Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2178/2024 30.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən kənar icraatlar idarəsinin prokuroru X1, barəsində qərar tərtib edilmiş Şəxs Direktoru Nümayəndə iştirakı ilə Azərbaycan Respublikası Prokurorluğu Qazax Rayon Prokurorluğu tərəfindən verilmiş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərarına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Prokurorluğu Qazax Rayon Prokurorluğu tərəfindən verilmiş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərarı baxılması üçün Abşeron rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərara əsasən hüquqi şəxs "xxxx" (VÖEN: **********) - hüquqi ünvan Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 1espublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması haqqında qərar və toplanmış material baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında Azərbaycan Respublikası Baş Prokurorluğu Cinayət Təqibindən kənar icraatlar idarəsinin prokuroru X3 qərarı müdafiə edərək bildirdi ki, hüquqi şəxs "xxxx" - onu təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxsi- direktor Nümayəndə tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən əmək müqaviləsi barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs X4 05 avqust 2024-cü il tarixdən şirkətin məhsullarının tanıdılması, reklamı məqsədilə məhsulların paylanılması, geri götürülməsi işlərinin görülməsinə cəlb etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Həmin şəxs ilə Xidməti müqavilə bağlanmışdır. Xidmət müqaviləsi müvafiq olaraq bir iş və ya xidmətin uzun müddətli göstərilməsi məqsədilə deyil, yalnız bir və ya bir neçə dəfə görülməsi üçün nəzərdə tutulmuş müqavilə növüdür və əmək müqaviləsinə bərabər hesab edilmədiyindən Əmək Məcəlləsinin müddəaları bu müqavilələrə şamil edilmir. Odur ki, xidmət müqaviləsi və əmək müqaviləsi bir- birindən tamamilə fərqli qaydalar nəzərdə tutan və müxtəlif normalara tabe olan müqavilələr olduğundan işçinin xidmət müqaviləsi ilə əmək müqaviləsində nəzərdə tutulmuş qaydada iş və xidmətlərin görülməsinə cəlb edilməsi əmək qanununvericiliyinin pozulması hesab edilməlidir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını məhkəməyə təklif etdi. Məhkəmə iclasında barəsində qərar tərtib edilmiş Şəxs Direktoru Nümayəndə bildirdi ki, tanışı vasitəsi ilə X6 ilə xx.xx.2024-cü ildə görüşmüş, ona 2 həftəlik xidməti müqavilə bağlamışlar. H.Cəfərov Vətən müharibəsi veteranı, onun atası isə birinci Qarabağ müharibəsi qazidir. Qazax rayon X11 tərəfindən H.Cəfərov ona tapşırılan xidməti yerinə yetirərəkən saxlanılmış, baxış keçirilərkən məhsulların oğurluq olduğundan şübhələnərək, onun özünü də buraxmamışlar. Zəng edərək, məhsulların lisenziyası olduğunu, qanuni şəkildə ölkə ərazisinə gətirildiyini bildirmişdir. Lakin, buna baxmayaraq məhsullar geri verilməmişdir. O da məcbur olub şirkətin əməkdaşının saxlanılması, fəaliyyətinin məhdudlaşdırılması barədə 102 xidmətinə müraciət etmişdir. Şəxs qida əlavələrinin tanıtımı ilə məşğul olur. H.Cəfərov xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək xidməti fəaliyyət göstərmişdir. Odur ki, Şəxs barəsində qəbul edilmiş qərar əsassız olduğundan ləğv edilməsi və icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X9 Xidmətinin ünvanına bildiriş göndərilmiş, lakin inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən işə inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən Qazax Rayon Prokurorluğu tərəfindən verilmiş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024cü il tarixli qərar üzrə Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. İşin materiallarında olan Qazax Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli qərarından görünür ki, hüquqi şəxs "xxxx"-nin direktor Nümayəndə tərəfindən MMC-nin xeyrinə və onun maraqlarının qorunması üçün hərəkət edərkən və onun qanuni təmsilçisi səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin tələblərinə əsasən əmək müqaviləsi barədə bildirişi əmək münasibətlərinin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmədən və əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxs X4 05 avqust 2024-cü il tarixdən şirkətin məhsullarının tanıdılması, reklamı məqsədilə məhsulların paylanılması, geri götürülməsi işlərinin görülməsinə cəlb etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, "xxxx" barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanması, qərar və toplanmış material baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Həmin qərardan görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Nümayəndə izahatında göstərmişdir ki, 2023-cü il iyun və ya iyul ayında Şəxs MMC şirkətini təsis etmiş, şirkətin fəaliyyət istiqaməti əczaçılıq mallarının topdan satışı olmuş, "GRAND MEDİCİNE” MMC 01 sentyabr 2023-cü il tarixdə o direktor təyin olunduğu gün fəaliyyətə başlamış, şirkətin işçilərindən biri X6 şirkətin sürücüsüdür, məhsulların çatırılması, iadəsi və tanıdılması işi ilə məşğuldur, 05 avqust 2024-cü il tarixdə onunla daxili xidməti müqavilə bağlamış, müqaviləyə Hüseyn Cəfərov tərəfindən imza edilmiş, müqavilə daxili olduğundan hər hansı portala əlavə edilməmiş və müvafiq kitab olmadığı üçün kitabda qeydiyyat edilməmiş, 12 avqust 2024-cü il tarixdən 20 avqust 2024-cü il tarixədək Hüseynə şirkətin məhsullarını daşınması və iadəsi ilə məşğul olmaya dair etibarnamə verilmiş, 19 avqust 2024-cü il tarixdə xidməti müqavilə başa çatdığı gün yol polis əməkdaşları X4 Qazax rayonunda maşınının konstruksiya dəyişikliyinə görə saxlamış, 19 avqust 2024-cü il tarixdə Hüseyn Cəfərov saxlanılan zaman etibarlı xidməti müqaviləsi olmuş və xidmət müqaviləsi həmin gün başa çatdığına görə Hüseynlə əmək müqaviləsini o, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulduqdan sonra ƏMAS portalında işəgötürən olaraq o bağlamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Sürücü xidmətlərinin göstərilməsi haqqında müqavilədən görünür ki, həmin müqavilə Şəxs ilə X6 arasında həmin tarixdə sürücü xidmətlərinin həyata keçirilməsi ilə bağlı bağlanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Etibarnamədən görünür ki, həmin etibarnamə X5 ondan ötrü verilmişdir ki, Şəxs adından onun səlahiyyətli nümayəndəsi olaraq sürücü fəaliyyəti ilə yanaşı şirkətə məxsus bioloji fəallığa malik qida əlavələrinin apteklərə tanıtımını, paylanmasını və iadələrini (geri götürülməsini) icra edə bilsin. Etibarnamə xx.xx.2024-cü il tarixədək qüvvədədir. İşin materiallarında olan qərara əlavə edilmiş X2 izahatından görünür ki, o, 05 avqust 2024-cü il tarixdən Şəxsndə işlədiyini etiraf etmişdir. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, X6 özünə məxsus nəqliyyat vasitəsindən istifadə etməklə, Şəxs adından onun səlahiyyətli nümayəndəsi olaraq sürücü fəaliyyəti ilə yanaşı şirkətə məxsus bioloji fəallığa malik qida əlavələrinin apteklərə tanıtımını, paylanmasını və iadələrini (geri götürülməsini) icra edə bilməsi üçün onunla xx.xx.2024-cü il tarixli Sürücü xidmətlərinin göstərilməsi haqqında 02 həftə müddətinə xidməti müqavilə bağlanmış və ona bu əsasda 12 avqust 2024-cü il tarixli xx.xx.2024-cü il tarixədək qüvvədə olan etibarnamə verilmişdir. Azərbaycan Respublikası İXM-nin 192.1. maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İXM-nin 60.1-ci maddəsinin tələbinə görə hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin 20 oktyabr 2023-cü il tarixli qərarında qərarı alınmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının əmək müqaviləsinin məcburi qaydada bağlanılmasının yolverilməzliyini təsbit edən 35-ci maddəsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3 və 2-4-cü hissələrinə əsasən şəxsin sərbəst seçimi əsasında yaratmış olduğu əmək münasibətlərinin əmək müqaviləsi ilə rəsmiləşdirilməsinin məcburiliyini istisna etmir.
2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində göstərilən hallarda, o cümlədən işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar tərəflər arasında yaranan münasibətlərin əmək münasibətləri olub-olmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun bu Qərarında əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, həmin münasibətlərin xarakteri və həqiqi mahiyyəti, işin faktiki halları araşdırılaraq məhkəmələr tərəfindən müəyyən edilməlidir. X7 Məhkəməsinin Plenumu qeyd edir ki, mülki-hüquqi müqavilələrdən fərqli olaraq, əmək müqavilələri üzrə işəgötürən işçiyə təhlükəsiz və sağlam əmək şəraiti yaratmaq öhdəliyi daşıyır. Əmək müqavilələrində işçinin əmək qanunvericiliyi ilə müəyyən edilən əmək (iş yerinin saxlanılması, məzuniyyətlərin verilməsi, ezamiyyə xərclərinin ödənilməsi, təhsilin davam etdirilməsi və s.) və sosial təminat (işdənçıxarma, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və digər hallarda sosial müavinətin ödənilməsi, sosial sığortanın həyata keçirilməsi və s.) hüquqları və işəgötürənin bununla bağlı vəzifələri olduğu halda, mülkihüquqi müqavilələrdə icraçının yalnız müqavilədə göstərilən və qanunvericiliklə bu hal üçün müəyyən edilən təminatlardan istifadə etmək hüququ vardır. Mülki-hüquqi müqavilələr müddətli və ya nəzərdə tutulan işin və xidmətin nəticəsi gözlənilən tarixədək bağlandığı halda, əmək müqavilələri müddətsiz və yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda müddətli bağlanır. Nəzərə alınmalıdır ki, işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə əlaqədar ayrı-ayrı şəxslərlə daxil olduğu hüquqi münasibətlər bir qayda olaraq əmək münasibətləri olaraq çıxış edir. Belə ki, işəgötürənin əsas fəaliyyət sahəsinə dair işlər əsasən mütəmadi, sistematik və davamlı xarakter daşımaqla, onun nəzarəti altında və təlimatına uyğun olaraq həyata keçirilir. Lakin, bir sıra hallarda işəgötürənin əsas fəaliyyət sahəsinə aid iş və xidmətlərə dair münasibətlər də birdəfəlik və ya qeyri-mütəmadi olmaqla, daşıdığı xüsusiyyətlərə və mahiyyətinə görə əmək deyil, mülki-hüquqi məzmunlu ola bilər. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tərəflər arasında əmək münasibətlərinin olub-olmaması bu münasibətlərin xarakterinə və həqiqi mahiyyətinə, işin faktiki hallarına qiymət verilərək məhkəmə tərəfindən müəyyən edilməlidir. Beləliklə, məhkəmə işin faktiki hallarına və qeyd edilən qanunvericilik normalarına əsasən belə qənaətə gəlir ki, tərəflər arasında bağlanan müqavilə göründüyü kimi xidməti müqavilə olub, Hüseyn Cəfərov özünə məxsus nəqliyyat vasitəsi ilə Grand Medicine” Məhdud Məsuliyyətli Cəmiyyətinə 02 həftə müddətində sürücü kimi xidmət göstərərkən ona şirkətə məxsus bioloji fəallığa malik qida əlavələrinin apteklərə tanıtımını, paylanmasını və iadələrini (geri götürülməsini) icra edə bilməsi də etibar edilmişdir. Tərəflər sərbəst olaraq sifarişçi və icraçı olaraq belə bir mülki müqavilə bağlamışlar. Bu isə müqavilənin xarakter etibarı ilə əmək müqaviləsi olmadığını göstərir. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Prokurorluğu Qazax Rayon Prokurorluğu tərəfindən verilmiş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərarı üzrə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib hissəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 53, 109, 114 və 115-ci
Qərara aldı:
Azərbaycan Respublikası Prokurorluğu Qazax Rayon Prokurorluğu tərəfindən verilmiş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərarı üzrə Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib hissəsi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Hakim: Cəmilə Səfiyeva