Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2161/2024 18.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X9 Ənvər qızının sədrliyi, Hacıyev Xalid Nazim oğlunun katibliyi ilə, Qərardan şikayət vermiş şəxs X2 və vəkili X7 iştirakı ilə, X2 Abşeron Rayon Polis İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN 15331555 saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Polis İdarəsi tərəfindən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN 15331555 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, Abşeron rayon Polis İdarəsi tərəfindən barəsində Azərbaycan Respublikası İXM-nin 243.0.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar barəmdə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokola istinadən qəbul edilib. Sözügedən protokolla və qərarla razı deyildir. xx.xx.2024-cü il tarixdə saat təxminən 17 radələrində tanışına məxsus Abşeron rayon Masazır qəsəbəsində yerləşən evin damından axan suların evə getməməsi üçün evin divarının dibini təxminən 15-20 sm dərinlikdə qazırdı ki, divarın dibinə tol vursun ki, axan su evə getməyərək kanalizasiyaya tökülsün. Həmin yerdə yoldan xeyli kənarda idi. Həmin vaxtı Post Patrul maşını yaxınlaşaraq saxladı. Ondan nə iş gördüyünü soruşduqda ona axan suların evə getməsinin qarşısını almağa çalışdığını söylədi. O, özü də orada həmin işin suyun evə getməməsi üçün görüldüyünü bilir və görürdü. Çünki adətən çox evlərdə onu edirlər. Elə həmin vaxtı polis əməkdaşı onunla sərt danışmağa başladı, sonra da onun qolundan tutaraq maşına məcbur mindirməyə çalışdı. O da ona ağsaqqal adam olduğunu, elə etməməsini söylədi. Daha sonra onu və oğlu X6 rayon Polis İdarəsinə gətirdilər. Orda onlara polisə müqavimət göstərdiklərini, ona görə gətirdiklərini dedikdə o havalanaraq əksinə polislərin onlara müqavimət göstərməsini söylədi. Hətda oğlu heç orda yox idi. Kənarda idi və nə baş verdiyini öyrənmək üçün gəldikdə onu da maşına məcbur mindirərək gətirmişdilər. Sonra onlar onun əl çəkmədəyini görərək onu sakitləşdirməyə çalışdılar və ona həmin polislərin cavan olduğunu, yola verməyimi söylədilər. O da sakitləşdi. Sonra da ona nə iş görməyinə görə izahat yazdıracaqlarını, heç bir cəriməsi də olmadığını dedilər. Hətta onlara bir kağız da verdilər və dediklərini yazmaqlarını söylədilər. Onlar da həmin polis əməkdaşının dediklərini oraya yazdılar. O özü də ondan niyə belə yazdırdığını soruşduqda boş şey olduğunu, narahat olmamağımı söylədi. Biz sonra idarədən çıxdıqda sahə rəisinin məni və oğlumu aldatdığını, bizə 1500 manatlıq cərimə yazdığını, heç həmin xətanın bizə aid belə olmadığını anladım və oradan çıxdıqdan sonra 102 xidmətinə də zəng edərək məlumat verdi. Həmin vaxtdan da qərarın verilməsini gözlədi ki, qərardan şikayət versin. Hətta 102 xidmətinə şikayət etdiyinə görə onu idarəyə də çağırdılar. Orda ona işi nazirliyə göndərdiklərini, ləğv edəcəklərini söylədilər. Ona daha sonra xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu icra şöbəsindən mesaj gəldikdə onların onu aldatdıqlarını, işi icraya göndərdiklərini anladı. İcraçı onun Binəqədidə yaşadığını bildikdə işi Binəqədi icra şöbəsinə göndərəcəyini söylədi. Lakin qərar ona çatmadığından o şikayət edə bilmirdi. İnzibati tənbeh vermə haqında qərar həmin vaxta kimi ona da verilməmişdi, həmçinin ünvanına da göndərilməmişdir. Yəni həmin vaxta kimi qərar ona çatmamışdır. Abşeron rayon polis idarəsinə gedərək qərarı ona vermələrini dəfələrlə söyləsə də ona inzibati tənbeh vermə haqqında qərarı vermədilər. O da məcbur olaraq xx.xx.2024-cü il tarixdə Abşeron rayon Polis İdarəsinə ərizə yazaraq qərarın verilməsini, şikayət hüququnun pozulmasını bildirdi. Fikirləşdi ki, bəlkə də şikayətdən qorxaraq qərarını verərlər. Lakin yenə qərar ona verilmədi. Həmçinin də ünvanına göndərilmədi. Daha sonra xx.xx.2024-cü il tarixdə Binəqədi İcra şöbəsindən ona zəng gəldikdə onlara da qərar ona çatmadığından şikayət edə bilmədiyini, protokolla razı olmadığını söylədi. İcraçı da qərarın surətinin onda olduğunu bildirdi və o da xx.xx.2024-cü il tarixdə icra şöbəsindən rəsmi olaraq, yazılı formada inzibati tənbeh vermə haqında qərarı götürə bildi. Həmin ərizənin, icra şöbəsindən qərarın hansı tarixdə götürməyi barədə sübutlar şikayət ərizəsinə əlavə olunmuşdur. Ona görə də qərar ləğv olunmalıdır. Barəsində başlanmış iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 vəkili X8 şikayəti müdafiə edərək, şikayətə uyğun izahat verərək, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında X3 müdafiəçinin izahatına uyğun izahat verərək, şikayətinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmə iclası təyin edilmiş və inzibati qərarı qəbul etmiş şəxs Abşeron Rayon Polis İdarəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında Abşeron Rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN 15331555 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X3 xx.xx.2024-cü il tarixində saat 17:20 radələrində Abşeron rayonu, Masazır kəndində küçədə qazıntı işi apararaq yerin təkindən istifadə qaydasını pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 1500 manat məbləğində cərimə edilmişdir. Fotoşəkildən görünür ki, evin divarının dibi qazılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 13–cü maddəsində göstərilmişdir ki, inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. İşin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X2 İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi heç bir sübutla təsdiq olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsinə əsasən yerin təkindən istifadə qaydalarının pozulmasına, yəni: yerin təkindən istifadə ilə əlaqədar işlərin təhlükəsiz aparılması, yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərinin pozulmasına görə fiziki şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər on beş min manatdan iyirmi min manatadək məbləğdə cərimə edilir. Hazırki vəziyyətdə isə X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsinin tərkibinin olması təkzib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1–ci maddəsinə əsasən inzibati xətanın olub–olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi qanunverici sadalanan hüquq normlarında yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini, şəxsin təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin mövcudluğunun isə yalnız mötəbərliyi şübhə doğurmayan sübutlar əsasında müəyyən olunmasını, şəxsin təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə, onun barəsində qanuni qüvvəyə minmiş qərar olmadıqda, onun təqsirsiz sayılmasını, həmçinin şəxsin təqsirli olmasını sübut etmək onun barəsində qərar qəbul etmiş şəxsin vəzifəsi olmasını, icraat zamanı mövcud şübhələrin isə şəxsin xeyrinə həll edilməli olmasını imperativ qaydada müəyyən etmişdir. Məhkəmə verilmiş şikayətə baxılması ilə bağlı toplanmış sübutların məcmusuna müəyyən edilmiş hallara uyğun qiymət verərək belə qənaətə gəlir ki, X2 İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli olmasını və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətlərinin mövcud olmasını mötəbər sübutlara əsasən müəyyən etməmiş, nəticədə qanunsuz və əsassız olaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2–ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3–cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qəraradan verilən şikayətə baxılarkən, bu Məcəllənin 135.1.5–1–ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3–cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.5–1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllənin 53–cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması əsasdır. Beləliklə, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən nəticəyə gəlir ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində inzibati cərimə edilməsi haqqında Abşeron Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, MN 15331555 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 357, 362- 365, 426, 435-438-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində inzibati cərimə edilməsi haqqında Abşeron Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, MN 15331555 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 243.0.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10
Məhkəmə qərarları › İş №3(012)-2161/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2161/2024
18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver