Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2160/2024 21.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Barəsində inzibati xəta haqqında ”CAN-PA” Məhdud Məsuliyyətli icraat aparılan Cəmiyyətinin nümayəndəsi hüquqi şəxsin nümayəndəsi: X2 iştirakı ilə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala Abşeron rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 01 oktyabr 2024-cü il tarixli, 00100-02668/24 (EP № 0188219), 01 oktyabr 2024-cü il tarixli, 00100-02669/24 (EP № 0188220) və 01 oktyabr 2024-cü il tarixli, 00100-02670/24 (EP № 0188221) saylı inzibati xəta haqqında protokollar və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokollardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs 06 sentyabr 2024-cü il tarixdə Bakı Baş Gömrük İdarəsində **********1926 sorğu nömrəli, gömrük bəyannaməsi ilə bəyan edilərək, rəsmiləşdirilmiş, həmçinin 06 sentyabr 2024-cü il tarixdə Bakı Baş Gömrük İdarəsində **********2422 sorğu nömrəli, gömrük bəyannaməsi ilə bəyan edilərək, rəsmiləşdirilmiş və son olaraq 09 sentyabr 2024-cü il tarixdə Bakı Baş Gömrük İdarəsində **********5215 sorğu nömrəli, gömrük bəyannaməsi ilə bəyan edilərək, rəsmiləşdirilmiş Türkiyə Respublikasından 55EA644/55JJ586 nömrəli nəqliyyat vasitələri ilə gətirilmiş yükü Azərbaycan Respublikasının Gömrük Ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək, gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda Azərbaycan Respublikasının Gömrük ərazisinə gətirilmiş həmin mallara dair gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsini verməmiş, nəticəfə gömrük qaydaları əleyhinə inzibati xəta baş vermişdir. Bununla da Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi Günay Babayeva məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, barələrində tərtib olunmuş inzibati protokollarla bağlı özlərini təqsirli bildiyini, yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsi haqqında qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş səlahiyyətli orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Buna görə də məhkəmə inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş:
1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə 10 sentyabr 2024-cü il tarixdə daxil olmuş 3-33-1100/012/024862 saylı raportdan görünür ki, Şəxs ünvanına ** JJ *** nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********1926 sorğu nömrəli, gömrük bəyannaməsi ilə bəyan edilərək, rəsmiləşdirilmiş mallar Azərbaycan Respublikasının Gömrük Ərazisinə 05 sentyabr 2024-cü il tarixdə, saat 23:30-da daxil olmuş, lakin həmin mallara dair qısa idxal bəyannaməsinin gömrük orqanına təqdim edilmədiyi müəyyən edilmişdir;
2. “X1 sistemi” informasiya resursundan “malın çatdrılması və boşaldılmasına” dair çıxarışdan görünür ki, ** JJ *** nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********1926 sorğu nömrəli, gömrük bəyannaməsi ilə bəyan edilərək, rəsmiləşdirilmiş mallar 05 sentyabr 2024-cü il tarixdə, saat 23:30-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin “İpəkyolu” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir;
3. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə 10 sentyabr 2024-cü il tarixdə daxil olmuş 3-33-1100/012/025052 saylı raportdan görünür ki, Şəxs ünvanına ** JJ *** nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********5215 sorğu nömrəli, gömrük bəyannaməsi ilə bəyan edilərək, rəsmiləşdirilmiş mallar Azərbaycan Respublikasının Gömrük Ərazisinə 05 sentyabr 2024-cü il tarixdə, saat 23:30-də daxil olmuş, lakin həmin mallara dair qısa idxal bəyannaməsinin gömrük orqanına təqdim edilmədiyi müəyyən edilmişdir;
4. “X1 sistemi” informasiya resursundan “malın çatdrılması və boşaldılmasına” dair çıxarışdan görünür ki, ** JJ *** nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********5215 sorğu nömrəli, gömrük bəyannaməsi ilə bəyan edilərək, rəsmiləşdirilmiş mallar 05 sentyabr 2024-cü il tarixdə, saat 23:30-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin “İpəkyolu” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir;
5. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə 10 sentyabr 2024-cü il tarixdə daxil olmuş 05 sentyabr 2024-cü il tarixli, 3-33- 1100/012/025340 saylı raportdan görünür ki, Şəxs ünvanına ** JJ *** nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********2422 sorğu nömrəli, gömrük bəyannaməsi ilə bəyan edilərək, rəsmiləşdirilmiş mallar Azərbaycan Respublikasının Gömrük Ərazisinə 05 sentyabr 2024-cü il tarixdə, saat 23:30-də daxil olmuş, lakin həmin mallara dair qısa idxal bəyannaməsinin gömrük orqanına təqdim edilmədiyi müəyyən edilmişdir;
6. “X1 sistemi” informasiya resursundan “malın çatdrılması və boşaldılmasına” dair çıxarışdan görünür ki, ** JJ *** nömrəli nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********2422 sorğu nömrəli, gömrük bəyannaməsi ilə bəyan edilərək, rəsmiləşdirilmiş mallar 05 sentyabr 2024-cü il tarixdə, saat 23:30-da Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin “İpəkyolu” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir;
Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi MMC-nin nümayəndəsinin məhkəmə iclasında özünü təqsirli bilməsi ilə, həmçinin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin səlahiyyətli əməkdaşı tərəfindən tərtib edilmiş 01 oktyabr 2024-cü il tarixli, 00100-02668/24 (EP № 0188219), 01 oktyabr 2024-cü il tarixli, 00100-02669/24 (EP № 0188220) və 01 oktyabr 2024-cü il tarixli, 00100-02670/24 (EP № 0188221) saylı inzibati xəta haqqında protokollarla və digər iş materialları ilə tamamilə sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər.. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin: 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 22 iyul 2014-cü il tarixli, 163 nömrəli qərarı ilə təsdiq edilmiş Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydalarının 10.1-ci bəndinə əsasən gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsi aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir: 10.1.1. gömrük sərhədindən mallar elektrikötürücü xətlər vasitəsilə keçirildikdə; 10.1.2. mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildikdə; 10.1.3. malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemlərindən istifadə edilməsi üçün mallar və nəqliyyat vasitələri gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada təqdim edildikdə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli, 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2-ci yarımbəndinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Məhkəmə tərəfindən inzibati tənbeh tədbiri tətbiq edərkən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, malların gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsinin məcburi hal kimi müəyyən edilərək, MMC tərəfindən bu tələbin yerinə yetirilməməsini və qanuna əsasən həmin əməlin inzibati məsuliyyət hesab edilməsini, həmçinin məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyası hədləri daxilində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 114-115,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə R A R A A L D İ:
Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə təqsirli bilinsin və İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq edilməklə barəsində 1500 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər.
Hakim: Abusət Qasımov