Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2172/2023 24.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Rzayev Arzu Ağazeynal oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən: Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X2, Brəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs, Müdafiəçi: Xırdalan şəhər Vəkil bürosunun vəkili X3 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, İsmayıllı şəhəri, A.Aslanov küçəsi, ev 28 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Abşeron Rayon Polis İdarəsi tərəfindən daxil olmuş materiala baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon Polis İdarəsindən daxil olmuş 24 noyabr 2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 24 noyabr 2023-cü il tarixdə idarənin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X6 izahat verərək bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 01:20 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində polis əməkdaşları ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamışdır. Buna görə də barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək izahatında göstərdi ki o, xx.xx.2023-cü il tarixdə, saat 01:20 radələrində qeyri-rəsmi ailə münasibətlərində yaşadığı X1 idarə etdiyi avtomobildə gözləyən zaman polis əməkdaşları ona yaxınlaşaraq özünü təqdim etməsini tələb etmişlər. O, polis əməkdaşlarının göstərişini yerinə yetirərək, özünü təqdim etmiş, həmin vaxt Qumru Pənahova onlara məxsus fərdi yaşayış evindən avtomobilə əşya qoyandan sonra geri qayıtdıqda bu dəfə polis əməkdaşları ona yaxınlaşaraq özünü təqdim etməsini tələb etmişlər. Qumru Pənahova onlara özünü təqdim etdikdən sonra polis əməkdaşlarına da özlərini təqdim etməsini və sonuncunu hansı səbəbdən saxladıqlarını soruşmuşdur. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra onları polis idarəsinə gətirmişlər. Şəxs göstərilənlərə əsasən özünü barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə təqsirli bilmədiyini, polis işçilərinə qarşı nəlayiq ifadələr işlətmədiyini, bunun əksinə olaraq sonuncular tərəfindən ona qarşı qanunsuz hərəkətlərə yol verildiyini bildirərək, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müdafiəçi X7 hüquqlarını müdafiə etdiyi Şəxs əməlində inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Abşeron RPİ-nin PPXB-nin polis nəfərləri Fərhad Fərhadov, Zöhrab İsayev və Məhəbbət Gənciyev tərəfindən tərtib edilmiş 24 noyabr 2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 01:20-də avtopatrulla xidmət apararkən Şəxs və X4 yüksək səslə nalayiq ifadələrdən istifadə edərək, polisin qanuni tələblərinə məhəl qoymayıb iş rejimini pozumuşdur; Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X6 tərəfindən tərtib olunmuş 24 noyabr 2023-cü il tarixli MN saylı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24 noyabr 2023-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizliyi) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 76-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması inzibati xətadır, həmin xətanın törədilməsi inzibati məsuliyyətə səbəb olur. İş materiallarında Şəxs tərəfindən polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən hallar öz əksini tapmamışdır. Belə ki, Abşeron RPİ-nin İTŞ-nin polis sahə rəisi, polis kapitanı X6 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolda Şəxs 24 noyabr 2023-cü il tarixdə Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamasından bəhs etsədə, həmin fakt iş materiallarına əlavə olunmuş sənədlərlə öz təsdiqini tapmamışdır. Həmin protokoldan Şəxs polisin hansı qanuni tələblərinə tabe olmaması və həmin tabe olmamanın nədə ifadə olunmasını müəyyən etmək qeyri-mümkün olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs polis işçisinin ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından və bununla da onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, cəmi 18 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X5 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53,105, 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 3 saat olmaqla, dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X5 cəmi 18 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin Qərardan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Xırdalan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-2172/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2172/2023
24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver