Məhkəmə qərarları › İş №3(012)-2183/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2183/2023

25.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2183/2023 25.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 483-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, 00100-02879/23 saylı inzibati xəta haqqında tərtib edilmiş protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-/3-1-027444/2023 nömrəli xx.xx.2023-cü il tarixli raportun icrası ilə əlaqədar bildirilir ki, həmin raportda Dövlət Gömrük Komitəsinin X1 Sistemi informasiya resursunun banklarla DGK arasında «Forma 3.9.2.1» elektron hesabat sistemindən xx.xx.2023-cü il tarixdə alınmış məlumata əsasən Şəxs MMC tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində rəsmiləşdirilən 1 (bir) gömrük bəyannaməsi üzrə 214.32 (iki yüz on dörd dollar 32 sent) ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi göstərilmişdir. Araşdırma zamanı qeyd olunan məsələ ilə əlaqədar Şəxs MMC-nin direktoru X4 Bakı Baş Gömrük İdarəsi, Əməliyyat və Təhqiqat İdarəsinə dəvət olunmuşdur. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC 55 nömrəli xx.xx.2017-ci il tarixli müqavilə ilə 15 nömrəli, xx.xx.2022-ci il tarixli invovs üzrə Bakı Baş Gömrük İdarəsində xx.xx.2022-ci il tarixli, **********2269 sorğu nömrəli gömrük bəyannaməsi ilə 214.32 (iki yüz on dörd dollar 32 sent) ABŞ dolları dəyərində “Spirtsiz qazlı içkilər” yükünü Azərbaycan Respublikasından ixrac etmiş, lakin, qevd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 214.32(iki yüz on dörd dollar 32 sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaitləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Beləliklə, baxış nəticəsində hüquqi şəxs Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixli, **********2269 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 214.32(iki yüz on dörd dollar 32 sent) ABŞ dolları məbləğində pul vəsaitinin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru X4 bildirdi ki, protokoldan məlumatı vardır. Protokolda qeyd olunan məbləği ödəməkdən yayınmırlar. Lakin pulun qaytarılmasına möhlət verilməsini xahiş etdi. Protokol tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin barəsində inzibati xəta haqqında iş üzrə protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3 və 112.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin rəisinin müavini, gömrük xidməti polkovniki Elçin Allahverdiyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, X1 Sistemində banklarla Dövlət Gömrük Komitəsi arasında olan “Forma 3.9.2.1” elektron hesabat sistemindən xx.xx.2023-cü il tarixində alınmış məlumata əsasən Şəxs MMC-nin xx.xx.2017-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər rəsmiləşdirilən 1 gömrük bəyannaməsi üzrə 214.32 (iki yüz on dörd dollar 32 sent) ABŞ dolları məbləğində vəsaitin müvəkkil bankda olan hesaba köçürülmədiyi göstərilmişdir. - xx.xx.2023-cü il tarixli, 00100-02879/23 saylı inzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC 55 nömrəli xx.xx.2017-ci il tarixli müqavilə ilə 15 nömrəli, xx.xx.2022-ci il tarixli invoys üzrə Bakı Baş Gömrük İdarəsində xx.xx.2022-ci il tarixli, **********2269 sorğu nömrəli gömrük bəyannaməsi ilə 214.32 (iki yüz on dörd dollar 32 sent) ABŞ dolları dəyərində “Spirtsiz qazlı içkilər” yükünü Azərbaycan Respublikasından ixrac etmiş, lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 214.32 (iki yüz on dörd dollar 32 sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaitləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. - Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti mayoru X5 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli sənədlərə baxış keçirilməsi haqqında Protokoldan görünür ki, icraatında olan 3-33-/3-1-027444/2023 nömrəli material üzrə Azərbaycan Respublikası CPM-nin 85, 51, 134, 236-cı maddələrinin tələblərinə riayət edərək bu protokolu tərtib edirəm ondan ötrü ki, Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-/3-1- 027444/2023 nömrəli xx.xx.2023-cü il tarixli raporta əlavə edilmiş, Şəxs MMC tərəfindən xx.xx.2017-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər rəsmiləşdirilən 1 (bir) gömrük bəyannaməsinə və DGK-nın X1 sistemi informasiya resursundan əldə edilmiş çıxarışlara bu gün Bakı şəhəri, ünvan 2 ünvanda yerləşən Bakı Baş Gömrük İdarəsinin inzibati binasında 309 nömrəli xidməti iş otağında baxış keçirmişdir. Baxış bu gün saat 12:00-da başlanıldı, gündüz vaxtı, otaq şəraitində, süni işıqlandırmada, texniki vasitələr: “HP” markalı komputer və “Canon MF3010” markalı printer avadanlığından, “Microsoft Word” proqram təminatının köməyi ilə aparıldı. Baxış nəticəsində müəyyən edildi ki, hüquqi şəxs Şəxs MMC Rusiya Federasiyasında fəaliyyət göstərən “LoqistikFrut” şirkəti ilə bağlanılmış müqaviləyə istinad etməklə Bakı Baş Gömrük İdarəsində xx.xx.2022-ci il tarixli, **********2269 sorğu nömrəli gömrük bəyannaməsi ilə 214.32 (iki yüz on dörd dollar 32 sent) ABŞ dolları dəyərində malları Azərbaycan Respublikasından Rusiya Federasiyasında fəaliyyət göstərən “LoqistikFrut” şirkətinə ixrac etmişdir. Lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 214.32 ABŞ dolları məbləğində pul vəsaiti Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülmədiyi müəyyən edilmişdir. - xx.xx.2023-cü il tarixli İnzibati xəta haqqında işin aidiyyəti göndərilməsi barədə qərardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. - Bakı Baş Gömrük İdarəsinin Gömrük Əməliyyatları İdarəsinin Əməliyyat və Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, gömrük xidməti mayoru X3 Şəxs MMC-yə ünvanlandığı “konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində vəsaitlərin onların bəyan olduğu gündən 180 gün ərzində müvəkkil bankda olan hesablara köçürülməsinin təmin edilməsinə” dair xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən hüquqi və fiziki şəxslər konsiqnasiya yolu ilə ixrac etdikləri malların müqabilində vəsaitlərin onların bəyan olunduğu gündən 180 gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsini təmin etmələri, həmçinin bu qaydaların pozulmasına görə şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdıqları barədə xəbərdarlıq edilmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və onun barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası Prezdentinin 24 iyun 1997-ci il tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”-nın 12-ci bəndinin icrasının təmin edilməsi və eyni zamanda Qanunun 12.2. və 12.3-cü bəndlərinin tələblərinə əsasən 180-gün müddətinə xarici valyuta vəsaitləri, malları ixrac edən ixracatçının Azərbaycan Respublikasında müvəkkil bankda olan hesabına köçürülməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC 55 nömrəli xx.xx.2017-ci il tarixli müqavilə ilə 15 nömrəli, xx.xx.2022-ci il tarixli invoys üzrə Bakı Baş Gömrük İdarəsində xx.xx.2022-ci il tarixli, **********2269 sorğu nömrəli gömrük bəyannaməsi ilə 214.32 (iki yüz on dörd dollar 32 sent) ABŞ dolları dəyərində “Spirtsiz qazlı içkilər” yükünü Azərbaycan Respublikasından ixrac etmiş, lakin, qeyd olunan xarici iqtisadi fəaliyyət nəticəsində 214.32 (iki yüz on dörd dollar 32 sent) ABŞ dolları məbləğində xarici valyuta vəsaitləri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olduğu halda köçürülməmişdir. Göründüyü kimi, Şəxs MMC xx.xx.2017-ci il tarixindən 180 gün ərzində, xx.xx.2023-cü il tarixədək ixrac etdiyi məhsulun qalıq məbləği olan 214.32 (iki yüz on dörd dollar 32 sent) ABŞ dolları vəsaitin müvəkkil bankın hesabına köçürülməsini təmin etməli olduğu halda bunu etməmiş və bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə - inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin barəsində inzibati tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən Azərbaycan Respublikasının İXM- nin 32 və 33cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını, məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 483-cü maddəsi ilə təqsirli bilinməli və onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 4851, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə təqsirli bilinsin və inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın- 214.32 (iki yüz on dörd dollar 32 sent) ABŞ dolları vəsaitin dəyərinin qırx faizi məbləğində, yəni 85,72 ABŞ dolları məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar