Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2169/2024 14.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X12 Ənvər qızının sədrliyi, Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə barədə protokol tərtib etmiş şəxslər Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X7, Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron Rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, Bakı şəhəri, Xətai rayonu, Qvardiya küçəsi, ev 51-də qeydiyyatda olan və Bakı şəhəri, Sabunçu rayonu, Şuşa şəhərciyində yaşayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətaları törətməsi haqqında Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş protokollar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron RPİnin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X6 protokolları müdafiə edərək, izahatında göstərdi ki, Şəxs ayrı-ayrı şəxslərə qarşı xırda talama etmişdir. Nəticədə həmin şəxslərə maddi ziyan vurulmuşdur. Həmin hərəkətlər barəsində protokollar tərtib edilmiş, cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis leytenantı X10 protokolları müdafiə edərək, izahatında göstərdi ki, Şəxs ayrı-ayrı şəxslərə qarşı xırda talama etmişdir. Nəticədə həmin şəxslərə maddi ziyan vurulmuşdur. Həmin hərəkətlər barəsində protokollar tərtib edilmiş, cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il saat 18:00-da Şəxs inzibata qaydada tutulmuşdur. Şəxs barəsində protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətada özünü qismən təqsirli bilərək, izahatında göstərdi ki, 5-ci gün yəni 11 oktyabr 2024-cü il saat 12:00-da Sabunçu rayonunda tutulmuşdur. Ona bir az vaxt verilməsini, dəymiş zərəri ödəməyə hazır olduğunu, pulu atasının ödəyə biləcəyini bildirmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Abşeron Rayon Vəkil Bürosunun vəkili X1 Ramin Musa oğlunun izahatına uyğun izahat verdi. Məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində saat 18:00-da inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində Abşeron rayonu, Masazır kəndi, Qardaşlar məhəlləsində yerləşən fərdi evdə yaşayan X9 telefon satacağı adı ilə aldadaraq 95 manat pulunu ələ keçirmişdir. xx.xx.2024-cü tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində Abşeron rayonu, Xırdalan şəhəri, Kristal Abşeron yaşayış kompleksi, ev 37, mənzil 60-da yaşayan Zərərçəkmiş şəxs Pərviz oğlunu telefon satacağı adı ilə aldadaraq 120 manat pulunu ələ keçirmişdir. xx.xx.2024-cü tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixində Abşeron rayonu, Masazır kəndi, Ş.Qurbanov küçəsində yaşayan oğlunu telefon satacağı adı ilə aldadaraq 100 manat pulunu ələ keçirmişdir. xx.xx.2024-cü tarixli qərardan görünür ki, cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanılmış sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan əməlləri törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almalıdır. Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Şəxs törətdiyi inzibati xətanın hallarını, onun şəxsiyyətini xarakterizə edən halları, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəməyərək, sonuncularınn ondan şikayətçi olmasını və cəmiyyətin maraqlarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq olunduğu təqdirdə təmin edilə bilər və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğundur. Həmçinin məhkəmə iclasında müəyyən edildi ki, Şəxs azadlığı faktiki olaraq 11 oktyabr 2024-cü il saat 12:00-da məhdudlaşdırılmışdır. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il saat 12:00-dan hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron Rayon Vəkil Bürosunun vəkili X4 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər X14
Məhkəmə qərarları › İş №3(012)-2169/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2169/2024
14.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver