Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2169/2020 11.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimHəsənov Vaqif İskəndəroğlunun sədirliyi, Qəhrəmanov Bəxtiyar Vaqif oğlunun katibliyi, Abşeron RPİ-in DYPŞ-in polis mayoru X1, zərərçəkmiş şəxs X2 və barəsində inzibati protokol tərtib olunmuş Şəxs iştirakı ilə, xx.xx.1965-ci ildə Şamaxı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Şamaxı rayonu, Şəhriyar qəsəbəsində yaşayan Şəxsbarəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 333.3cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron RPİ-in DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq müəyyən etdi: Şəxs xx.xx.2020-ci ildə saat 19:45 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin Vİİ hissəsinin 1-ci bəndinin tələbini pozaraq, sərxoş vəziyyətdə, idarə etdiyi «QAZ-31029» markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsi ilə M.Ə.Rəsulzadə küçəsinin kəsişməsində işıqforun qadağan edici işığına məhəl qoymadan hərəkətini davam etdirmiş, nəticədə V.Axundov küçəsi ilə hərəkətdə olan «CHEVROLET AVEO» markalı ** CO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsə maddi zərər vurmaqla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Buna görə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2, 333.3-cü maddələri ilə məhkəməyə verilmişdir. Abşeron RPİ-in DYPŞ-in polis mayoru X3 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, Şəxs xx.xx.2020-ci ildə saat 19:45 radələrində sərxoş vəziyyətdə, idarə etdiyi «QAZ-31029» markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən, Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsi ilə M.Ə.Rəsulzadə küçəsinin kəsişməsində işıqforun qadağan edici işığına məhəl qoymadan hərəkətini davam etdirmiş, nəticədə V.Axundov küçəsi ilə hərəkətdə olan «CHEVROLET AVEO» markalı ** CO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsə maddi zərər vurmaqla nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hasisəsi ilə əlaqədar araşdırma aparılmış, hər iki sürücü tibbi müayinədən keçmiş, Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.1, 333.3-cü maddələri ilə inzibati protokol tərtib etmişdir. Zərərçəkmiş şəxs X4 məhkəmədə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci ildə saat 19:45 radələrində idarə etdiyi «CHEVROLET AVEO» markalı ** CO *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Saray qəsəbəsi, V.Axundov küçəsi ilə hərəkətdə olarkən, M.Ə.Rəsulzadə küçəsi ilə «QAZ-31029» markalı avtomobil işıqforun qadağan edici işığına məhəl qoymadan hərəkətini davam etdirərək, onun avtomobili ilə toqquşmuşdur. Belə bir şəxsin sürücülük fəaliyyəti ilə məşğul olması cəmiyyət üçün çox təhlükəlidir. Ona dəymiş maddi və mənəvi ziyanı ödənilmədiyinə görə Şəxs şikayətçidir, qeyd etdiklərini nəzərə alaraq, inzibati xəta törətmiş şəxsə ağır cəza təyin edilməsini xahiş edir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci ildə saat 19:45 radələrində idarə etdiyi «QAZ-31029» markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Saray qəsəbəsi, M.Ə.Rəsulzadə küçəsi ilə hərəkətdə olarkən, M.Ə.Rəsulzadə küçəsinin kəsişməsində işıqforun qadağan edici işığına fikir vermədən hərəkətini davam etdirmiş, nəticədə V.Axundov küçəsi ilə hərəkətdə olan «CHEVROLET AVEO» markalı ** CO *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Həmin gün spirtli içki qəbul etmişdir. Hadisə zamanı xəsarət almamışdır. İşə əlavə edilmiş, xx.xx.2020-ci il tarixli, 6223 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinə protokolundan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 20:40-da müayinə olunarkən onda «Yüngül dərəcəli alkoqol sərxoşluğu» müəyyən edilmişdir. Məhkəmədə Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli olması özünün, zərərçəkmiş şəxsin izahatları, Sərxoşluq vəziyyətinin tibbi müayinə protokolu və iş materialları ilə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İXM-nin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İXM-nin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələblərinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 333.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 35.2-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, Şəxs törətmiş olduğu inzibati xətaya görə 333.3-cü madddəsinin sanksiyasında nəzərdə tutulan daha ciddi xətaya görə inzibati tənbeh edilməlidir. Məhkəmə hesab edir ki, törətdiyi xətaya görə Şəxs inzibati tənbeh edilməlidir. Məhkəmə, Azərbaycan Respublikasının İXM-nin 31-ci maddəsinə əsasən Şəxs törətdiyi inzibati xətanın xarakterini, şəxsiyyətini, zərərçəkmiş şəxsin şikayətçi olmasını nəzərə alaraq, hesab edir ki, onun barəsində inzibati tənbeh tədbiri kimi nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla inzibati həbs tədbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-ci maddələrinin rəhbər tutaraq qərara aldı: Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmə hüququ məhdudlaşdırılmaqla, 15 (on beş) gün müddətinə inzibati həbs olunsun. İnzibati həbs müddətinin əvvəli xx.xx.2020-ci il tarixdən, saat 11:45-dən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-2169/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2169/2020
11.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver