Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2171/2023 27.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X4 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Şabran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Şabran şəhəri, X8 küçəsi, ev 73 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Masazır kəndində yerləşən fərdi yaşayış evində yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan MN seriyalı ******* saylı, 24 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24 noyabr 2023-cü il tarixdə Abşeron rayonu, Masazır kəndində yerləşən “Bazarstore” adlı marketin yaxınlığında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X7 izahat verərək bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 01:20 radələrində Abşeron rayonu, Masazır kəndində yerləşən “Bazarstore” adlı marketin yaxınlığında polis əməkdaşları ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərdi ki o, xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Masazır kəndində yerləşən “Bazarstore” adlı marketin qarşısında əlində olan geyim əşyalarını həmin marketin qarşısında dayanmış Kamran Nəcəfzadənin idarə etdiyi avtomaşına qoyduqdan sonra evə qayıdarkən polis əməkdaşları onu saxlamış, heç bir səbəb olmadan ondan özünü təqdim etməsini tələb etmişlər. Bu zaman polis əməkdaşları ilə aralarında mübahisə yaranmış, Kamran Nəcəfzadə onun ad və soyadını polislərə söyləmiş, o isə təsdiqləmişdir. Sonra polis əməkdaşları onu Kamran Nəcəfzadə ilə birlikdə məcburi şəkildə polis maşınına mindirib Abşeron Rayon Polis İdarəsinə aparmışlar. Polis İdarəsinə gətirilərkən polis əməkdaşları onu nalayiq ifadələr işlətməsi üçün qəsdən əsəbləşdirmiş və maşında onun ünvanına nalayiq ifadələr işlətmişlər. Məhkəmədən ədalətli qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron Rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri, polis serjantı X2 izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 01:20 radələrində Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində Abşeron Rayon Polis İdarəsinin PPXB-nin digər polis nəfərləri Fərhad Fərhadov və Zöhrab İsayev ilə birgə xidmətdə olan zaman iki nəfər şəxsin qaranlıq küçədə dayandıqlarını görüb onlara yaxınlaşmışdır. Polis əməkdaşları olaraq özlərini təqdim etdikdən sonra həmin şəxslərdən şəxsiyyəti təsdiq edən sənədi istəmiş, onlar isə şəxsiyyət vəsiqələrinin üzərlərində olmadığını bildirmişlər. Həmin şəxslər şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün Abşeron RPİ-nə dəvət edildiyi zaman onlar polis əməkdaşlarına nalayiq ifadələr işlətmiş, əl-qol hərəkətləri etməyə başlamışlar. Onlar həmin şəxsləri nizam-intizama dəvət etsə də, həmin şəxslər polis əməkdaşlarının tələblərinə məhəl qoymamışlar. Keçən məhkəmə iclasında şahid qismində dindirilmiş Abşeron Rayon Polis İdarəsinin PPXB-nin polis nəfəri, polis serjantı X1 Məhəbbət Bəşir oğlu ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iş materiallarını araşdırıb, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatlarını dinləyərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizliyi) inzibati xəta hesab olunur. Həmin məcəllənin 76-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. Daxil olmuş inzibati xəta haqqında materiallarından və eyni zamanda məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şəxs polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə tabe olmuşdur, onun polis işçilərinə tabesizliyi nədən ibarət olması hər-hansı bir mötəbər sübutla təsdiqini tapmamışdır, lakin inzibati orqan tərəfindən barəsində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53,105, 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərardan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №3(012)-2171/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2171/2023
27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver