Məhkəmə qərarları › İş №3(012)-2175/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-2175/2023

11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-2175/2023 11.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Abusət Sahib oğlunun sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə, Şəxs Əhmədağa qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon Polis İdarəsi Mehdiabad Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsi Mehdiabad Polis Bölməsindən daxil olmuş MN seriyalı ******* nömrəli 25 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, vətəndaş Şəxs Əhmədağa qızı xx.xx.2023-cü il tarixdə X1 məxsus geyim əşyalarını yandırmaqla 2000 manat maddi ziyan vurmuşdur. Bununla da Şəxs Əhmədağa qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə və protokol tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmiş. lakin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs və protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Beləki, iş materialları nəzərdən keçirilərkən toplanmış material üzrə natamam araşdırma aparılması, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmaması, zərərçəkmiş şəxsin şikayət ərizəsi ilə bölməyə müraciətinin əlavə olunmaması, vurulmuş maddi ziyanın məbləğinin protokolda 2000 (iki min manat) göstərilsə də, ziyanla bağlı ekspertiza təyin edilməməsini, həmin ziyanın miqdarının zərərçəkmiş şəxs tərəfindən verilmiş izahatlarına əsasən müəyyən edilmədiyi aşkar olunmuşdur. Bundan başqa 25 noyabr 2023-cü il tarixli, MN ******* saylı protokol tərtib edilərkən qanunvericiliyin qeyd edilən tələblərinə əməl edilməmiş, Şəxs Əhmədağa qızının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə tərtib olunmuş protokol zərərçəkmiş şəxs tərəfindən imzalanmamışdır. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Göründüyü kimi qanunverici bu kateqoriyalardan olan işləri bilavasitə zərərçəkmiş şəxsin iradə ifadəsindən asılı olaraq təfsir etmişdir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsinə müvafiq olaraq protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, məhkəmə, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Əhmədağa qızının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməsinə dair tərtib olunmuş protokol və ona əlavə olunmuş sənədlər natamam olduğundan Abşeron rayon Polis İdarəsi Mehdiabad Polis Bölməsinə geri qaytarılsın. Abşeron rayon Polis İdarəsi Mehdiabad Polis Bölməsinə qərardadın təsviriəsaslandırıcı hissəsində göstərilmiş nöqsanlar tam aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüquqları izah olunsun. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar