Məhkəmə qərarları › İş №3(012)-2196/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2196/2023

28.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2196/2023 28.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Abıyev Elnur Elman oğlunun katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis kapitanı Zərərçəkmiş şəxs5 Yusif oğlunun, müdafiəçisi Xırdalan şəhər Vəkil bürosunun vəkili X6 iştirakları ilə, xx.xx.1996-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şayan Şəxs barəsində Abşeron rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Humanitar kollecin yaxınlığında yaşayan Zərərçəkmiş şəxs17 İbadət qızını kirayə ev vermək adı ilə aldadaraq sonuncudan 20 manat pulu hesaba köçürmə yolu ilə almış və vədinə əməl etmədən həmin vəsaiti ələ keçirməklə ona maddi ziyan vurmuşdur. 27 oktyabr 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, kapitanı X15 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsində yaşayan Zərərçəkmiş şəxs16 vhatcap izləmə proqramı göndərəcəyini vəd vermiş və sonuncudan 55 manat məbləğində pulu online şəkildə əldə etmişdir, lakin sonradan Şəxs vədinə əməl etməyərək Zərərçəkmiş şəxs16 55 manat pulunu tamah məqsədilə ələ keçirtməklə ona maddi ziyan vurmuşdur. 15 noyabr 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 3 ünvanında yaşayan Zərərçəkmiş şəxs13 sosial şəbəkə hesab edilən “Tap.az” səhifəsində tanış olduğu kirayə ev verilməsi ilə əlaqədar elanla bağlı razılaşaraq 400 manat məbləğində pul əldə etmiş, lakin aldatmaqla ona maddi ziyan vurmuşdur. 15 sentyabr 2023-cü il tarixdə Abşeron RPİnin TŞ-nin təhqiqatçısı, polis mayoru İsmət Musayev tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs3 sonuncunun “Tap.az” saytında bəyəndiyi mopedi almaq üçün ***-***-**-** nömrəsi ilə əlaqə saxladığı zaman, ilin ödəniş kimi 160 manat istəyərək X8 adına olan göndərdiyi 4098 5844 9166 5830 nömrəli karta Mehdiabad qəsəbəsində yerləşən “Rahat market”-də quraşdırılmış “Milliön” aparatı vasitəsilə köçürülmüş 160 manatı əldə etmiş və vədinə əməl etməyərək ona maddi ziyan vurmuşdur. xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X9 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Məmmədli kəndində yaşayan Zərərçəkmiş şəxs2 “İnstaqram” sosial şəbəkəsində qarşısına çıxan “Kapitalbank”-a aid linkə 4169 7388 2880 2409 nömrəli kart məlumatlarını daxil etdiyi zaman qeyd olunan “Kapitalbank” kartından 68( altmış səkkiz) manat məbləğində pulunu informasiya texnologiyalarından istifadə edərək talamışdır. 08 noyabr 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X9 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron RPİ-nin Mehdiabad PB-nə ərizə ilə müraciət edən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs1 ilə sosial şəbəkə hesab edilən “Lalafo” səhifəsində İphone 11 markalı mobil telefonun satışı ilə bağlı ***-***-**-** nömrəsinə zəng vuraraq 90 manat qiymətinə razılaşdıqdan sonra mobil balans hesabı vasitəsilə 80 manat pul əldə etmiş, lakin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək maddi ziyan vurmuşdur. 09 oktyabr 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru İsmət Musayev tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Tovuz rayonu, Abulbəyli kəndində yaşayan Zərərçəkmiş şəxs15 “Lalafo” internet saytında yerləşdirilən elana əsasən qapı sifarişi ilə bağlı sonuncudan 90 manat məbləğində pulu hesaba köçürmə yolu ilə almış, lakin vədinə əməl etməyərək həmin vəsaiti ələ keçirməklə maddi ziyan vurmuşdur. 06 noyabr 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X12 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Məmmədli kəndində yaşayan X10 istifadə etdiyi ***-***-**-** nömrəsinə ***-***-**-** nömrəsindən zəng edərək özünü Könül adlı sığorta işçisi kimi təqdim etmiş, avtomobilinin sığortasının bitdiyini bildirib yeniləməyi təklif edərək sonuncudan 80 manat məbləğində pul əldə etmiş və vədinə əməl etməyərək ona maddi ziyan vurmuşdur. 21 sentyabr 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X21 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Q.Musabəyov küçəsi, ev 120-də yaşayan Zərərçəkmiş şəxs14 sonuncuya məxsus "xxxx" ASC-yə aid naməlum şəraitdə itirdiyi kartından 70 manat məbləğində pul çıxararaq ona maddi ziyan vurmuşdur. 25 oktyabr 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X4 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, M.Əcəmi küçəsi, ev 18-də yaşayan Zərərçəkmiş şəxs12 Ehtibar qızından “Lalafo” onlayn alqı-satqı saytında yerləşdirilən mebeli almaq üçün ***-***-**-** nömrəsi ilə əlaqə saxladığı zaman ödəniş etməsini istəmişdir. Zərərçəkmiş şəxs12 Ehtibar qızının Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küşəsində yerləşən “Embavood” mebel mağazasının işərisində quraşdırılmış E-Manat ödəmə terminalı vasitəsilə 4169 7388 0933 8787 nömrəli kartına göndərdiyi 200 manat pulu əldə etmiş, lakin vədinə əməl etməyərək maddi ziyan vurmuşdur. 30 yanvar 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X9 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Məmmədli kəndi, Ə.Hacıyev küçəsində yaşayan Zərərçəkmiş şəxs11 sosial şəbəkələrin birində onlayn kredit verilməsi ilə bağlı rast gəldiyi elanla əlaqə saxladıqda ona 180 manat komissiya haqqı ödəməli olduğunu bildirmiş, göndərdiyi 4169 7388 9710 4141 nömrəli kartına köçürülmüş 180 manat məbləğində pulu əldə edib vədinə əməl etməyərək sonuncuya maddi ziyan vurmuşdur. 05 noyabr 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X21 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs10 sonuncunun Qismət Atakişiyev vasitəsilə əldə etdiyi mobil nömrəsinə ***-***-**-** saylı mobil telefon nömrəsindən zəng edərək sürücü kimi işə düzəldəcəyini və 1300 manat əmək haqqı alacağını, lakin sağlamlıq haqqında arayış və sığorta üçün 250 manat lazım olduğunu bildirmiş, Abşeron rayonu, Mehdiabad qəsəbəsi, 28 May küçəsində yerləşən “Embavood” mebel mağazasının işərisində quraşdırılmış E-Manat ödəmə terminalı vasitəsilə sonuncua dediyi kart hesabına köçürülən 250 manatı əldə etmiş və ona maddi ziyan vurmuşdur. 28 fevral 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis mayoru Zaur Məmmədov tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu,Mehdiabad qəsəbəsi, “Gənclər şəhərciyi”, ev 9, mənzil 7-də yaşayan Zərərçəkmiş şəxs9 WhatsApp statusuna rəfiqəsi Xalidənin şəklini qoydiğu ***-***-**-** nğmrəsi ilə yazaraq Xalidə olduğunu bildirmiş, ona bank hesabı göndərməklə 450 manat pul göndərməsini xahiş etmiş, aldadaraq 450 manat məbləğində pulunu ələ keçirmişdir. 04 avqust 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X19 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs8 Adıgözəl qızına ev kirayəsi ilə bağlı elanlara baxarkən Əhmədli metrostansiyasının yaxınlığında bəyədiyi ev elanı ilə bağlı qeyd olunmuş ***-***-**-** nömrəsi ilə əlaqə saxlayarkən özünü X1 təqdim etmiş, evi 400 manata kirayə verəcəyini bildirərək 300 manat beh istəmişdir və Zərərçəkmiş şəxs8 Adıgözəl qızından şəxsin göndərdiyi 4169 7388 9677 5529 nömrəli “Kapitalbank” kartına Mehdiabad qəsəbəsində yerləşən “Nəqşicahan” mağazasının qarşısında quraşdırılmış “eManat” ödəmə terminalı vasitəsilə 300 manat pulu ələ keçirməklə ona maddi ziyan vurmuşdur. 28 sentyabr 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin baş təhqiqatçısı, polis kapitanı X9 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs 2023-cü ilin avqust ayında tarixdə ünvan 5 ünvanında yaşayan Zərərçəkmiş şəxs7 Şıxverdi qızını “Unibank”-dan 10000 manat məbləğində pul kredit götürəcəyinə köməklik edəcəyini vəd edərək 4169 7388 2444 8728 nömrəli kart hesabına 300 manat pulu köçürmə yolu ilə əldə etmiş, lakin vədinə əməl etməyərək ona maddi ziyan vurmuşdur. 02 noyabr 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru İsmət Musayev oğlu tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə ünvan 6 ünvanında yaşayan Zərərçəkmiş şəxs6 Mirzəağa qızı ilə sonuncu Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyində işdə olan zaman sosial şəbəkədə gördüyü qızıl boyunbağını almaq üçün ***-***-**-**, ***-***-**-** mobil nömrələri ilə əlaqə saxlayarkən ilkin ödəniş olaraq 200 manat pul razılaşdırılmışdır. Şəxs X2 işlədiyi ünvanda yerləşən “OBA” marketdə yerləşən ödəniş terminalı vasitəsilə sonuncunun göndərdiyi 200 manatı əldə etmiş və ona maddi ziyan vurmuşdur. 02 avqust 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru Nəsimi Musayev tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, ünvan 8 ünvanında yaşayan Zərərçəkmiş şəxs5 sonuncu ilə sosial şəbəkədə tanış olmuş, özünü “Kapitalbank”-ın işçisi kimi təqdim edərək onlayn kredit pul verilməsi ilə məşğul olduğunu bildirmiş, ***-***-**-** saylı vhatsap nömrəsi ilə əlaqə saxlamış, bütün şərtləri bildirdikdən sonra 5000 manat pul kreditə verilməsi üçün əvvəlcə 45 manat komissiya haqqı ödəməli olduğunu bildirmişdir və Zərərçəkmiş şəxs5 Mehdiabad-Novxanı yolunda adını bilmədiyi marketdən X3 adına olan kart hesabına köçürdüyü 45 manat məbləğində pulu əldə etmiş, lakin vədinə əməl etməyərək maddi ziyan vurmuşdur. 23 mart 2023-cü il tarixdə Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X21 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Bundan başqa Şəxs xx.xx.2023-cü il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan X5 ilə “Tik-tok” sosial şəbəkəsində olmuş, ona 150 manata futbol kuponu verə biləcəyini vəd edərək göndərdiyi 4127 2081 1193 1878 nömrəli bank kartına köçürülən 150 manat məbləğində pulu əldə etmiş, lakin vədinə əməl etməmişdir. Abşeron RPİ-nin TŞ-nin təhqiqatçısı, polis mayoru X21 tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında şəxs Abşeron rayon Polis İdarəsinin İTŞ-nin sahə rəisi, polis kapitanı Zərərçəkmiş şəxs5 Yusif oğlu protokolları müdafiə edərək Şəxs barəsində inzbati tənbeh tədbiri seçilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qismən qəbul edərək bildirdi ki, özünü təqsirli bilir və əməlindən səmimi peşmandır. Ona görə də barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında çıxış etmış müdafiəçi Xırdalan şəhər Vəkil bürosunun vəkili X16 təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 23:30 radələrində inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və sahə rəisini dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikasının İXM-nin 227-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdırılan hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs həbs növündə tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Azərbaycan Respublikasının İXM-nin 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. Azərbaycan Respublikasının İXM-nin 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərilməsi barədə məhkəmə qərar qəbul edir. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X11 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməldir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 23 gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Şəxs həbs etmənin əvvəli xx.xx.2023-cü il tarixdə, saat 23:30 dəqiqədən hesablansın. Qərarın icrası Abşeron rayon Polis İdarəsinə həvalə edilsin. İnzibati xəta törədən şəxs Şəxs məhkəmə iclasında 4 saat olmaqla, cəmi 24 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil bürosunun vəkili X11 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar