Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2161/2023 07.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Xocalı rayonunda qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında çıxarılmış xx.xx.2023-cü il tarixli qərara əsasən Şəxs cəmi 60 manat məbləğində cərimə edilmişdir. Lakin qeyd olunan cəriməni Şəxs qanunvericiliklə müəyyən edilmiş müddətdə ödəməmiş, bu səbəbdən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi üzrə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş aparılan Şəxs və protokol tərtib edən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və ya nümayəndəsini göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EQ 13264727 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli qərarda nəzərdə tutulmuş 60 manat məbləğində cəriməni ödəməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, EQ 13264727 saylı qərara əsasən tətbiq edilmiş cəriməni və dəbbə pulunu məhkəmə tərəfindən qərar qəbul edilənədək ödəmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs müvafiq cərimə və dəbbə pulunu hazırkı işlə bağlı məhkəmə tərəfindən qərar qəbul edilənədək ödədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməklə Şəxs inzibati məsuliyyətdən azad olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə müvafiq olaraq həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək və toplanmış sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə düzgün tövsif olunmuş, ona təyin edilmiş cərimə və hesablanmış dəbbə pulu tam ödənildiyindən o, inzibati məsuliyyətdən azad edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə inzibati məsuliyyətdən azad edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-2161/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2161/2023
07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver