Məhkəmə qərarları › İş №3(012)-2194/2025

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2194/2025

03.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2194/2025 03.10.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Nəsibov Fərid Fərman oğlunun katibliyi ilə Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5 və 266.1-ci maddələri ilə nəzərdə tutulan inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara Abşeron rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5 və 266.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 08 sentyabr 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, 20 may 2025-ci il tarixdə Abşeron rayonu, Saray qəsəbəsi, X5 ərazisində Şəxs MMC-yə məxsus anbarınn ətrafını müxtəlif tərkibli tullantıların yandırılması nəticəsində atmosfet havasının çirkləndirilməsi faktına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5 və 266.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Asiman Əsədov tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə özünü təqsirli bilməyərək izahatında göstərdi ki, 20 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələrinin keçirdikləri monitorinq zamanı ASOR GROUP” MMC-yə məxsus ərazidə müxtəlif tərkibli tullantıların yandırılması nəticəsində atmosfet havasının çirkləndirilməsi faktı müəyyən edilmişdir. Qeyd edir ki, onlara məxsus idarə həmin mübahisəli ərazidən kifayət qədər kənarda yerləşir. Belə ki, həmin ərazi qonşunun sahibsiz ərazisidir və orada aşkar olunan tullantılar MMC-yə məxsus olmamışdlr. Ətrafda yaşayan şəxslər məişət tullantılarını həmin əraziyə tullamaqla inzibati xətanın baş verməsi üçün şərait yaratmışlar. Bildirir ki, həmin ərazidən tapıaln tullantların heç bir hissəsi MMCnin istehsal etdiklərinə məxsus olmamışdır. Həmin qeyd etdikləri hallar tərəflərin təqdim etdikləri fotoşəkillər və görüntülərlə tam təstiqini tapmışdır. Odur ki, inzibati xətanın ASOR GROUP” MMC tərəfindən törədilmədiyinin nəzərə alınmasını və barələrində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş edir. Protokol tərtib edən orqana məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilsə də məhkəmə iclasına nümayəndəsini göndərməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında işə ASOR GROUP” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 04 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 20 avqust 2025-ci il tarixli, 91462 saylı aktından görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Şəxs MMC-yə məxsus anbar ətrafındakı torpaq sahəsində ətraf mühütün mühafizəsi tələblərinə zidd olaraq anbardan çıxan müxtəlif tərkibli tullantıların pərakəndə halında qalaqlandırılması və yandırılması faktı müəyyən edilmişdir. Araşdırma müddətində əraziyə gələrək özünü Şəxs MMC-yə məxsus anbarın nümayəndəsi kimi təqdim edən X2 anbarın əraf ərazisindəki torpaq sahəsində pərakəndə halında qalaqlanmış, yandırılmış tullantıların anbara məxsus olmasını şifahi şəkildə bildirsə də, lakin bu barədə rəsmi olaraq yazılı izahat verməkdən imtina etmişdir. Eyni zamanda araşdırma aparılan müddət ərzində Şəxs MMC-nin qanuni təmsilçisi Asiman Əsədovla mobil telefon vasitəsi ilə əlaqə yaradılaraq ona aşkar olunmuş qanun pozuntusu barədə məlumat verilərək, araşdımada iştirak etməsi üçün əraziyə dəvət edilsə də, lakin həmin şəxs heç bir səbəb göstərmədən əraziyə gəlməkdən və iş araşdırılmasında iştirak etməkdən imtina etmişdir. Məhkəmə barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyib, inzibati xəta haqqında materialları araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 234.0.5 və 266.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsində təqsiri sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 234.0.5-ci maddəsinə görə tullantıların toplanması, yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral gübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havasının çirklənməsinə fiziki şəxslər üç yüz manatdan yeddi yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. 266.1-ci maddəsinə əsasən şəhər və digər yaşayış məntəqələri, meşə-park, kurort, müalicə-sağlamlıq, turizm və rekreasiya zonalarının ərazisində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, çatlı süxurların və sulu təbəqələrin səthə çıxdığı yerlərdə, yaxud içməli su təchizatı və təsərrüfat-məişət ehtiyacları üçün istifadə olunan yeraltı su obyektlərinin sututar sahələrində və ya faydalı qazıntı yataqlarının olduğu yerlərin çirklənməsinə, yaxud yeraltı işlərin aparılmasına təhlükə yarandığı hallarda faydalı qazıntı laylarının olduğu və yeraltı işlərin aparıldığı yerlərdə tullantıların basdırılmasına görə fiziki şəxslər yeddi yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər səkkiz min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibiin bütün digər əlamətlərni daşıyan əməl (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-cü maddəsinin İ və İİ inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Aparılmış araşdırma zamanı məhkəmə tərəfindən müəyyən edilmiş hallara və qanunvericiliyin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə sübutlar inzibati xətalara dair protokol tərtib etmiş orqan tərəfindən təqdim edilməli, şəxsin təqsirliliyi onlar tərəfindən sübut olunmalıdır. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin araşdırılan hallarından görünür ki, iş materiallarına inzibati xəta haqqında protokoluı tərtib etmiş orqan tərəfindən sübut kimi inzibati xəta haqqında protokol, akt, foto-şəkillər və video-disk təqdim edilmişdir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən ərazinin ASOR GROUP” MMC-yə məxsus ərazi olmaqla tullantılarla çirkləndirilməsi barədə protokolu tərtib etmiş orqan tərəfindən hər hansı sübut iş materiallarına əlavə edilməmişdir. Bundan başqa barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs tərəfindən təqdim edilmiş foto və video materiallara baxış keçirilmiş, baxış zamanı məişət tullantılarının mövcudluğu müəyyən edilmişdir. Lakin təqdim olunmuş materiallardan həmin tullantıların inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs qismində cəlb edilmiş Şəxs MMC tərəfindən atıldığı təsdiqini tapmamışdır. Məhkəmə onu da qeyd edir ki, barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxsin İXM-nin 266.1-ci maddəsi ilə nəzərdə tutulmuş yaşayış yerinin çirkləndirilməsi növündə inzibati xəta ilə bağlı protokolu tərtib etmiş orqan həmin ərazisinin yaşayış sahəsi olması və ərazisinin çirkləndirilməsi ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Yuxarıda göstərilən hallardan da müəyyən edilir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan tərəfindən iş materiallarına kifayət qədər sübutlar əlavə edilməmiş, əksinə barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmasa da, məhkəməyə onlar barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilmiş İXM-nin 234.0.5 və 266.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməklərinə dair təqsirliliklərinin sübuta yetirilməməsi ilə bağlı sənədlər təqdim etmişlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanları və işin yuxarıda araşdırılan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 234.0.5 və 266.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətməsində təqsirli olması iş materialları ilə sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İXM-nin 53, 110-115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 234.0.5 və 266.1-ci maddələri ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar