Məhkəmə qərarları › İş №3(012)-2197/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2197/2020

27.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2197/2020 27.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ hakimi Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, X1nun iştirakı ilə, Bakı şəhəri, Binəqədi rayon Pİ-in DYPŞ-si tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərardan X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X3 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayon Pİ-in DYPŞ-si tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə, saat 10:13 radələrində SMS cazəsi ilə evdən çıxaraq 2018-ci il təvəllüdlü qızı Ruqayyəyə dərman almaq üçün Binəqədi rayonunda yerləşən atekə getmişdir. Avtobusda olan zaman polis nəfəri icazəsinin olub-olmamasını soruşan zaman telefonunda olan icazə sms-ni təqdim etmişdir. 3 saat ərzində ş»si bitirərək, evinə qayıtmışdr. xx.xx.2020-ci il tarixdə ona Abşeron Rayon İcra və probasiya şöbəsindən zəng gəlmiş, bildirdilər ki, xx.xx.2020-ci il tarixdə qaydaları pozuduğu üçün 100 manat cərimə edilmişdir. Həmin pulu qısa zamanda ödəməlidir. Elə həmin gün dərhal Abşeron Rayon İcra və Probasiya Şöbəsinə yaxınlaşmış və şöbədən ona şifahi məlumat vermişlər. Bundan sonra Binəqədi RPŞ-nə yaxınlaşmış və xx.xx.2020-ci il tarixdə qərarın və protokolun surətini almışdır. Qeyd olunan inzibati xətanı törətməmişdir. Buna görə Bakı şəhəri, Binəqədi rayon Pİ-in DYPŞ-si tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhəri, Binəqədi rayon Pİ-in DYPŞ-in nümayəndəsi təkrarən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Bakı şəhəri, Binəqədi rayon Pİ-in DYPŞ-in əməkdaşının iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsasız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Şikayət ərizəsində olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2020-ci il tarixli, TP ******* saylı inzibati xəta haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə edilmişdir. X4 X5 Alınması və Monitorinqi Sisteminə yəni 8103 SMS icazə sisteminin çıxarışından görünür ki, X3 respublika ərazisində qarantin rejimi ilə əlaqədar X4 X5 Alınması və Monitorinqi Sisteminə yəni 8103 SMS icazə sisteminə xx.xx.2020-ci il tarixdə, saat 10:13-də müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. X1 Bakı şəhəri, Binəqədi rayon Pİ-in DYPŞ-in xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarından razı olmadığını bildirərək, izahatında evdən çıxmağa icazəsi olduğunu bildirmişdir. Halbuki, Bakı şəhəri Binəqədi dairəsində xx.xx.2020-ci il tarixdə, saat 10:10-da saxlanılarkən şikayətçi karantin rejimi vaxtı ölkə ərazisi üzrə hərəkət etməyə icazəsi olmamış, olması barədə sənəd təqdim etməmişdir. Göründüyü kimi şikayətçi barəsində protokol tərtib edildikdən sonra respublika ərazisində qarantin rejimi ilə əlaqədar X4 X5 Alınması və Monitorinqi Sisteminə yəni 8103 SMS icazə sisteminə xx.xx.2020-ci il tarixdə, saat 10:13-də müraciət etmişdir. Buna görə də barəsində protokol tərtib edilmiş və həmin protokol əsasında qərar qəbul edilmişdir. Məhkəmədə müəyyən edimişdir ki, BDYPİ-in Azərbaycan Respublikası İXM-in 211-ci maddəsi ilə təqsirli bilinib 100 manat inzibati cərimə edilməsinə dair qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərar qanuni və əsaslıdır. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X3 Azərbaycan Respublikası İXM-in 211-ci maddəsi ilə təqsirli bilinib, 100 manat inzibati cərimə tətbiq edilməsinə dair Bakı şəhəri, Binəqədi rayon Pİ-in DYPŞ-in xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərarın ləğv olunmasına əsas olmadığına görə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tənbeh edilərək 100 manat məbləğində cərimə tətbiq edilməsinə dair Bakı şəhəri, Binəqədi rayon Pİ-in DYPŞ-si tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, İXP ******* saylı inzibati protokolu əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, TP ******* saylı qərardan X2 şikayəti əsassız olduğundan təmin edilməsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar