Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-219/2021 26.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızı, Vəliyeva Nərmin Elçin qızının katibliyi,inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Abşeron RPİ-nin Qobu PB-nin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil, zərərçəkən şəxs Zərərçəkmiş şəxs iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Qobustan rayonu, Ərəbşalbaş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Qobustan rayonu, Ərəbşalbaş kəndində qeydiyyatda olan və Abşeron rayonu, Atyalı massivində yaşayan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsi Qobu PB-dən daxil olmuş Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron RPİ-nin Qobu PB-nin sahə rəisi, polis mayoru X3 tərəfindən tərtib edilmiş MN ******* nömrəli protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron RPİ-nin Qobu PB-nin sahə rəisi, polis mayoru X3 bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 12:00 radələrində Abşeron rayonu, Atyalı massivində küçədə Zərərçəkmiş şəxs döymüşdür. Buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Şəxs məhkəmə prosesində olan izahatından görünür ki, özünü təqsirli bilir, Təxminən 3-4 ay əvvəl Zərərçəkmiş şəxs ilə onun arasında avtomobil alqı-satqısı və icarəyə götürməklə əlaqədar mübahisə yaranmışdır. O, avtomobili icarə əsasında ilkin ödəniş olaraq 950 manat, aylıq 150 manata vermişdir. Lakin sonradan avtomobilin sonuncuya məxsus olmamasını bildiyindən, avtomobili geri qaytamış, lakin verdiyi pulu geri ala bilməmişdir və buna görə də aralarında mülki mübahisə yaranmışdır. xx.xx.2020-ci il tarixdə saat 12 radələrində onlar küçədə rastlaşmış və aralarında mübahisə yaranmışdır,lakin əməlindən peşman deyil, onun yerinə kim olsa daha beterini edərdi, üzrxahlıq eləmək fikri də yoxdur. Məhkəmə iclasında Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsə yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş zərərçəkən şəxs Zərərçəkmiş şəxs bildirdi ki, X2 rayonu, Atyalı yaşayış massivində yaşayır. Təxminən 3-4 ay əvvəl Nazimlə onun arasında avtomobil alqı-satqısı və icarəyə götürməklə əlaqədar mübahisə yaranmışdır. O, oğlu Elvinə məxsus avtomobili icarə əsasında Şəxs ilkin ödəniş olaraq 950 manat, aylıq 150 manata vermişdir. Lakin sonuncu 150 manat ödənişi etmədiyi üçün o, avtomobili çətinliklə də olsa əlindən almışdır. Bundan sonra Nazim Mahir adlı şəxsin vasitəçiliyi ilə ondan avtomobili almış, lakin yenidən icarə haqqını ödəməmiş və buna görə də aralarında mülki mübahisə yaranmışdır. xx.xx.2020-ci il tarixdə saat 12 radələrində o, sözügedən avtomobili küçədə görmüş və nə səbəbdən orada olmasından narahat olmuşdur. Həmin vaxt o, Nazimə zəng etmək istəsədə sonuncunun mobil telefonu onda olmadığı üçün avtomobili sürücü tərəfdən sol qabaq qapısını açmışdır. Sonra avtomobilin günlüyündən Nazimin telefon nömrəsini axtardığı zaman sonuncu tanımadığı şəxslə həmin yerə gəlmişdir. Həmin vaxt Nazim ondan avtomobilin qapısını açmasının səbəbini soruşduğu zaman o, sonuncuya zəng etmək üçün telefon nömrəsini axtardığını demişdir. Bundan sonra Nazim onun üzərinə hücum edərək bir dəfə yumruq zərbəsi ilə alın nahiyyəsinə zərbə vurmuş, o da zərbənin təsirindən yerə yıxılmışdır. Sonra isə Nazim yerdə olan zaman onun bədəninin müxtəlif nahiyyələrinə yumruq və təpik zərbələri endirmişdir. Həmin vaxt orada olan adını bilmədiyi şəxs onları ayırmağa çalışmış, lakin Nazim həmin şəxsidə yumruqla vurub yerə yıxmışdır. Sonra Nazim bıçaqla onun üzərinə hücum etdiyi üçün o, yalvarmağa başlamış, buna görədə sonuncu oradan çıxıb getmişdir. O, əlavə olaraq baş vermiş mübahisənin 5-10 dəqiqə davam etdiyini, həmin vaxt ətrafda başqa şəxslərin olmadığını bildirmiş, həmçinin məlum hadisə zamanı qarşı tərəfə hər hansı bir formada müqavimət göstərə bilmədiyini də qeyd etmişdir. Buna görə də o, Şəxs barəsində inzibati tədbir görülməsini xahiş etdi. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan aydın olur ki, Şəxs oğlunun əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərar aidiyyatı üzrə Abşeron RPİ -yə göndərilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli, 2605 nömrəli rəyindən görünür ki, 1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı, onun bədəni üzərində aşkar edilmiş xəsarət - sol saidin açağı 1/3-nin arxa səthinin qançırı; sağ diz oynağı mahiyyəsinin ön səthinin və sol baldırın yuxarı 1/3-nin bayır səthinin sıyrıqları bər-küt əşya təsirindən törənmişdir; qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə dava-dalaş nəticəsində əmələ gələ bilərdi; sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Beləliklə aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 12:00 radələrində Abşeron rayonu, Atyalı massivində küçədə Zərərçəkmiş şəxs döyməklə ona fiziki ağrı yetirməklə müşahidə olunan sağlamlığa zərər vurmayan bədən xəsarəti yetirmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi, zərərçəkmiş şəxsi və inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, X4 inzibati xətanı törətməsində təqsiri özünün etirafı, zərərçəkmiş şəxsin izahatı və ekspert rəyi ilə tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə X4 cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə iş üzrə X4 əməlindən peşman olmamasını onun şəxsiyyətini xarakerizə edən hal kimi nəzərə almaqla hesab edir ki, ona həbs növündə inzibati tənbeh tətbiq edilməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar. İnzibati xəta törədən şəxs X5 məhkəmə iclasında 2 saat olmaqla, cəmi 12 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbsetmənin əvvəli xx.xx.2021-ci il, saat 12:30 dəqiqədən hesablansın. İnzibati xəta törədən şəxs X5 məhkəmə iclasında 2 saat olmaqla, cəmi 12 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın icrası Abşeron Rayon Polis İdarəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-219/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-219/2021
26.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver