Məhkəmə qərarları › İş №3(012)-2185/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2185/2024

15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2185/2024 15.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İnzibati protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsin Qobu PB-nin sahə rəisi, polis mayoru X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən İXM-nin 535.1 və 206-cı maddələri üzrə daxil olmuş inzibati xəta haqqında işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: 15 oktyabr 2024-cü il tarixdə Abşeron Rayon Polis İdarəsin Qobu PB-nin sahə rəisi, polis mayoru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokollar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilən inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmiş şəxs Abşeron Rayon Polis İdarəsin Qobu PB-nin sahə rəisi, polis mayoru X6 protokolda qeyd olunanları təsdiq edərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə saat 11:37 radələrində BDYPl-nin YPXA-nın 3-cü taqımının Bakı-Şamaxı-Yevlax yolunun 23.5-ci kmdə yerləşən 710 saylı stasionar postda sənədləri yoxlama məqsədilə YPXİ-nin polis baş serjantı X7 tərəfindən dayandırılan “Toyota Corolla” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün zahiri görünüşündə, davranışında və hərəkətlərində sərxoşluq əlamətlərinin olduğunu şübhə edib alkotester və narkotester vasitəsilə ilkin müayinədən keçməyə dəvət etmişdir. Lakin sonradan adı və soyadı məlum olan sürücü Şəxs polisin qanuni tələbinə məhəl qoymaraq avtomobili qoyub qaçmışdır. Daha sonra Şəxs yeri müəyyən edilərək 710 saylı posta gətirilmiş, həmin sürücünün hərəkətlərində sərxoşluq əlamətləri olduğu üçün Sumqayıt Narkoloji Dispanserinə göndərilmiş və tibbi müayinədən keçirilmişdir. Nəticədə Şəxs narkotik vasitədən istifadə etməsi aşkar olunmuşdur. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında dindirilmiş barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o, mütəmadi olaraq narkotik vasitə olan marixuana istifadəçisidir və psixotrop maddə olan metamfetamini az sayda istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində Bakı-Şamaxı yolunun üzərində yerləşən 710 saylı postdan “Toyota Corolla” markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə keçərkən polis əməkdaşları onu saxlayıb sənədlərini yoxlamaq üçün tələb etmiş, həmçinin polis əməkdaşları ondan şübhələnib alkotester və narkotesterdən də keçməyini tələb etmişdir. Lakin o, özünü polis əməkdaşlarına təqdim etməmiş, onlara heç bir sənəd təqdim etməmiş, avtomobili sürüb qarşıda saxlamış və avtomobildən düşüb qaçmışdır. Daha sonra isə polis əməkdaşları onu taparaq Qobu PB-nə aparmışlar. O, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə marixuana istifadə etmişdir. Etdiyi əməldən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini bildirərək, məhkəmədən ona yüngül inzibati tənbeh təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin səmimi peşmançılığını əsas gətirərək sonuncu barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş YPXİ-nin polis baş serjantı X7 ifadə verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 11:37 radələrində BDYPİ-nin YPXAnın 3-cü taqımının Bakı-Şamaxı-Yevlax yolunun 23.5-ci km-də yerləşən 710 saylı stasionar postda sənədləri yoxlama məqsədilə tərəfindən “Toyota Corolla” markalı, **-SG- *** dövlət qeydiyyat nişanlı avtomobil dayandırılmışdır. Sürücüdən sənədləri təqdim etməsini istəmiş, lakin sənədləri olmamışdır. Sürücüsünün zahiri görünüşündə, davranışında və hərəkətlərində sərxoşluq əlamətlərinin olduğunu şübhə edib alkotester və narkotester vasitəsilə ilkin müayinədən keçməyə dəvət etmişdir. Lakin sonradan adı və soyadı məlum olan sürücü Şəxs onun qanuni tələbinə məhəl qoymaraq sənəd təqdim etməmiş, şəxsiyyəti barədə məlumat verməyərək avtomobili irəli sürərək bir qədər sonra saxlayaraq, avtomobili qoyub qaçmışdır. Daha sonra Şəxs yeri müəyyən edilərək 710 saylı posta gətirilmişdir. Həmin sürücünün hərəkətlərində sərxoşluq əlamətləri olduğu üçün Sumqayıt Narkoloji Dispanserinə göndərilmiş və tibbi müayinədən keçirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş YPXA-nın 3-cü taqımının komandiri, polis mayoru X8 ifadə verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 11:37 radələrində BDYPİ-nin YPXA-nın 3-cü taqımının Bakı-Şamaxı-Yevlax yolunun 23.5-ci kmdə yerləşən 710 saylı stasionar postda sənədləri yoxlama məqsədilə YPXİ-nin polis baş serjantı X7 tərəfindən dayandırılan “Toyota Corolla” markalı, **-SG-*** d.q.n. avtomobilin sürücüsünün zahiri görünüşündə, davranışında və hərəkətlərində sərxoşluq əlamətlərinin olduğunu şübhə edib alkotester və narkotester vasitəsilə ilkin müayinədən keçməyə dəvət etmişdir. Lakin sonradan adı və soyadı məlum olan sürücü Şəxs polisin qanuni tələbinə məhəl qoymaraq sənəd təqdim etmədi, şəxsiyyəti barədə məlumat vermədi və avtomobili irəli sürüb qabaqda saxlayıb, avtomobili qoyub qaçmışdır. Daha sonra Şəxs yeri müəyyən edilərək 710 saylı posta gətirilmiş, həmin sürücünün hərəkətlərində sərxoşluq əlamətləri olduğu üçün Sumqayıt Narkoloji Dispanserinə göndərilmiş və tibbi müayinədən keçirilmişdir. Nəticədə sürücünün sidiyində THC (marixuana) və AMP (narkotik maddə) narkotik vasitə olduğu aşkar olunmuş, barəsində İXM-nin 333-1.1 maddəsinə əsasən İXP- 6620358 nömrəli inzibati protokol tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Respublikası Səhiyyə Nazirliyi Respublika X4 X10 X1 xx.xx.2024-cü il tarixli, 6826 nömrəli rəyindən görünür ki, Şəxs kannabinoidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən YPXA-nın 3-cü taqımının komandiri, polis mayoru Ürfət Şükürovun raportu əsasında toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı və 535-ci maddələrində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərinin tətbiq edilməsi üçün qərarın surətinin aidiyyəti üzrə göndərilməsi, Şəxs istifadə etdiyi narkotik vasitələri haradan, nə zaman və hansı üsullarla əldə etməsi barədə məlumatların əldə olunmasını təmin etmək məqsədilə tədbirlərin davam etdirilməsi üçün qərarın surətinin aidiyyəti üzrə göndərilməsi qərara alınmışdır. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il, saat 18:50-də inzibati qaydada tutulmuşdur. Abşeron Rayon Polis İdarəsi tərəfindən təqdim edilmiş video görüntüyə məhkəmə iclasında baxış keçirilən zaman Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetirilir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 206-cı və 535-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Beləliklə, məhkəmə baxışı zamanı araşdırılan sübutlarla barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsin xx.xx.2024-cü il tarixdə, saat 11:30 radələrində Azərbaycan Respublikası İXM-nin 206 və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsi inzibati xəta haqqında protokollar, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetdiyindən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, narkotik vasitələrin, psixotrop maddələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə -iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd edilən maddələrin dispozisiyasından göründüyü kimi, qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsi, eləcə də polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizəsi ilə bağlı vəzifələrini icra edərkən, ictimai qaydanı pozan şəxs tərəfindən onların qanuni tələblərinə qəsdən tabe olmama İXM-nin 206 və 535.1-ci maddələrində nəzərdə tutulan məsuliyyətə səbəb olur. Hazırki halda Şəxsin hərəkətlərində də həmin halların mövcud olması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsin törətdiyi xətanı etiraf edib səmimi peşman olmasını əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır; 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər; 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Beləliklə məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halları və məsuliyyəti ağırlaşdıran halların olmamasını qeyd edib, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla, sonuncuya Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh növünün tətbiq edilməsi məqsədəmüvafiqdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 04 saat olmaqla, cəmi 24 (iyirmi dörd) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 30, 40.0.1, 43, 48-51, 55,114, 115,128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 2 (iki) ay müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli xx.xx.2024-cü il, saat 18:50-dən hesablansın. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Qərarın icrası Abşeron rayon Polis idarəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 04 saat olmaqla, cəmi 24 (iyirmi dörd) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar