Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-2194/2020 13.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Nəcəfova Şövkət Hüseyn qızı, X3 barəsində Abşeron DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli,İXP ******* saylı inzibati xəta haqqında protokoldan verdiyi şikayət ərizəsinə xx.xx.2020-ciil tarixdə, Abşeron rayonu, Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X3 barəsində Abşeron DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli,İXP ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və təqdim edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, şikayətə baxılması qeyri-mümkündür, ona görə də geri qaytarılmalıdır. Belə ki, X3 ərizəsində xx.xx.2020-ci il tarixli,İXP ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsini xahiş etmişdir. Ərizənin dəlilləri ilə əlaqədar qeyd etməyi zəruri hesab edirəm ki, inzibati xəta haqqında protokoldan şikayət verilməsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol qərar deyildir, İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən inzibati xətanın törədilməsini əks edərək tərtib edilir və həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən tərtib edildiyi vaxtdan 48 saatadək müddətində baxılması üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Qeyd edilən baxış nəticəsində İnzibati Xətalar Məcəlləsinin 114cü maddəsində göstərilən qərarlardan biri çıxarılır və yalnız bundan sonra həmin Məcəllənin 33-cü fəsli ilə müəyyən edilmiş qaydada şikayət (və ya protest) etmə hüququ yaranır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106.0 və 106.0.3-cü maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi məsələsini həll edir. İş materiallarından görünür ki, X1 şəhəri, M.Ə.Rəsulzadə küç, ev 11, mənzil 3 ünvanda qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, Abdulvahab Salamzadə 1055 ünvanında yaşayır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Yuxarıda göstərilən halları nəzərə alıb belə hesab edirəm ki, protokoldan şikayətə baxılması və ya protokolun ləğv edilməsi istisna edilir. Ona görə də ərizə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 100, 106-111-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 tərəfindən Abşeron DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsinə dairverdiyi şikayət ərizəsi geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-2194/2020
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-2194/2020
13.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver