Məhkəmə qərarları › İş №3(012)-2197/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2197/2024

21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2197/2024 21.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Kərimova Firuzə Şahi qızının sədrliyi, Qarayev Cavid Nazim oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Ekoloji Nəzarət Postu tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Ekoloji Nəzarət Postu tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçi X2 və qərarından şikayət verilmiş orqana lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasına gəlməmiş (nümayəndəsini göndərməmiş), bunun səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə şikayətçi X1 və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin Ekoloji Nəzarət Postunin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli qərardan görünür ki, X3 barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş qərar ləğv olunmaqla başlanmış iş üzrə icraata xitam verilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, mübahisələndirilən qərar ləğv olunduğundan və iş üzrə icraata xitam verildiyindən şikayətçi X3 tərəfindən verilmiş şikayət rədd olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə qeyd olunanlara münasibətdə hesab edir ki, X1 inzibati xətanı törətməməsi ilə bağlı şikayəti üzrə mübahisələndirilən qərar əsasında iş üzrə icraata xitam verildiyindən sonuncunun verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti təmin edilməsin. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Firuzə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar