəkmişlərlə barışdığını, ilk dəfə inzibati xəta törətməsini, əməlindən səmimi peşman olmasını, maddi və ailə vəziyyətini nəzərə alır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi üçün mülki qaydada şikayət vermək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43,114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi üçün mülki qaydada şikayət vermək hüququ izah edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apelyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-216/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-216/2021
09.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver