Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2196/2020 25.12.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, X1nun iştirakı ilə X4 barəsində tərtib olunmuş xx.xx.2020-ci il tarixli, TP № ******* saylı qərardan onun tərəfindən verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X4 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP № ******* saylı tarixli qərarın ləğv edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırdı ki, Azərbaycan Respublikasının lnzibatTwXətalar Məcəlləsinin 211 -ci maddəsini pozduğuma görə Binəqədi rayon DYPŞ Yol patrul Xidməti İnspektoru Polis Baş X2 tərəfindən İnzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, TP № ******* saylı qərar qəbul edilmişdir. Qərarda qeyd edilmişdir ki, guya o, xx.xx.2020-ci i! tarixdə icazəsiz evdən çıxaraq karantin rejimi qaydasını pozmuşdur. Binəqədi rayon DYPŞ Yol patrul Xidməti İnspektoru Polis Baş X2 tərəfindən İnzibati tənbeh vermə haqqında xx.xx.2020-ci il tarixli, TP № ******* saylı qərar ilə razı deyildir. Çünki həmin qərarın özü elə qanun pozuntusudur. xx.xx.2020-ci il tarixdə o, ümumiyyətlə evdə olmuşdur. Qəbul edilən qərardan bu yaxınlarda xəbərim olmuşdur. Həmin qərar mənə nə telefon vasitəsi ilə nə də ki, rəsmi şəkildə göndərilməmişdir. Belə ki, xx.xx.2020-ci il tarixdə mənə Abşeron Rayon İcra və probasiya şöbəsindən zəng gəldi və bildirdilər ki, xx.xx.2020-ci il tarixdə qaydaları pozuduğu üçün 100 manat cərimə edilmiş və həmin pulu qısa zamanda ödəməlidir. O, elə həmin gün dərhal Abşeron Rayon İcra və Probasiya Şöbəsinə yaxınlaşmış və ona şifai məlumat verilmişdir. Bundan sonra Binəqədi RPŞ-nə yaxınlaşmış və xx.xx.2020-ci il tarixdə qərarın və protokolun surətini almışdır. Bildirmək istəyir ki, qanunlara riayət edən bir Azərbaycan vətəndaşı kimi karantin dövründə evdən çıxan zaman karantin rejiminə əməl edir və bütün ləvazimatlarla təchiz olunur. Bu sadəcə olaraq polis nəfərinin qeyn-advekat olması və qərəzli mövqe nümayişidir. Əlavə olaraq onu da qeyd etmək istəyir ki, ölkəmizi cənginə alan Covid-19 pandemiyasına görə işsizdir və maddi gəliri demək oiarki sıfırdır. Başına gəlmiş bədbəxt bir hadisəyə görə iş qabiliyyəti zəifdir. Belə ki, sol biləyinin sinirlərini və vətərlərini laqonda kəsdiyinə görə əlinin 3 barmağını işlədə bilmir. Ona görə də onu işə qəbul edəndə qüsurunu bildikləri üçün işlə təmin etmirlər. 2018-ci il təvəllüdlü Ruqayyə adlı bir qız övladı var. Yüngül işlərdə işləyərək günə muzd aldığı pulu ancaq ailəsi üçün xərcləyir. Bir vətəndaş kimi qanunu pozmadığı üçün və bundan əlavə maddi vəziyyətini nəzərə alaraq onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tənbeh edilərək 100 manat məbləğində cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Binəqədi rayon DYPŞ Yol patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli. TP № ******* saylı İnzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Abşeron RPİ-nin YPX-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Binəqəd YPX-nin nümayəndəsinin iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Binəqədi rayon DYPŞ Yol patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli. TP № ******* saylı qərarından görünür ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin qaydalarını pozulması faktı aşkar edilmiş və nəticədə X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi üçün onun barəsində 100 manat inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 75-ci maddəsinə görə inzibati xəta hadisəsinin törədilməsi inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməli və sübut olunmalıdır. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinin tələblərinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Azərbaycan Respublikası İXM-in 8.2-ci maddəsində görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-in 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Göstərilən inzibati xəta hadisəsi olmadığına görə məhkəmə belə nəticəyə gəlir ki, X5 barəsində inzibati cərimə tətbiq edilməsi əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İXM-nin 53.0.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə zamanı müəyyən edildi ki, inzibati protokol tərtib edildiyi zaman X3 protokolda qeyd edilən inzibati xətanı törədib-törətməməsi araşdırılmamış, onun inzibati xəta törətməsi barədə heç bir sübuta istinad olunmamışdır. Bundan əlavə, məhkəməyə təqdim edilmiş mobil telefondan çıxarışdan görünür ki, X4 respublika ərazisində elan olunmuş karantin rejimi ilə əlaqədar X6 X7 Alınması və Monitorinqi Sisteminə yəni 17942099 SMS icazə sisteminə xx.xx.2020-ci il tarixdə saat 16:21 radələrində müraciət etmiş, ona 2 saat müddətinə yaşayış yerini tərk etmək barədə sms gəlmiş, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında protokol isə 16:43 radələrində tərtib olunmuşdur. Məhkəmə belə hesab edir ki, X4 faktiki yaşayış yerini tərk edərkən 8103 icazə sisteminin tələblərinə riayət etdiyi üçün Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Binəqədi rayon DYPŞ Yol patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli. TP № ******* saylı qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə tənbeh edilərək 200 manat məbləğində cərimə tətbiq edilməsinə dair Azərbaycan Respublikası DİN-in Bakı şəhəri Binəqədi rayon DYPŞ Yol patrul Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli. TP № ******* saylı qərar ləğv edilsin və inzibati iş üzrə icraata xitam verilsin. Qərardan alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən:Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-2196/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2196/2020
25.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver