Məhkəmə qərarları › İş №3(012)-2171/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2171/2020

25.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2171/2020 25.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Tağıyev Rəşad Pərviz oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1960-ci ildə Xankəndi rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Xocalı rayonu, Meşəli kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair DİN-in Baş Dövlət X2 daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: İş materiallarından görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 00:43-də «X4» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin İ hissəsinin 8-ci bəndinin tələblərini pozaraq, Bakı-Qazax yolunun 99 km-də «MERCEDES BENZ GL450» markalı, ** VP *** dövlət qeydiyyat nişanlı avtomaşını sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə də DİN-in Baş Dövlət X6 tərəfindən Şəxs barəsində İXM-in 333.1-ci maddəsi ilə xx.xx.2020-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, DİN-in Baş Dövlət X3 nümayəndəsi təkrarən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında materiala DİN-in Baş Dövlət X3 əməkdaşının iştirakı olmadan baxılması mümkündür. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixində saat 00:43 radələrində özünə məxsus «MERCEDES BENZ GL450» markalı, ** VP *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı-Qazax yolu ilə hərəkət edərkən Baş Dövlət X3 Vİİ Tağım YPX-nin inspektoru, polis serjantı X1 tərəfindən heç bir əsaslı səbəb olmadan saxlanılmışdır. Polis əməkdaşı ona yaxınlaşaraq sərxoşluq vəziyyətini təyin etmək üçün onu müayindən keçirmişdir. Xüsusi texniki vasitənin sertifikatı ona təqdim edilməmişdir. Müayinə zamanı onda «Yüngül дяряъяли алкогол сярхошлуьу» мцяййян едилмишдир. Daha sonra Baş Dövlət X3 Vİİ Tağım YPX-nin inspektoru, polis serjantı X1 barəsində protokol tərtib etmişdir. Daha sonra narkoloji mərkəzə getmiş və həmin gün saat 03:30-da həkim müayinəsindən keçmiş və verilmiş rəyə əsasən onun spirtli içki qəbul etməməsi və ayıq vəziyyətə olması barədə xx.xx.2020-ci il tarixli 2/14112 saylı rəy verilmişdir. Həmin gün içkili olmamışdır. Ona görə də barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli, İXP3513321 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2020-ci tarixli, 526 saylı alkaqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə aktından görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 00:35-da мцайиня олунаркян онда «Yüngül дяряъяли алкогол сярхошлуьу» мцяййян едилмишдир. xx.xx.2020-ci il tarixli, 2/14112 saylı nəqliyyat vasitələrini idarə edən şəxsin sərxoşluq vəziyyətini müəyyən edilməsi qaydalarına əlavə sərxoşluq vəziyyətinin tibbi müayinə aktından görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 03:30-da müayinə olunarkən onda «Sərxoşluq əlamətləri» müəyyən edilməmişdir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə sənədləri nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, işin faktiki halları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilməmişdir. Göründüyü kimi, iş materiallarında olan xx.xx.2020-ci tarixli, 526 saylı alkaqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə akt və xx.xx.2020-ci il tarixli, 2/14112 saylı nəqliyyat vasitələrini idarə edən şəxsin sərxoşluq vəziyyətini müəyyən edilməsi qaydalarına əlavə sərxoşluq vəziyyətinin tibbi müayinə aktı Şəxs barəsində həmin gün tərtib edilmiş və bir-birinə zidd müxtəlif rəylər alınmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, Şəxs nəqliyyat vasitəsini alkoqol sərxoşluğu vəziyyətində idarə etməsi məhkəmə iclasında kifayət qədər sübutlar təqdim olunmadığından sübuta yetirilməmişdir. Həmçinin xx.xx.2020-ci tarixli, 526 saylı alkaqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə aktı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aid olması mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Şəxs sərxoş vəziyyətində olmadığını qeyd etməsinə baxmayaraq sözügedən akt ilə onun barəsində protokol yazılmış və inzibati məsuliyyətə cəlb olunması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə qeyd edir ki, xx.xx.2020-ci tarixli, 526 saylı alkaqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə aktı ilə Şəxs sərxoşluq vəziyyətində olmasını mötəbər sübut kimi təsdiq etmir və onun həmin vaxtı sərxoş vəziyyətdə olmasını şübhə altına alır. Şəxs barəsində inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas yalnız xx.xx.2020-ci tarixli, 526 saylı alkaqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə akt olmuşdur. Qeyd edilən aktdan və inzibati xəta haqqında protokoldan aydın olur ki, sərxoşluq vəziyyətinin müayinəsi zamanı hal şahidlərinin iştirakı təmin edilməmiş, bununla bağlı müvafiq qeydlər aparılmamışdır. Məhz bu səbəbdən də xx.xx.2020-ci il tarixli, 2/14112 nömrəli Şəxs xx.xx.2020-ci il tarixdə saat 03:30 radələrində ayıq vəziyyətində olmasına dair sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında həkimnarkoloq tərəfindən tərtib edilmiş protokolu mötəbər sübut kimi qəbul edilməlidir. Hazırki iş üzrə məhkəmə qeyd edir ki, «X4» Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən «Azərbaycan Respublikasının səhiyyə müəssisələri yolnəqliyyat hadisələri nəticəsində zərər çəkənlərə yardım göstərilməsini təmin edir, nəqliyyat vasitəsini idarə edən şəxslərin alkoqoldan, narkotik vasitələr, psixotrop maddələrdən və güclü təsir göstərən digər maddələrdən istifadə nəticəsində sərxoş vəziyyətdə olubolmadıqlarını müəyyən edir, onların uçotunu aparır, nəqliyyat vasitələrini idarə etməyə yararlılıq haqqında arayış verirlər». Həmin Qanunun 83-cü maddəsinə görə, «müəyyən edilmiş hərəkət sürəti həddini aşmaq, texniki cəhətdən nasaz nəqliyyat vasitələrinin istismarı faktını və nəqliyyat vasitələrinin alkoqol və ya güclü təsir göstərən digər maddələrin istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi halları müəyyənləşdirmək üzrə nəzarəti Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşları yalnız xüsusi cihazlar vasitəsi ilə həyata keçirirlər. (narkotik sərxoşluq vəziyyətinin, narkotik vasitələrin və psixotrop maddələrin istehlakı hallarının müəyyən edilməsi üçün aparılan tibbi müayinə dövlət narkoloji-tibb müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir). Belə halları müəyyənləşdirmək üçün başqa üsullardan istifadə edilməsi yolverilməzdir». Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 saylı xx.xx.2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”-nın 2.5-ci bəndinə “şəxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən protokol tərtib edilir”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsində isə təsbit edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 75-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2, 105.1, 114.2.1, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar