Məhkəmə qərarları › İş №3(012)-2179/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2179/2024

06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2179/2024 06.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X8 Ənvər qızının sədrliyi, Haciyev Xalid Nazim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-in direktoru X4iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə olan işə məhk əmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən hüquqi ünvanı Abşeron rayonu, Masazır, Masazır şösesi, ev 17B, Atatürk küçəsi olan Şəxs MMC-yə məxsus klinikada xx.xx.2024-cü il tarixdə saat 16:30-da keçirilən planlı yoxlama zamanı lisenziyadan kənar iş və fəaliyyət aşkar edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məhkəmə iclasları barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü və 62.4cü maddələrinə əsasən işə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin direktoru X4 izahatında bildirdi ki, iki ildir ki, fəaliyyət göstərirlər. Ən aşağı miqdarda olan cərimənin verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin baş direktorunun 25 sentyabr 2024-cü il tarixli 3-28-1/3-2-1075/2024 nömrəli qərarından görünür ki,xx.xx.2024-cü il – xx.xx.2024-cü il tarixlərdə Abşeron rayonu, Masazır, Masazır şösesi, ev 17B, Atatürk küçəsi ünvanında yerləşən Şəxs MMC-nin fəaliyyətinin planlı (növbəti) yoxlama aparılması qərara alınmışdır; -Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışdan görünür ki, Şəxs MMC-nin fəaliyyətinin planlı (növbəti) yoxlanılmasının aparılması 03 oktyabr 2024-cü il tarixdə elektron qaydada qeydə alınmışdır; -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin əməkdaşları tərəfindən NEOMED2020” MMC-nin direktoru X1 iştirakı ilə tərtib etdikləri xx.xx.2024-cü il tarixli 611 nömrəli planlı (növbəti) yoxlama aktından və digər sənədlərdən görünür ki, müəssisədə görülən işlər üzrə tibbi statistic hesabatlar aparılmır. (Forma 30 ambulator fəaliyyət barədə) Çalışan işçilərin dövrü tibbi müayinə sənədləri yoxlamaya təqdim edilmədi. Müəssisədə fəaliyyət nəticəsində əmələ gələn tibbi tullantıların utilizasiya barədə Müqavilə və işi ilə bağlı AKT (təhvil vermə və zərərsizləşdirmə) sənədləri, tibbi tullantıların idarə edilməsi üçün müəssisədə cavabdeh şəxs təyin edilməyib. Tibb fəaliyyətində istofadə edilən avadanlıqların (fizioterapevtik, EEQ, EKQ, USM VƏ S) normativ-texniki tələblərə uyğunluğu barədə təsdiqedici sənədlər yoxlanmaya təqdim edilmədi. Havalandırmış sisteminə texniki qulluq və H tipli filterlərin barədə (laboratoriya) təsdiqedici sənədlər yoxlanmaya təqdim edilmədi. Müəssisədə baklampaların işlənməsinə nəzarət qeydiyyat jurnalı yoxlamaya təqdim edilmədi. Laboratoriyada mövcud olan soyuducuların temperature qeydiyyat vərəqəsi tərtib edilməyib. Laboratoriyadakı avadanlıqların nəzarət-kalibrasiya işlərin aparılmasına dair qeydiyyat jurnalı yoxlamaya təqdim edilmədi. Soyuducuda reaktivlərin qan nümunələrinin birgə saxlanılması aşkar edildi. Müəssisədə istifadə olunan laborator avadanlıqların iş prinsipinə dair müvafiq məlumatlar təstib edilməyib. Müəssisədə yenidən qurma işləri apararkən əlavə təyinatı göstərilməyən otaqlarda həkim qəbul-müayinə otaqları və prosedur yaradılmışdır:fizioterapiya, ginekoloji pros edur keçmə otaqlar, həkim-pediatr, endokrinoloq. Laborator sahəsində siyuducuda "xxxx" 24-48 saatlıq mikrobioloji müayinələrin reaktivləri aşkar edildi. Müəssisədə yaradılmış sahələrdə həkim-pediatr, həkim endokrioloqun iş və fəaliyyətləri, laboratoriyada (klinika-biokimyəvi) “mikrobioloji” iş və fəaliyyəti aşkar edildi (təsdiqedici sənəd-qeydiyyat sənədlər, analizlərin cavabları və reaktivləri_-lisenziyada göstərilən işlərdən kənar tibb fəaliyyəti. Müəssisədə yoxlama X2, X5, X3 iştirakları, müşayiətləri, təqdim etdikləri sahələr və sənədlər əsasında keçirilmişdir. NEOMED2020” MMC-nin direktoru X4 "Göstərilən nöqsanlarla razıyam. Əlavə edirəm ki, ginekoloji kreslo olan otaqda sadəcə ginekoloji yaxmaların götürülməsi üçün istifadə olunur.” məzmunlu izahat yazaraq imzalamışdır; -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş lisenziyadan və ona Əlavədən görünür ki ********** nömrəli VÖEN əsasında qeydiyyata alınmış Şəxs MMC-yə 31 mart 2022-ci il tarixdə verilmiş lisenziyada "terapiya , terapevtik, kardiologiya, kardioloji, nevropatologiya, nevropatoloji, şüa diaqnostikası, ultrasəs müayinəsi, laboratoriya, klinik, klinik-biokimyəvi” fəaliyyət növü, icazə verilmiş tibbi xidmət sırasındadır; İnzibati xətalar qanunvericiliyinin mənasına görə, inzibati xətanın tərkibini inzibati xətalar qanunvericiliyi ilə müəyyən edilmiş əlamətlər məcmusu təşkil edir və onların mövcudluğunda ictimai təhlükəli əməl inzibati xəta sayılır. İnzibati xətanın tərkibini qanunla müəyyən edilən obyektiv və subyektiv əlamətlərin məcmusu təşkil edir. Hər bir xətanın əsasını hüquqazidd əməl təşkil edir. Əgər bu əməl yoxdursa, deməli, burada heç bir inzibati xətadan, inzibati məsuliyyətdən, inzibati tənbehlərin tətbiq edilməsindən söhbət gedə bilməz. Əməlin inzibati xəta sayılması üçün onun hüquqi əlamətləri olmalıdır, yəni əməl hüquqa zidd olmalı, əməl təqsirli sayılmalı, əməl inzibati məsuliyyətə səbəb olmalı, əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd etməlidir. Hazırkı halda məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən yol verilmiş inzibati xətanın xəta sayılması üçün onun hüquqi əlamətləri vardır, əməl hüquqa zidd olmuşdur və məhz hüquqi şəxs Şəxs MMC tərəfindən törədilmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası İXM-nin 75.0.1, 75.0.2 və 75.0.3-cü maddələrinin tələbləri baxımından aşağıdakı halların müəyyən edilib-edilmədiyini yoxlamış və hüquqi qiymət vermişdir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. İnzibati xətanın törədilib-törədilməməsinə və inzibati xəta törətmiş şəxsin müəyyən edilməsinə münasibətdə müəyyən olunmuşdur ki, törədilməsi ehtimal edilən Azərbaycan Respublikası İXM-nin 215.1 -ci maddəsinin mənasına görə, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur. Hansı ki, Şəxs MMC-də bu cür işin, yəni 31 mart 2022-ci il tarixdə verilən lisenziyada müəyyən edilməmiş, lisenziyadan kənar fəaliyyət növü üzrə işin, tibbi fəaliyyətin həyata keçirilməsi tədqiq olunmuş iş materialları, hüquqi şəxsin nümayəndəsinin (klinikanının direktoru) yoxlama zamanı, habelə məhkəmədə verdiyi izahatı ilə tam təsdiq olunur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək, o nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXMnin 215.1 -ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla MMC-nin həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törədilən əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 215.1 -ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 215.1 -ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1 -ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.1 -ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1 -ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 18, 40, 43, 114115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 6000 (altı min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X10

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar