Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2189/2023 26.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, Şəxs MMC-nin vəkil və nümayəndəsi vəkil Nümayəndə AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X2 və Təbii Sərvətlər idarəsinin hüquq məsələləri ilə məsləhətçi X1 iştirakı ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X2 və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 271ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X2 və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN №1763919 inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsi hüquq məsələləri üzrə məsləhətçisi X4 məhkəmə iclasına bildirdi ki, Abşeron rayonu, Xırdalan şəhəri, Bakı- Şamaxı şosesinin sağ tərəfində yerləşən Şəxs MMC-nin həyətyanı ərazisində xx.xx.2023cü il tarixdə tullantıların qalaqlanması qaydalarının pozulması və qanunsuz yandırılması faktı aşkar edilmişdir. Həmin ərazidə baxış aparılmışdır. Fakt üzrə inzibati araşdırma başlanılmış, 23 sentyabr 2023-cü il tarixli 82108 nömrəli akt tərtib olunmuşdur. Ərazi hüquqi şəxs "Karmen” MMC-yə məxsus olduğundan və aşkar inzibati xəta halı müəyyən edildiyindən hüquqi şəxsin qanuni təmsilçisi X3 idarənin xx.xx.2023-cü il tarixli Ç-BM/4323- 556 saylı məktubu ilə xx.xx.2023-cü il tarixinə idarəyə dəvət olunmuşdur. Lakin qeyd olunan məktubun çatdırılması barədə poçt şöbəsinin xəbərnaməsi idarəyə təqdim olunmadığına görə xx.xx.2023-cü il tarixdə protokolun tərtib olunması mümkün olmamışdır. Yandırılan materialların ekspertizası aparılmamışdır. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Nümayəndə çıxış edərək bildirmişdir ki, qeyd edilən fakt üzrə MMC özünü təqsirli hesab etmir. Yandırılma hadisəsi baş verib, lakin bu məişət tullantılarının və digər belə materiallarının yandırılması olmayıb. Onun tərəfindən verilən ərizədə qeyd olunduğu kimi hadisə baş verən vaxt yandırılan ərazidə məişət tullantıları deyil, yalnız ağac qırıntıları və ağac budaqları olmuşdur və ümumiyyətlə qeyd olunan əraziyə heç bir vaxt məişət tullantıları atılmır.MMC Balaxanı zibil tullantıları zavodu ilə bağlanan müqaviləsinə əsasən hər həftə məişət tullantılarını ora təhvil verilir. Bunları nəzərə alaraq, icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib hüquqi qiymət verərək, qeyd edir ki, 4 X2 və Təbii Sərvət idarəsinin əməkdaşları tərəfindən idarənin xidməti ərazisi olan Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 25 sentyabr 2023-cü il tarixdə Bakı-Şamaxı şossesinin sağ tərəfində Şəxs MMC-yə məxsus ərazidə istehsalat və məişət tullantılarının qalaqlanaraq yandırılması faktı müəyyən edildiyindən,fakt üzrə inzibati araşdırma başlanılmış, 25 sentyabr 2023-cü il tarixli 82108 nömrəli akt tərtib olunmuşdur.Akt tərtib olunarkən hüquqi şəxsin qanuni təmsilçisi X3 aktı imza etməkdən imtina etmiş,yandırılanların isə ağac budaqları olduğunu bildirmişdir. Ərazi hüquqi şəxs "Karmen” MMC-yə məxsus olduğundan və aşkar inzibati xəta halı müəyyən edildiyindən hüquqi şəxsin qanuni təmsilçisi X3 idarənin xx.xx.2023-cü il tarixli Ç-BM/4323-556 saylı məktubu ilə xx.xx.2023-cü il tarixinə idarəyə dəvət olunmuşdur. Lakin qeyd olunan məktubun çatdırılması barədə poçt şöbəsinin xəbərnaməsi idarəyə təqdim olunmadığına görə xx.xx.2023-cü il tarixdə protokolun tərtib olunması mümkün olmamışdır. Məktubun çatdırılması barədə rəsmi sənəd təqdim olunduqdan sonra hüquqi şəxs barədə 04 oktyabr 2023-cü il tarixdə protokol tərtib olunaraq baxılması üçün aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə qeyd edir ki, işin məhkəmə baxışında 4 X2 və Təbii Sərvət idarəsinin əməkdaşları tərəfindən idarənin xidməti ərazisi olan Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 25 sentyabr 2023-cü il tarixdə Bakı-Şamaxı şossesinin sağ tərəfində Şəxs MMC-yə məxsus ərazidə istehsalat və məişət tullantılarının qalaqlanaraq yandırılması faktı müəyyən edilməmişdir.Belə ki, elə fakt aşkar olunan tarixdə Akt tərtib olunarkən hüquqi şəxsin qanuni təmsilçisi X3 aktı imza etməkdən imtina etmiş, yandırılanların isə ağac budaqları olduğunu bildirmişdir. Yandırılanın isə məişət tullantıları olması barədə işdə hər hansı mötəbər sübut yoxdur. MMC-nin nümayəndəsinin izahatından isə göründüyü kimi Balaxanı zibil tullantıları zavodu ilə bağlanan müqaviləsinə əsasən hər həftə məişət tullantılarını ora təhvil verilir.Akt isə göründüyü kimi birtərəfli qaydada yalnız 4 X2 və Təbii Sərvət idarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş, hal şahidlərinin belə iştirakları təmin edilməmişdir. ‘’Tullantılar haqqında’’ Azərbaycan Respublikasının 30 iyun 1998-ci il, 514 İQ nömrəli Qanunun 1-ci maddəsinə görə, məişət tullantıları (bərk məişət tullantıları) — əhalinin həyat fəaliyyəti nəticəsində yaşayış yerlərində əmələ gələn əşyalar, maddələr və materiallardır. ‘’Ətraf mühitin mühafizəsi haqqında’’ Azərbaycan Respublikası 8 iyun 1999-cu il, 678 nömrəli Qanunun 47-ci maddəsinə əsasən, ‘’1. İstehsalat və məişət tullantılarının toplanması, məhv edilməsi və basdırılması müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının razılığı ilə müəyyən edilən yerlərdə aparılır. 2. Tullantıların emalı, basdırılması və ya saxlanılması üçün Azərbaycan Respublikasına gətirilməsi beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada həyata keçirilə bilər. 3. İstifadə edildikdən sonra tullantıların zərərsizləşdiriləsi və istifadəsi üçün texnologiyası olmayan məhsulun idxalı qadağan edilir. 4. İstehsalat və məişət tullantılarının uçotu qanunvericiliklə müəyyən edilmiş qaydada aparılır. 5. Tullantılara verilən ekoloji tələblər bu Qanunla yanaşı tullantılar haqqında normativ hüquqi aktlarla müəyyən edilir’’. ‘’Atmosfer havasının mühafizəsi haqqında’’ Azərbaycan Respublikasının 27 mart 2001-ci il tarixli, 109-İİQ nömrəli Qanunun 16-cı maddəsinə əsasən, "16.1. Müəssisə və təşkilatların, yaşayış məntəqələrinin ərazisində atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının saxlanılması, basdırılması, zərərsizləşdirilməsi qanunvericiliklə müəyyən edilən qaydada həyata keçirilir. Həmin tullantıların xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir. 16.2. İstehsal və məişət tullantıları atmosfer havasının çirklənmə mənbəyi olan hüquqi və fiziki şəsxlər belə tullantıların saxlanılması yaxud basdırılması üçün onların xüsusi yerlərə, habelə onları xammal kimi istifadə edən təsərrüfat və digər fəaliyyət obyektlərinə daşınmasını təmin etməlidirlər. 16.3. Atmosfer havasını çirkləndirən istehsal və məişət tullantıları üçün saxlanma, basdırılma və məhv edilmə yerləri müvafiq icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları ilə razılaşdırılır’’. ‘’Tullantılar haqqında’’ Azərbaycan Respublikasının 30 iyun 1998-ci il, 514 İQ nömrəli Qanunun 9-cu maddəsinə əsasən, ‘’Tullantıların emalı zamanı aşağıdakılar təmin edilir: tullantıların həcminin azaldılmasına, onların emalına və zərərsizləşdirilməsinə yönəldilən texnoloji proseslərin ətraf mühit üçün təhlükəsizliyi; texnologiyada nəzərdə tutulmayıbsa, emal zamanı təhlükəli və təhlükəsiz tullantıların qarışmasına yol verilməməsi; tullantıların emalı zamanı real və potensial təhlükənin azaldılması; tullantıların əmələ gəldiyi yerlərdə toplanması və onların texniki cəhətdən təchiz olunan xüsusi tutarlarda və ya bu məqsədlə ayrılan sahələrdə növlər üzrə saxlanılması; ətraf mühitin mühafizəsi məqsədilə emal ediləsi tullantıların yerləşdirildiyi xüsusi tutarların və ya sahələrin yararlı halda saxlanılması; yerləşdirildiyi, yaxud saxlanıldığı yerlərdə tullantıların ətraf mühitdən təcrid olunması; tullantıların əmələ gəldiyi və ya onların emal edildiyi müəssisələrdə tullantıların texnoloji prosesdə təkrar xammal kimi istifadə olunmasının təşkil edilməsi; tullantıların ətraf mühitə təsirinin azaldılması üçün onların emalının və zəərsizləşdirilməsinin bioloji, fiziki-kimyəvi, mexaniki-texniki, termik və digər üsullarla həyata keçirilməsi;’’ Həmin qanunun 12-ci maddəsinə əsasən, ‘’Zərərsizləşdirmək məqsədilə məişət tullantıları tutumlara (urnalara) atılmalıdır. Bu tullantıların tutumlardan (urnalardan) kənar yerlərə atılması və ya basdırılması qadağandır. Şəhərlərdə və rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzlərində tutumlar (urnalar) arası məsafə 100 metrdən çox olmamalıdır. Şəhərlərin və digər yaşayış məntəqələrinin ərazisi müntəzəm olaraq məişət tullantılarından təmizlənməlidir. Şəhərlərin və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir’’. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 74 nömrəli Qərarı ilə təsdiq edilmiş "Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nın 10.3-cü bəndinə görə balansında yaşayış binaları olan müəssisə, idarə və təşkilatlar, binalar üzrə məsul şəxslər cavabdeh olduğu ərazilərin, tullantı kameralarının təmiz, tutumların saz vəziyyətdə saxlanılmasını təmin etməyə, bunlar üçün meydançaların müntəzəm yuyularaq dezinfeksiya edilməsinə; tutumlar üçün sukeçirməyən örtüklə döşənmiş meydançalar hazırlamağa; yeyinti tullantılarının, küçə və həyət süpürüntülərinin yığışdırılıması üçün inventarlarla təmin etməyə;əhali arasında izahat işləri aparmağa və onları yaşayış yerlərinin təmiz saxlanılması qaydalarının həyata keçirilməsi tədbirlərinə cəlb etməyə; məişət tullantılarının vaxtlı-vaxtında daşınması üçün tədbirlər görməyə və tullantıların uçotunun aparılmasına borcludurlar. Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsinə əsasən sənaye və məişət tullantılarının qalaqlanması qaydalarının pozulmasına, göstərilən tullantıları yandırarkən ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə inzibati xəta törətməkdə təqsirli olan şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Bu səbəbdən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X2 və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 109, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 X2 və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 271-ci maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına şikayət verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-2189/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2189/2023
26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver