Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-218/2020 30.01.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi və onun müdafiəçisi Xəzər Konsaltinq vəkil bürosunun vəkili X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X4 iştirakı ilə, xx.xx.1989-cu il tarixdə Tərtər rayonu, Cəmili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış Tərtər rayonu, Cəmilli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx xxxxxx 2020-ci il tarixli inzibati xəta haqqında protokol məhkəməyə daxil olmuşdur. Protokoldan görünür ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-137/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs ümumilikdə 4830 manat məbləğində qızıl-zinyət əşyaları və 4862,5 manat dəyərində pul alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İş üzrə borclu Şəxs heç bir üzrlü səbəb göstərmədən icra vərəqəsini icra etməmişdir. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X9 oğlu bildirdi ki, Tərtər Rayon Məhkəməsinin 2(061)-137/2018 saylı, xx.xx.2018-ci il tarixli icra sənədinin xx.xx.2018-ci il tarixdə icraatına başlanılmış, borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmışdır. Borclu Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki,Tərtər Rayon Məhkəməsinin xx.xx.2018-ci il, 2(061)-137/2018 saylı icra sənədinə əsasən ondan ümumilikdə 430 manat məbləğində zinət əşyaları və 4862,5 manat dəyərində cehiz əşyaları alınaraq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. O, məhkəmə qətnaməsinə hörməylə yanaşır, lakin maddi vəziyyəti borcu ödəməyə imkan vermir. Tələbkar Zərərçəkmiş şəxs nümayəndəsi və onun müdafiəçisi Xəzər Konsaltinq vəkil bürosunun vəkili X2 borclunun qanunauyğun şəkildə cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Tərtər rayon İcra və Probasiya Şöbəsində müvafiq icra sənədinə dair işlər üzrə icraata başlanılmışdır. İş materiallarında olan sorğulardan görünür ki, borclunun mülkiyyətində daşınar və daşınmaz əmlak yoxdur. İş materiallarında olan qərardan görünür ki, borclu barəsində xx.xx.2019-cu il tarixdə icra sənədi üzrə icraata başlanmış, borcluya dərhal icranı könüllü təmin etməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan sorğulardan görünür ki, borclu Şəxs mülkiyyətində heç bir daşınar və daşınmaz əmlak yoxdur. İş materiallarında olan sənədlərdən görünür ki, borclu Şəxs Azərbaycan Ground Services MMC-də mühəndis-texnoloji xidmətin növbə rəisi vəzifəsində işləyir və aylıq əmək haqqı 590 manat təşkil edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inztibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Şəxs izahatından icra sənədini üzrsüz səbəbdən icra etməməsi görünmür. Məhkəmə zamanı müəyyən edildi ki, Şəxs mülkiyyətində daşınar və daşınmaz əmlakı yoxdur. Azərbaycan Ground Services MMC-də mühəndis-texnoloji xidmətin növbə rəisi vəzifəsində işləyir və aylıq əmək haqqı 590 manat təşkil edir. Belə olan halda icra məmuru borcu əmək haqqına yönəltməmiş, qanunun tələblərinə uyğun olmayan formada protokol tərtib etməklə işini bitmiş hesab etmişdir, iş materiallarında borclunun icra məmurunun hansı qanuni tələblərini qərəzli şəkildə icra etməməsi görünmür. Məhkəmə hesab edir ki, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktı olmalıdır ki, materialda belə bir xüsusata rast gəlinmir. Ona görə də Şəxs icra məmurunun qanuni tələbini qəsdən yerinə yetirməməsi sübuta yetmir, buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin53-cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-218/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-218/2020
30.01.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver