Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2188/2024 16.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron RPİ-nin Qobu PB-in polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, onun müdafiəçisi, Xırdalan şəhəri vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1989-cu ildə Ucar rayonu, Qaracallı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Ucar rayonu, Qaracallı kəndində qeydiyyatda olan, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 157-ci maddəsində nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxsnun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Abşeron RPİ-in Qobu PB-si tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş materialdan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:00 radələrində, Abşeron rayonu, Qobu qəsəbəsində aralarında gedən dedi-qodu edilməsinə görə aralarında yaranmış mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs əlləri ilə qəsdən vuraraq, sonuncuya sağlamlığa zərərvurmayan xəsarət yetirməklə ona qəsdən fiziki ağrı yetirmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında İnzibati xəta haqqında protokol tərtib edən şəxs Abşeron RPİnin Qobu PB-in polis sahə rəisi X3 inzibati xəta haqqında protokolu müdafiə edərək izahatında göstərmişdir ki, vətəndaş Əliyeva X4 RPİ-in Qobu PB-nə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Qobu qəsəbəsində aralarında yaranmış mübahisə zamanı qonşusu Şəxs tərəfindən döyüldüyünü bildirmişdir. Həmin şikayət əsasında Abşeron rayon Pİ-nin TŞ-də araşdırma aparılmış, həmin şikayət əsasında cinayət işinin başlanmasının rədd olunması haqqında qərara əsasən Şəxs əməlində inzibati xəta tərkibinin bütün əlamətləri olduğundan barəsində inzibati xəta haqqında protokol tərtib edilməsi üçün Qobu PB-nə göndərilmişdir. Bununla əlaqədar araşdırma aparılmış və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib etmişdir. Qanuna müvafiq qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü protokol üzrə təqsirli bilməyərək izahatında göstərmişdir ki, qonşusu Zərərçəkmiş şəxs vurmamış, sadəcə küçədə aralarında mübahisə olmuşdur. Mübahisəyə səbəb Səadətin onun və ailəsi barədə dedi-qodu, lazımsız söz-söhbətlər aparmasıdır. Zərərçəkmiş şəxs onun tərəfindən döyülməsi barədə dedikləri doğru deyildir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə qonşusu Şəxs onun barəsində dedi-qodu etməsi səbəbidən aralarında sözlə mübahisə yaranmışdır. Həmin gün saat 10 radələrində Qobu qəsəbəsində yerləşən evdə olarkən darvaza qapısını bərkdən vurulması səsini eşidib həyətə çıxmış, sonra darvaza qapısını açan zaman qapının önündə qonşusu Şəxs və digər qonşusu Sevinc adlı şəxsi görmüşdür. Şəxs əli ilə onun paltarınını yaxasından yapışıb küçəyə tərəf dartmaq istəmiş o isə çıxmaq istəmədikdə sinəsindən Şəxs cırmaqlamış və qonşusu Sevinc araya keçib Arzunu çəkib evinə aparmışdır. Sonraadan evinin darvaza qapısının Şəxs tərəfindən daşla vurulması nəticəsində əzilmişdir. Arzudan şikayətçidir, barəsində ciddi inzibati tənbeh tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Xırdalan şəhəri vəkil bürosunun vəkili X6 hüquqlarını müdafiə etdiyi şəxsin qadın olmasını və qeyd edilən əməli törətmədiyini nəzərə alaraq, onun barəsində başlanmış inzibati icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, toplanmış material üzrə Şəxsnun barəsində cinayət işinin başlanılması rədd edilmiş və onun əməlində zərərvurmayan xəsarət almış zərərçəkmiş şəxsə münasibətdə inzibati xətanın tərkib əlamətləri müəyyən edildiyindən Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərinə uyğun olaraq inzibati qaydada protokol tərtib edilməsindən ötrü qəbul olunmuş qərarın surəti Abşeron RPİ-nin Qobu PB-nə göndərilmişdir. Məhkəmə-Tibbi Ekspertizasının xx.xx.2024-cü il tarixli, 2157 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlər— döş qəfəsinin ön səthinin, sağ və sol süd vəzisi nahiyələrinin sıyrıqları — bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, xx.xx.2024-cü il tarixdə insan bədəninin hissələrinn təsirindən əmələ gələ bilməsi mümkündür, həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcələri təyin olunmur. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə proses iştirakçılarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə tövsif olunmuşdur. Odur ki, Şəxs həmin maddə ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs zərərçəkmiş şəxs ilə barışmamışdır, ona görə İXM-nin 39.1-ci maddəsində nəzərdə tutulduğu qaydada iş üzrə icraata xitam verilməsi üçün əsaslar yoxdur. Bundan başqa, məhkəmə Şəxs izahatında göstərilənlərə münasibətdə qeyd edir ki, həmin izahat işin faktiki müəyyən olunmuş halları ilə təkzib olunur, belə ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 10:00 radələrində, Abşeron rayonu, Qobu qəsəbəsində aralarında gedən dedi-qodu edilməsinə görə aralarında yaranmış mübahisə zamanı qonşusu Zərərçəkmiş şəxs əlləri ilə qəsdən vuraraq, sonuncuya sağlamlığa zərərvurmayan xəsarət yetirməklə ona qəsdən fiziki ağrı yetirməsi məhkəmə iclasında Zərərçəkmiş şəxs verdiyi izahatı ilə təsdiq olunur. Nəzərə alınmalıdır ki, həmin şəxsin izahatı işin faktiki müəyyən edilmiş halları ilə uyğun gəlir, o cümlədən məhkəmə-tibbi ekspertizanın rəyi və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ilə müəyyən olunmuşdur ki, qeyd olunan inzibati xəta Şəxs tərəfindən törədilmişdir. Eyni zamanda cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, təhqiqat zamanı Şəxs izahatında xx.xx.2024-cü il tarixdə qonşusu Zərərçəkmiş şəxs onun barəsində dediqodu etməsini səbəbindən onlar arasında sözlə mübahisə düşdüyünü, mübahisə zamanı o, qonşusu Zərərçəkmiş şəxs sinəsini cırmaqladığını, həmin vaxt qonşusu Sevinc onu tutub kənara çəkdiyini, qonşusu Zərərçəkmiş şəxs darvaza qapısını daşla vurub küçəyə çıxmasını tələb etdiyini göstərmişdir. Ona görə məhkəmə Şəxs (təhqiqat zamanı verdiyi etirafedici izahatından fərqli olaraq) məhkəmə iclasında verdiyi izahatını inzibati məsuliyyətdən boyun qaçırmağa cəhdi kimi qiymətləndirərək nəzərə alınmır, işin icraatına xitam verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş digər əsaslar iş üzrə müəyyən olunmamışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxsnun şəxsiyyətini, o cümlədən Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsində göstərilən digər halları nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiqini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut yoxdur, vəkilin iş materilları ilə tanış olmaqla birlikdə məhkəmədə iştirak etdiyi müddət 3 iş saatı müddətinə bərabər olduğundan, həmin iş saatları üçün Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli, 202 saylı qərarına əsasən hüquqi yardım haqqı 6 manat miqdarında nəzərə alınmaqla dövlət büdcəsinin hesabına ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati cərimə olunsun. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə 3 iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhəri vəkil bürosunun müdafiəçisi vəkil X5 müvafiq olaraq 18 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Ucar rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-2188/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2188/2024
16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver