Məhkəmə qərarları › İş №3(012)-2165/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2165/2023

07.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2165/2023 07.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə, xx.xx.1963-cü ildə Ermənistan Respublikasında anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Ashirov Nabi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ashirov Nabiyə xx.xx.2022-ci il tarixli, EQ 11347758 saylı inzibati xəta haqqında qərarda nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə cərimə növündə tənbehin tətbiq edilməsi haqqında qəbul edilmiş qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddət keçməsinə baxmayaraq ödəməmişdir. Barəsində inzibati xəta haqqında iş aparılan Ashirov Nabiyə və protokol tərtib edən orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş və ya nümayəndəsini göndərməmiş, bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan Abşeron Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materialdan görünür ki, Ashirov Nabi Azərbaycan Respublikası İXM-nin 339.1-1-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2022-ci il tarixli, EQ 11347758 inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarda nəzərdə tutulmuş 50 manat məbləğində cəriməni ödəməmişdir. İnzibati xəta haqqında iş üzrə materialı araşdırıb, sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Ashirov Nabinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi Abşeron Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmə, Ashirov Nabinin törətmiş olduğu inzibati xətanın xarakterini, şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılma növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-109, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İnzibati xəta törətmiş Ashirov Nabi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə Abşeron Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar