Məhkəmə qərarları › İş №3(012)-2166/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-2166/2023

27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-2166/2023 27.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızı Şəxs barəsində Azərbaycan Respublikası DİN-in Bakı şəhər BPİ DYPİ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası DİN-in Bakı şəhər BPİ DYPİ tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cu maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP5725395 saylı inzibati xəta haqqında protokol Abşeron rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İş materiallarında olan TP5787045 saylı, xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, inzibati xəta hadisəsi Bakı şəhəri, M.Əliyev məh. 2404 ünvanında baş vermişdir. Həmin ünvan Bakı şəhəri Nizami rayonu ərazisində yerləşir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada baxılır. Barəsində inzibati icraat aparılan şəxs Əliyev X1 şəhəri, 25-ci məh, ev 4, mənzil 17 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-in Bakı şəhər BPİ DYPİ tərəfindən inzibati xəta haqqında material barəsində inzibati icraat aparılan şəxs Şəxs qeydiyyat yeri üzrə Abşeron rayon Məhkəməsinə göndərilmişdir.Lakin İXM-nin 110.3 maddəsinin dispozisiya şərtlərindən göründüyü kimi nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına səbəb ola bilən inzibati xətalar haqqında işlərə, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin məlumatları nəzərə alınmaqla, bu Məcəllənin 110.1-ci maddəsində nəzərdə tutulmuş qaydada, yəni inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsinə əsasən bu Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası DİN-in Bakı şəhər BPİ DYPİ-si tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP5725395 saylı inzibati xəta haqqında protokol baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq, QƏRARA ALDİM : Şəxs barəsində Azərbaycan Respublikası DİN-in Bakı şəhər BPİ DYPİ-si tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP5725395 saylı inzibati xəta haqqında protokol baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinə göndərilsin. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar