Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № 3(012)-2196/2025 15.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızı, X1 barəsində Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı ərazi Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokoldan verilmiş şikayət və ona əlavə olunmuş materiallara baxaraq Müəyyən etdim: X1 onun barəsində tərtib olunmuş Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı ərazi Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokoldan verilmiş şikayət və ona əlavə olunmuş materiallar Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət və ona əlavə olunmuş materiallar geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokol və ya digər sənədlər onu tərtib etmiş orqana, vəzifəli şəxsə qaytarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-nin 247.2-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə fiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, inzibati xəta haqqında protokol inzibati icraatın başlanması üçün tərtib edilən prosessual sənəddir, lakin inzibati məsuliyyət tədbiri və ya qərar hesab edilmir. Azərbaycan Respublikası İXM-nin: 53-cü maddəsinə əsasən, protokol icraatın başlanması haqqında sənəddir; 38 və 39-cu maddələrinə əsasən isə yalnız inzibati icraat zamanı qəbul edilmiş qərarlardan və ya hərəkətlərdən şikayət verilə bilər. Məhkəmə X3 tərəfindən verilmiş şikayətə münasibətdə qeyd edir ki, protokol özüözlüyündə heç bir hüquqi nəticə doğuran sənəd deyildir. Belə ki, protokol müvafiq qərar qəbul edilmədən barəsində inzibati iş üzrə icraat aparılan şəxs üçün heç bir hüquqi nəticə doğurmur, o cümlədən heç bir hüquqi məsuliyyət yaratmır, hüquqi nəticəni yaradan səlahiyyətli orqanın və ya vəzifəli şəxsin protokola uyğun olaraq qəbul edilmiş müvafiq qərarıdır. İnzibati xəta haqqında protokol müvafiq qərarın qəbul olunması mərhələsinə qədər iş üzrə müəyyən faktların toplanılmasını təmin edən sənəddir. Protokol inzibati cəza və ya inzibati qərar xarakteri daşımadığından, onun tərtibinə etiraza məhkəmə tərəfindən müstəqil qaydada baxıla bilməz. Belə ki, inzibati xəta haqqında protokol inzibati xəta haqqında işin həlli üçün zəruri olan məlumatları (iş üzrə icraatın iştirakçılarının izahatları və ifadələri, həmçinin təmin tədbirləri barədə məlumatlar da daxil olmaqla) əks etdirən sənəd olaraq inzibati delikt prosesi üçün sübut əhəmiyyətinə malikdir. Bu halda, şikayətçi yalnız inzibati xəta haqqında iş üzrə çıxarılacaq qərardan (cərimə, xəbərdarlıq və s.) şikayət verə bilər. Məhkəmə qərara münasibətdə qeyd edir ki, X3 xx.xx.2025-ci il tarixdə qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan xx.xx.2025-ci il tarixdə şikayət verərək qanunvericilikdə nəzərdə tutulmuş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətini ötürmüşdür. Həmçinin iş materiallarında şikayət verilməsinin ötürülmüş müddətinin bərpa edilməsinə dair vəsatətə rast gəlinməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 3 may 2019-cu il tarixli qərarına əsasən İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Bununla əlaqədar məhkəmə hesab edir ki, inzibati xəta haqqında şikayət və ona əlavə edilmiş materiallar onu tərtib etmiş şəxsə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 100, 106, 109 və 128-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: X1 onun barəsində tərtib olunmuş Azərbaycan Respublikası Əmlak məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı ərazi Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokoldan verilmiş şikayət və ona əlavə olunmuş materialları X2 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Məhkəmənin hakimi: Səfiyeva Cəmilə
Məhkəmə qərarları › İş №3(012)-2196/2025
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №3(012)-2196/2025
15.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver