Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2184/2025 07.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Rəcəbova Samirə Məmməd qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Dövlət Su X3 suların İstifadəsinə və X4 Xidmətinin 2 Saylı X1 nümayəndəsi Nümayəndə2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, "xxxx" MMC-nin (Hüquqi ünvan: Bakı şəhəri, Nərimanov rayonu, K. Rəhimov 13, mənzil 69, VÖEN:**********) Azərbaycan Respublikası İXM-nin 264.0.1 və 264.0.7-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Dövlət Su X3 Suların İstifadəsinə və X4 Xidmətinin 2 Saylı X2 tərəfindən daxil olmuş materiala Abşeron Rayon Məhkəməsinin inzibati binasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: «Bakı-Praqa” MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 264.0.1 və 264.0.7-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Azərbaycan Dövlət Su X3 suların İstifadəsinə və X4 Xidmətinin 2 Saylı X1 məsləhətçisi Nümayəndə2 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Azərbaycan Dövlət Su X3 Suların İstifadəsinə və X4 Xidmətinin 2 Saylı X1 nümayəndəsi Nümayəndə2 izahatında göstərmişdir ki, Abşeron rayonu, Novxanı qəsəbəsi ünvanında, xx.xx.2025-ci il tarixli aktla «Bakı-Praqa” MMC-də formalaşan tullantı suları heç bir təmizləmə prosesindən keçmədən birbaşa ətraf-mühitə axıdılmış, həmçinin lazımi icazə olmadan su əldə olunması üçün quyu qazılması müəyyən edilmişdir. Bu səbəbdən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1 və 264.0.7-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 izahatında bildirmişdir ki, «Bakı-Praqa” MMC İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti publik hüquqi şəxs Bağlar Sukanal İdarəsi ilə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanmışdır. Bu müqavilə üzrə həmin müəssisəyə mütəmadi olaraq müəyyən qədər vəsait ödənilmişdir. «Bakı-Praqa” MMC çirkli suların axıdılması prosessinin idarə edilməsini məhz həmin müəssisəyə həvalə etdiyindən çirkli suların hara və necə axıdılması barədə məlumatı olmamışdır. Nümayəndə1 həmçinin izahatında bildirmişdir ki, sözügedən quyu "xxxx" MMC hüquqi şəxsinə məxsus deyildir, ümumi istifadədə olan su quyusudur. Nümayəndə1 bütün bunları nəzərə alaraq "xxxx" MMC barəsində inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Dövlət Su X3 suların İstifadəsinə və X4 Xidmətinin 2 Saylı X1 məsləhətçisi Nümayəndə2 tərəfindən "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 264.0.1 və 264.0.7-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Dövlət Su X3 Suların İstifadəsinə və X4 Xidmətinin əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Abşeron rayonu, Novxanı qəsəbəsi ünvanında, xx.xx.2025-ci il tarixdə «Bakı-Praqa” MMC-də formalaşan tullantı suları heç bir təmizləmə prosesindən keçmədən birbaşa ətraf mühitə axıdılmış, həmçinin lazımi icazə olmadan su əldə olunması üçün quyu qazılması faktı aşkar olunmuşdur. Məhkəməyə təqdim olunmuş xx.xx.2025-ci il tarixli müqavilədən görünür ki, «Bakı-Praqa” MMC və İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti publik hüquqi şəxs Bağlar Sukanal İdarəsi arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair müqavilə bağlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 12-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizliyi) inzibati xəta hesab olunur. 76-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.7-ci maddəsinə əsasən su çıxarmaq üçün quyu qazılması qaydalarının və texnologiyasının pozulmasına və ya lazımi icazə olmadan su çıxarmaq üçün quyu qazılmasına görə fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından görünür ki, sözügedən quyunun mülkiyyətçisinin «Bakı-Praqa” MMC olması protokolu tərtib edən şəxs tərəfindən sübuta yetirilməmişdir. Həmçinin «Bakı-Praqa” MMC çirkli suların axıdılması qaydalarına riayət olunması üçün X7 Sistemlərinin İstismarı İdarəsi ilə müqavilə bağlamış, müvafiq pozuntunun qarşısının alınması üçün öncədən zəruri tədbirləri görmüşdür. Məhkəmə məhkəmədə tədqiq olunmuş sənədlərə, alınan izahatlara əsasən hesab edir ki, «Bakı-Praqa” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1 və 264.0.7-ci maddələri ilə başlanmış inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 53,105, 114, 115, 117, 128 – 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: «Bakı-Praqa” MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1 və 264.0.7-ci maddəsi ilə başlanmış inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron rayon məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-2184/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2184/2025
07.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver