Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2198/2024 25.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X17 Ənvər qızının sədrliyi, Zərbəliyeva Leyla Mürşüd qızının katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X7, Qərardan şikayət vermiş şəxs X2 nümayəndəsi X3 iştirakları ilə, X2 Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin rəisi cənab Nizami Zeynalov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ******* saylı qərarının və həmin qərara əsasən hesablanmış 3000 manat cərimənin Azərbayccan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayətini onunla əsaslandırımışdır ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsi tərəfindən Sumqayıt şəhəri, Sumqayıt-Novxanı yolu ünvanında fəaliyyət göstərən “Narın qala'“ restoranının fiziki şəxsi X4 (VÖEN: **********) barəsində MN № ******* nömrəli xx.xx.2020-ci il tarixli “İnzibati xəta haqqında" qərar qəbul edilmişdir. Həmin qərara əsasən mən AR İXM-nə əsasən 3000 (üç min) manat cərimə edilmişdir. Qərar qanuni qüvvə almış və MN № ******* nömrəli xx.xx.2020-ci il tarixli icra sənədi verilmiş və 3000 (üç min) manatın X1 tutularaq dövlət nəfmə ödənilməsi müəyyən edilmişdir. O hər ay müqavilə əsasında 320 manat əmək haqqı alır. AR İXM-nin 150.7-ci maddəsinə əsasən tutma onun əmək haqqına yönəlmişdir. Barəsində təyin olunmuş cərimədən 50 manat ödəmişdir. AR Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 189 saylı qərarı ilə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadəni tənzimləyən hüquq norması xx.xx.2022-ci ildə ləğv edilmiş və hal-hazırda qüvvədə deyil. Belə ki, Nazirlər Kabinetinin sonuncu qərarı ilə açıq havada qoruyucu vasitələrdən istifadəyə görə inzibati tənbeh vermə ləğv edilmişdir. Bu səbəbdən də xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərar ləğv edilməlidir. Ona görə də Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin rəisi cənab Nizami Zeynalov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ******* saylı qərarının və həmin qərara əsasən hesablanmış 3000 manat cərimənin Azərbayccan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş şəxs Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi X11 protokola uyğun izahat verməklə X2 şikayətinin əsassız olduğunu, ləğv edilməsi tələb olunan qərardan bir dəfə də şikayət verildiyini, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində baxıldığını və həmin qərarın qüvvədə qaldığını, inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında şikayətçi X2 nümayəndəsi X5 şikayəti müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin rəisi cənab Nizami Zeynalov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ******* saylı qərarının və həmin qərara əsasən hesablanmış 3000 manat cərimənin Azərbayccan Respublikasının Nazirlər Kabinetinin qərarına əsasən ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin sədr müşaviri Sumqayıt RB-nin rəisi X12 tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X4 tərəfindən epidemiya əleyhinə rejimin sanitariya-gigiyena və karantin rejimlərinin pozulması nəticəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək, 100 manat məbləğində cərimə edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(105)-282/2021 saylı qərarından görünür ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən X8 04 noyabr 2020-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin təmin edilməməsi haqqında Abşeron Rayon Məhkəməsinin 3(012)-19/2021 saylı, 23fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, inzibati xəta törətmiş şəxs Süleyman Məmmədovun apellyasiya şikayəti təmin edilməmişdir. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Abşeron rayon İcra və probasiya şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X9 tərəfindən icra sənədi üzrə borclu X1 3000 manat məbləğində inzibati cərimə tutularaq dövlət büdcəsinə ödənilməsi barədə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, proses iştirakçılarını dinləyərək və işdə olan sübutları müqayisəli şəkildə tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli və mübahisələndirilən inzibati xəta haqqında qərar dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü naddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 12-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Belə ki, X2 şikayət verdiyi Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsi tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan əvvəl də şikayət verilmiş, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya məhkəməsində baxılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(105)-282/2021 saylı qərarına əsasən X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Sumqayıt Regional Bölməsinin rəisi vəzifəsini müvəqqəti icra edən X8 04 noyabr 2020-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətin təmin edilməməsi haqqında Abşeron Rayon Məhkəməsinin 3(012)-19/2021 saylı, 23fevral 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış, inzibati xəta törətmiş şəxs Süleyman Məmmədovun apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 134.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən, qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə şikayətin dəlillərinə münasibətdə hesab edir ki, X2 şikayəti əsassız olduğundan, sonuncunun verdiyi şikayət təmin edilməməli və mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133 və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 şikayəti təmin edilməsin. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X18
Məhkəmə qərarları › İş №3(012)-2198/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2198/2024
25.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver