Məhkəmə qərarları › İş №3(012)-22/2021

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-22/2021

23.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-22/2021 23.02.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, X2, katibliyi, X3 iştirakı ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Abşeron DYPŞ-nin xx xxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı protokolu əsasında qəbul edilmiş TP ******* saylı qərarından X3 şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: X4 şikayət ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Abşeron DYPŞ-nin onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə tənbeh edilərək 100 manat məbləğində cərimə edilməsinə dair xx xxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı protokola əsasən qəbul edilmiş TP ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 şikayəti onunla əsaslandırmışdır ki, xx xxxxxxx 2020-ci il tarixdə saat 20:20 radələrində Saray-Masazır istiqamətindəki yolun Duz gölünə çatmayan bir hərəkət zolaqlı hissəsində **-HT-*** dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil ilə hərəkətdə olarkən, sağa dönmə işığını yandırıb sağa dönmə əməliyyatını icra etmək istəsə də yan güzgüyə baxdıqda “Hyundai Accent” markalı avtomobilin onu sağdan ötmək istədiyini görmüşdür. Sağa dönəcəyi halda "Hyundai Accent" markalı avtomobil onun idarə etdiyi avtomobili sağ tərəfindən vuracağına görə toqquşmamaq üçün hərəkətini düz istiqamətdə davam etdirərək yolun sağ hissəsində saxlamışdır. Bu zaman ona uyğun olmayan yerdə sağ tərəfdən ötməyə çalışan "Hyundai Accent" markalı avtomobil onun dönmək istədiyi yoldan çıxan “X10” markalı avtomobillə toqquşaraq sürətini itirmiş və çox asta, təxminən 5- 10 km sürətlə onun avtomobilinin sağ arxa bamperinə dəyərək dayanmışdır. Hadisə zamanı aşağı dərəcədə zərərçəkən olduğu və avtomobilində zədə olmadığı üçün hadisə iştirakçısı olan digər sürücülərlə şifahi razılaşaraq hadisə yerini tərk etməli olmuşdur. xx.xx.2020-ci il tarixdə, axşam saatlarında Abşeron Rayon Yol Polis İdarəsinin polis leytenantı X5 zəng vuraraq, onu xx.xx.2020-ci il tarixdə Abşeron Rayon Polis İdarəsinə yaxınlaşmasını tələb etmişdir. Həmin gün barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-ci maddəsinə əsasən İXP ******* saylı protokol tərtib olunmuşdur. İXP ******* saylı protokol əsasında xx xxxxxxx 2020-ci il tarixli, TP ******* saylı İnzibati tənbeh vermə haqqında qərar qəbul olunaraq 100 manat məbləğində cərimə edilmişdir. Abşeron DYPŞ-nin xx xxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı protokolu əsasında qəbul edilmiş TP ******* saylı qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Abşeron DYPŞ-nin nümayəndəsi təkrarən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, şikayətə Abşeron DYPŞ-nin əməkdaşının iştirakı olmadan baxılması mümkündür. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsasız olduğuna görə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 130.2-ci maddəsinə əsasən 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdəb buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. İş materiallarına əlavə olunmuş xx xxxxxxx 2020-ci il tarixli, İXP 359667 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP ******* saylı qərarın surətindən görünür ki, X4 “Mercedes” markalı, **-HT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə və yol hərəkət qaydalarını pozaraq yol nəqliyyat hadisəsi yerindən yayındığına görə Azərbaycan Respublikası İXM-in 327.1 və 327.6-ci maddəsi ilə təqsirli bilinib, 100 (qırx) manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. X1 qəzanı törədən olmadığını, aşağı dərəcədə zərərçəkən olduğunu göstərsə də Abşeron DYPŞ tərəfindən tərtib edilmiş protokoldan görünür ki, X8 əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmiş və yol hərəkət qaydalarını pozaraq yol nəqliyyat hadisəsi yerindən yayınmışdır Məhkəmədə müəyyən edimişdir ki, Abşeron DYPŞ-nin X4 Azərbaycan Respublikası İXM-in 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinib 100 manat inzibati cərimə edilməsinə dair qəbul edilmiş TP ******* saylı qərarı qanuni və əsaslıdır. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X4 Azərbaycan Respublikası İXM-in 327.1 və 327.6-cı maddəsi ilə təqsirli bilinib, 100 (yüz) manat inzibati cərimə tətbiq edilməsinə dair Abşeron rayon Yol Polis İdarəsinin xx xxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş TP ******* saylı qərarın ləğv olunmasına əsas olmadığına görə şikayət təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: X3 Azərbaycan Respublikası İXM-in 327.1 və 327.6-cı maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat inzibati cərimə tətbiq edilməsinə dair Abşeron DYPŞ-nin xx xxxxxxx 2020-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən qəbul edilmiş TP ******* saylı qərardan X3 şikayəti əsassız olduğundan təmin edilməsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar