Məhkəmə qərarları › İş №3(012)-2162/2024

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-2162/2024

11.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-2162/2024 11.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron rayon Məhkəməsinin hakim Səfiyeva Cəmilə İbrahim qızı, X1 tərəfindən Binəqədi rayon DYPŞ Yol patrul İnspektoru, polis serjantı T.Əlizadə tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı, TP ******* nömrəli elektron qərarından daxil olmuş şikayətə baxılmasına hazırlıq zamanı Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: X1 barəsində Binəqədi rayon DYPŞ Yol patrul İnspektoru, polis serjantı T.Əlizadə tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı, TP ******* nömrəli elektron qərarından şikayət ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, həmin qərarın ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlirəm ki, aşağıda göstərilən səbəblərə görə şikayət və sənədlər geri qaytarılmalıdır. Belə ki, iş şikayət ərizəsi qanunla müəyyən edilmiş forma və məzmuna riayət edilmədən Azərbaycan Respublikasının İXM-nin müddəalarına uyğun şəkildə tərtib edilməmişdir. Şikayət verilən qərar Binəqədi rayon DYPŞ Yol patrul İnspektoru, polis serjantı tərəfindən tərtib edilsə də, şikayət ərizəsində qərar qəbul edən tərəfin adı deyil, Abşeron rayon Pİ YPŞ-nin adı yazılmışdır.Bu hal isə tərəfin məhkəmədə iştirakının təmin edilməsinə mane olan haldır. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikasının İXM-nin 132.1.2-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətin və ya protestin baxılmasına hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmamasını həll edilir. Azərbaycan Respublikası İXM-in 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. İXM-in 129.1.3-cü maddəsində göstərilmişdir ki, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə aiddir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenuçunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxmağa hazırlıq zamanı ərazi üzrə məhkəmə aidiyyəti, barəsində qərar çıxarılmış şəxsin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsində əks olunan yaşayış yerinin müəyyən edilməsi barədə sənədlərdə və (və ya) onların elektron daşıyıcısında göstərilən yaşayış yeri üzrə müəyyən edilir. Beləliklə, İXM-in 110.1 və 129.1.3-cü maddələrinin, habelə Konstitusiya Məhkəməsi Plenumunun Qərarından göründüyü kimi, istər inzibati xəta haqqında protokola, istərsə də inzibati tənbeh vermə haqqında səlahiyyətli orqanların (vəzifəli şəxslərin) qərardan verilən şikayətlərə inzibati xəta hadisəsinin törədildiyi yerin məhkəməsində baxılmalıdır. Hər iki halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən işə onun yaşadığı yerinə məhkəməsində baxıla bilər. Qeyd edilənlərə əsasən hesab edirəm ki, inzibati xəta haqqında iş üzrə qərardan X1 tərəfindən verilmiş şikayət geri qaytarılmalı, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmə hüququ izah olunmalıdır. Konstitusiya Məhkəməsinin 03 may 2019-cu il tarixli Azərbaycan Respublikası İXMnin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair qərarına əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 81, 100, 127-ci maddələrini və İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 tərəfindən Binəqədi rayon DYPŞ Yol patrul İnspektoru, polis serjantı T.Əlizadə tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı, TP ******* nömrəli elektron qərarından verilmiş şikayəti geri qaytarılsın. X1 tərəfindən qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra adiyyatı üzrə məhkəməyə müraciət etmə hüququ izah olunsun. Hakim: Cəmilə Səfiyeva 3(012)-2162/2024 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU 11 oktyabr 2024-cü il Xırdalan şəhəri Abşeron Rayon Məhkəməsində Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, X1 tərəfindən daxil olmuş şikayətə məhkəmənin inzibati binasında baxılır. İclas saat 10:30-da açıldı. Sədrlik edən müşavirə otağına gedir, qayıdaraq qərarı elan edir və məhkəmə iclasını bağlı elan edir. Məhkəmə iclasının protokolu 11 oktyabr 2024-cü il tarixdə tərtib olundu. Sədrlik edən: Katib:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar