Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-2194/2023 27.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxılmağa hazırlanması zamanı baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsi haqqında Abşeron rayon Polis İdarəsinin Saray Polis Bölməsi tərəfindən xx.xx.2023-cü il tarixdə, İXP 1839091, xx.xx.2023-cü il tarixdə, İXP 1839088, xx.xx.2023-cü il tarixdə, İXP ******* və xx.xx.2023-cü il tarixdə ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə inzibati xəta haqqında protokol və əlavə edilmiş sənədləri nəzərdən keçirib belə qərara gəlir ki, aşağıda göstərilən səbəblərə görə inzibati xəta haqqında protokol Abşeron rayon Polis İdarəsi Saray Polis Bölməsinə geri qaytarılmalıdır. İnzibati xəta haqqında material 27 noyabr 2023-cü il tarixdə Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Protokol və əlavə olunmuş sənədlər öyrənilərkən protokolun düzgün tərtib olunmadığı müəyyən edilmiş, təqdim olunmuş inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yerlər, vaxtlar və bu xətaların mahiyyəti dəqiq göstərilməmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəməyə təqdim olunmayaraq iştirakı təmin edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.5-ci maddəsinə əsasən inzibati həbs və ya Azərbaycan Respublikasının hüdudlarından kənara əcnəbiləri və vətəndaşlığı olmayan şəxsləri inzibati qaydada çıxartma nəzərdə tutan inzibati xətalar haqqında işlərə baxılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı məcburidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında üç ayadək müddətə inzibati həbs növündə inzibati cəza nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə əsasən inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokol daxil olduğu gün, inzibati qaydada tutulan şəxslər barəsində isə onların tutulduğu vaxtdan ən geci 48 saat keçənədək baxılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1 və 114.3-cü maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Məhkəmə şərh olunanlara əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında material Abşeron rayon Polis İdarəsi Saray Polis Bölməsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 53, 100, 106-111-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında material Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müddəalarına uyğun tərtib olunmadığından Abşeron rayon Polis İdarəsi Saray Polis Bölməsinə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-2194/2023
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-2194/2023
27.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver