Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-22/2024 11.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş materiala Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclaında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə MN ******* nömrəli, 22 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən, 22 noyabr 2023-cü il tarixdə, saat 10:00-da Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 265 ünvanında yerləşən Şəxs MMC-yə məsus klinikada keçirilmiş planlı yoxlama zamanı sertifikasiyasız tibbi fəaliyyət (tibb bacısı Babayeva Vüsalə qızı) və lisenziyadan kənar iş və fəaliyyət (rentgenologi) aşkar edilmişdir. Bununla da Şəxs tərəfindın İXM-in 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. İlkin məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs direktoru X1 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, MMC-nin direktoru olduğu üçün sertifikasiya tələb olmasından xəbərsiz olmuşdur. Rentgenoloji sahə və avadanlıqla əlaqədar isə o, MMC-nin ünvanı ilə bağlı rəsmi çıxarış ala bilmədiyi üçün lisenziya əlavəsi üçün müraciət etməmişdir. O, fəaliyyət göstərdikləri müddətdə qanunsuz hər hansı əmələ yol verməmiş, inzibati xətanın baş vermə səbəbini qanunu bilməklə əlaqələndirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin səlahiyyətli orqanın nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli, 1317 nömrəli qərardan görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən Şəxs Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 265 ünvanında planlı yoxlama aparılması qərara alınmışdır. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri”ndən əldə edilmiş 17 noyabr 2023-cü il tarixli, KY232058931 nömrəli çıxarışdan görünür ki, yoxlayıcı orqan Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən Şəxs MMC-də xx.xx.2023xx.xx.2023-cü il tarixlərdə plandankənar yoxlamanın keçirilməsi reyestrdə qeydə alınmışdır. xx.xx.2023-cü il tarixli, 800 nömrəli özəl, tibb müəssis planlı (növbəti) yoxlama aktından görünür ki, keçirilmiş planlı yoxlama nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 265 ünvanında yerləşən Şəxsnə məxsus tibb müəssisəsində lisenziya şərtlərinə riayət olunmadığı, özəl tibb fəaliyyəti subyekti tabeliyində çalışan tibb mütəxəssislərin sertifikatsiyaya cəlb edilmədiyi və lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirildiyi müəyyən edilmişdir. Şəxs nümayəndəsi X2 göstərilən nöqsanlarla razı olmasını və 30 iş günü müddətində aradan qaldırılması ilə bağlı səy göstərəcəyini, sertifikasiya ilə bağlı isə direktoru olduğu üçün sertifikasiya tələb olmasından (qanunsuz tibb fəaliyyəti göstərdiyinə görə) xəbərsiz olmasını, rentgenologi sahə və avadanlıqla əlaqədar isə ünvan ilə bağlı rəsmi çıxarış əldə edə bilmdıyi üçün lisenziya əlavəsi üçün müraciətində məhdudluq yaranmasını bildirmişdir. Şəxs MMC-nin direktoru İlqar Babayevin xx.xx.2019-cu il tarixli 01 №-li əmrindən görünür ki, Vüsalə Babayeva ilə xx.xx.2019-cu il tarixdə müddətsiz olaraq əmək müqaviləsi bağlanaraq Şəxsnə tibb bacısı vəzifəsinə qəbul edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 24 may 2018-ci il tarixdə Şəxs MMC-yə verilmiş lisenziyaya əlavədən görünür ki, MMC-yə ambulator tibb xidmətinin aşağıdakı ixtisas növləri üzrə işlərin görülməsinə icazə verilmişdir: stamatalogiya, terapevtik stomatoloji, ortopedik stomatoloji, ortodontik stomotoloji. Fotoşəkildən görünür ki, klinikada olan otaqlardan birində xidməti istifadə üçün lisenziyadan kənar iş və fəaliyyət (rentgenoloji) quraşdırılmışdır xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, 22 noyabr 2023-cü il tarixdə, saat 10:00-da Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, 265 ünvanında yerləşən Şəxs MMC-yə məsus klinikada keçirilmiş planlı yoxlama zamanı sertifikasiyasız tibbi fəaliyyət (tibb bacısı Babayeva Vüsalə qızı) və lisenziyadan kənar iş və fəaliyyət (rentgenoloji) aşkar edilmişdir. Bununla da Şəxs tərəfindın İXM-in 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Nəticədə, Şəxs tərəfindən İXM-in 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Həmçinin həmin protokolun izahat hissəsində Şəxs direktoru X2 qeyd edilən nöqsanlarla razı olduğunu bildirmişdir. Məhkəmə, iş materiallarında olan sənədləri tədqiq edərək hesab edir ki, Şəxs təqsiri inzibati materialla tam sübuta yetirilir. “Lisenziyalar və icazələr haqqında Azərbaycan Respublikasının Qanuna əsasən: lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəddir. 4.1-ci maddəsinə əsasən lisenziya tələb olunan fəaliyyət növləri və icazələr (maliyyə bazarları sahəsində istisna olmaqla) yalnız bu Qanunla müəyyən edildikdən sonra müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarında əks edilir. Lisenziya tələb olunan fəaliyyət növlərini və icazələri müəyyən edən bu Qanundan və müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin, həmçinin müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziyaların və icazələrin alınmasından azadolma hallarının müəyyən olunmasına yol verilmir. Qanunun 1 nömrəli əlavəsinin Lisenziya tələb olunan fəaliyyət növlərinin (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) siyahısına əsasən Özəl tibb fəaliyyəti lisenziya tələb olunan fəaliyyət növüdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.5-ci maddəsinə əsasən, bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 215.1-ci maddəsinə əsasən, Tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə - fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. 215.4-cü maddəsinə əsasən Qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırılması zamanı Şəxs törətmiş olduğu əməl özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən, xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli, 800 nömrəli “Özəl tibb müəssisələrində planlı (növbəti) yoxlama aktından, əmək müqaviləsinin bildirişindən, MMC-yə məxsus klinikada lisenziyadan kənar fəaliyyətin həyata keçirilməsini təsdiq edən fotoşəkillərdən və inzibati xəta haqqında protokola əlavə edilmiş digər sənədlərlə sübuta yetirilmişdir. Bununla da, Şəxs tibb fəaliyyətlərinin həyata keçirilməsi qaydalarını pozaraq, inzibati xətaya yol vermişdir. Məhkəmə tərəfindən Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə MMC barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, hüquqi şəxsi xarakterizə edən halları, onun təqsirlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır və hesab edir ki, hüquqi şəxsin əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud olduğundan, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxsnə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan inzibati qaydada cərimə növündə tənbeh tətbiq olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 18.5, 114-115, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 6.000 (altı min) manat məbləğində cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov
Məhkəmə qərarları › İş №3(012)-22/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-22/2024
11.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver