Məhkəmə qərarları › İş №3(012)-2160/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-2160/2023

28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-2160/2023 28.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, Şəxs Adigözəl oğlunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Adigözəl oğlu barəsində Abşeron RPİ-si tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP5471193 saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs Adigözəl oğlu barəsində Abşeron RPİ-i tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP5471193 saylı inzibati xəta haqqında haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Barəsində inzibati icraat aparılan şəxs X1 şəhəri, 25-ci məh, ev 4, mənzil 17 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-in Bakı şəhər BPİ DYPİ tərəfindən inzibati xəta haqqında material barəsində inzibati icraat aparılan şəxs X2 qeydiyyat yeri üzrə Abşeron rayon Məhkəməsinə göndərilmişdir. Lakin İXM-nin 110.3-cu maddəsinin dispozisiya şərtlərindən göründüyü kimi nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada, yəni inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Abşeron RPİ-i tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP5471193 saylı inzibati xəta haqqında haqqında protokoldan görünür ki, inzibati xəta hadisəsi Bakı-Ələt- Qazax-Gürcüstan yolu, 185.5 km-də baş vermişdir. Məhkəmə tərəfindən inzibati xəta hadisəsinin hansı ərazidə olması müəyyənləşdirmək mümkün olmamışdır. Buna görə də material qaytarılmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki,protokol tərtib edən şəxs inzibati xətanın baş verdiyi yer üzrə ərazi aidiyyatını müəyyən edəndən sonra protokol həmin məhkəməyə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 110-cu maddəsini rəhbər tutaraq Qəraraaldım: Şəxs Adigözəl oğlu barəsində Abşeron RPİ-si tərəfindən tərtib olunmuş xx.xx.2023cü il tarixli, İXP5471193 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İzah olunsun ki, protokol tərtib edən şəxs inzibati xətanın baş verdiyi yer üzrə ərazi aidiyyatını müəyyən edəndən sonra protokol həmin məhkəməyə göndərilsin. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Sədrlik edən:Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar