Məhkəmə qərarları › İş №3(012)-2198/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2198/2023

29.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2198/2023 29.11.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən şəxs Baş Dövlət Yol Polisi İdarəsinin Yol- Patrul Alayının İ Tağım YPX inspektoru polis baş serjantı X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1990-ci il tarixdə Azərbaycan ünvan 1ində anadan olmuş, Kürdəmir rayonu, Öyləqulu kəndi ünvanında yaşayan Şəxs Barəsində Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Xidməti Alayından daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 332.4-cü maddəsində nəzərdə inzibati xətanın törədilməsi haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Baş Dövlət Yol Polisi İdarəsinin Yol-Patrul Alayının İ Tağım YPX inspektoru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında tərtib olunmuş protokol ona əlavə olunmuş sənədlərlə birlikdə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan və ona əlavə olunmuş sənədlərdən görünür ki, Şəxs tərəfindən ünvan 2 ünvanında yaşayan, xx.xx.1981-ci il təvəllüdlü X1 idarə etdiyi Wolsvagen Amorok minik - 77PH135 dövlət qeydiyyat nişanlı avtomobillə 25 iyun 2023-cü il tarixdə Abşeron rayonun inzibati ərazisində maddi ziyan vurmuşdur. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs inzibat xətanın törədilməsində özünü tam təqsirli bilərək bildirdi,törətdiyi əməldən səmimi peşmandır, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı ödəyəcəyinə söz verdiyini bildirdi. İş materiallarında olan 25 iyul 2023-cü il tarixli, İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs tərəfindən ünvan 2 ünvanında yaşayan, xx.xx.1981-ci il təvəllüdlü X1 idarə etdiyi Wolsvagen Amorok minik -77PH135 dövlət qeydiyyat nişanlı avtomobillə maddi ziyan vurmuşdur. Bununla da barəsində İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə protokol tərtib edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-nin 332.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Şəxs inzibati xəta törətməsində təqsiri iş materiallarında olan sübutlarla tam sübuta yetirilir. Göründüyü kimi nəqliyyat vasitəsinin idarə etmək hüququ olmayan Şəxs nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq zərərçəkmiş şəxsə maddi ziyan vurmuş və nəticədə İXM-in 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətəlar Məcəlləsinin 332.4-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən avtomobili idarə etdiyinə görə etdiyi inzibati xəta nəticəsində zərərçəkmiş şəxsə maddi ziyan vurmağa görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədədnin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Azərbaycan Respublikasının İXM-nin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşiman olması və ziyanı ödəmək istəməsi məsuliyyəti yüngülləşdirən haldır. Şəxs məsuliyyətini ağırlaşdıran müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə, inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin , 114.2.1, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublika İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində ondan Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar