Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2173/2023 24.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 iştirakları ilə xx.xx.1970-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, fərdi əməklə məşğul olan, Abşeron rayonu, Görədil kəndində qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXMnin) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materiallardan görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 22000 (iyirmi iki min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 20,91 (iyirmi manat doxsan bir qəpik) manat hissəsi tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. Şəxs həmin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Buna görə də o, Azərbaycan Respublikası İXM-nin 528.1cimaddəsi ilə məhkəməyə verilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X7 izahatında göstmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3222/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi xx.xx.2021-ci il tarixində Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin icraatına daxil olmuş və dərhal icraya yönəldilmişdir. xx.xx.2022-ci il tarixdə borclu Şəxs barəsində Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilərək Binəqədi Rayon Məhkəməsinə göndərilmiş və məhkəmənin 3(001)-1030/2022 saylı, 05 aprel 2022-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat məbləğində inzibati cərimə edilmişdir. Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərarı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 3222/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra sənədi Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və dərhal icraya yönəldilmişdir. Şəxs hərəkətləri nəticəsində icra vərəqəsini icra etmək mümkün olmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu X2 hərəkətləri nəticəsində icra vərəqəsini icra etmək mümkün olmamışdır. Tələbkar borcun ödənilməsini təkidlə tələb etsə də borclu icra vərəqəsini icra etməmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatnda göstərmişdir ki, onun maddi imkanı pis olduğu üçün borcu tam olaraq ödəmək imkanı olmamışdır. Tələbkara olan 22020,91 manat məbləğində borcunu bir dəfəyə ödəməyə maddi imkanı yoxdur. Bir həftə sonra 300-500 manat məbləğində pul verə biləcəyini, borcunun qalanını hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Bir müddət xəstə olduğuna və ailə vəziyyəti ilə əlaqədar yaxşı olmadığına görə icra məmurunun çağırışlarına gələ bilməmişdir. Yaxın günlərdə pul yığıb borcunu ödəyəcəkdir. Hazırda əməlindən peşman olmasını bildirərək barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 may 2021-ci il tarixli qətnaməsinə əsasən Şəxs 22000 (iyirmi iki min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 20,91 (iyirmi manat doxsan bir qəpik) manat hissəsi tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Lakin Şəxs Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli icra sənədi üzrə olan borcunu icra etməkdən hər dəfə müxtəlif bəhanələrlə yayınır. O, Şəxs borcunu tələb edir. Qeyd olunanları nəzərə alaraq, məhkəmədən Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Xırdalan şəhər Vəkil Bürosunun vəkili X8 hüquqlarını müdafiə etdiyi şəxsin işləmədiyini nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 avqust 2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 22000 (iyirmi iki min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun 20,91 (iyirmi manat doxsan bir qəpik) manat hissəsi tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Ələddin Hüseynov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3222/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi icra hərəkətlərinin davam etdirilməsi üçün Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli, 3(001)-1030/2022 saylı qərarından çıxarışdan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş və 500 manat məbləğində inzibati cərimə edilmişdir. İş materiallarında olan borclunun axtarışı haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmiş iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına münasibət bildirərək qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hərəkətləri məhkəməyə onun bu hərəkətlərinin icra sənədinin icrasından üzrsüz səbəbdən yayınması kimi qiymətləndirilməsi qənaətinə gəlməyə əsas verir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, razılığa gələn dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı. Həmçinin, Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 7 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs maddi imkanı ilə əlaqədar icra sənədini icra edə bilməməsinə istinad etsə də, məhkəmə qeyd edir ki, istinad edilən dəlil əslində keçən uzun müddət ərzində yuxarıda sadalanan sənədin icra edilməsi üçün bəhanə olmaqla dövlətin adından qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə etinasız yanaşmanın göstəricisidir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 32.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Digər tərəfdən, ədalətli və qanuni cəza təyinatı zamanı ilə bağlı məhkəmə onuda nəzərə alır ki, "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasına dair 4 saylı Protokolun 1-ci maddəsinə görə heç kəs yalnız hər hansı bir müqavilə öhdəliyini ödəmək iqtidarında olmadığına görə azadlıqdan məhrum edilə bilməz. Bu tələb eyni zamanda BMT-nin Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 1ci maddəsində və Azərbaycan Respublikasında İnsan Hüquq və X1 Tənzimlənməsi Haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 4.6-cı maddəsində də təsbit olunmuşdur. 4 saylı Protokolun 1-ci maddəsi və yuxarıda göstərilən digər hüquq normaları insanın azadlığı və ləyaqəti anlayışından fərqli olaraq, sadəcə fərdin konkret öhdəliyini yerinə yetirməsi üçün maddi və saitin olmadığına görə onun istənilən şəkildə azadlıqdan məhrum edilməsini qadağan etməyə yönəlib. Bununla belə məhkəmə hesab edir ki, törətdiyi inzibati xətaya görə Şəxs barəsində inzibati tənbeh tətbiq edilməlidir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmasını, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində İXM-nin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-115 və 128-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclasında 6 saat olmaqla, cəmi 36 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-2173/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2173/2023
24.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver