Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2202/2025 25.09.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Hakim Kərimova Firuzə Şahin qızının sədrliyi, Abbasova Fatimə Ramil qızının katibliyi, X1 iştirakları ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.3-cü maddələri ilə inzibati cərimə edilməsinə dair Abşeron DYPŞ-nin TP ******* saylı, 06 sentyabr 2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Abşeron DYPŞ-nin xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar 327.1 və 327.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. X5 şikayət verərək qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X3 şikayət ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, 06 sentyabr 2025-ci il tarixdə, saat 13 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı ünvandan etibarnamə əsasında idarə etdiyi, **-YJ-*** dövlət nömrə nişanlı, “Hyundai Elantra” markalı avtomobillə Bakı şəhəri istiqamətdə yola çıxmışdır. Fikrət Əhmədov küçəsi ilə Heydər Əliyev prospekti yol kəsişməsində o, sola dönəcəkdi. Bu zaman Toyota Prius markalı avtomobil də Heydər Əliyev prospektindən Fikrət Əhmədov küçəsinə daxil olmaq istəyərkən sol tərəfində dayanıb onun görüşünü məhdudlaşdırdı. O, isə yolu görmədiyimdən avtomobili bir qədər irəli sürdü. Bu zaman sol tərəfdən digər avtomobillərin yaxınlaşdığını gördü və yolda təhlükəli vəziyyət yaratmamaq üçün Heydər Əliyev prospektinin Xırdalan dairəsi istiqamətində hərəkət hissəsinə daxil olub sola dönərək hərəkətini davam etdirdi. Həmin vaxt prospektdə Xırdalan şəhərindən Xırdalan dairəsi istiqamətində hərəkət edən digər avtomobillər də var idi. Təxminən 200-300 metr getdikdən sonra arxa tərəfdən **-YP-*** nömrə nişanlı Yol patrul xidmətinin avtomobili yaxınlaşaraq ona maşını saxlamağına göstəriş verdi. O da həmin an avtomobili yolun sağ tərəfində saxladı. Avtomobilə yaxınlaşan polis əməkdaşı özünü təqdim edərək İXM-nin 511-ci maddəsinin tələblərini pozduğunu və buna görə avtomobilin cərimə meydançasına aparılmalı olduğunu bildirdi. O, qeyd olunanlara etirazını bildirməyinə baxmayaraq, polis nəfəri təkidlə idarə rəislərinin göstərişinə əsasən idarəyə yaxınlaşmalı olduğunu və məsələnin Abşeron rayon Polis İdarəsində həll edilməli olduğunu bildirdi. O da avtomobili qeyd olunan yerə sürdü. İdarədə Polis kapitanı Tural Şəkərovun xidmət apardığı otağa çağırıldı və İXM-nin 511- ci maddəsinin tələblərini pozduğu, bundan başqa idarənin önündə dayanan polis əməkdaşlarının ona “saxla” əmrini verdiyini, onun isə avtomobili saxlamadığını, buna görə izahat yazmalı olduğu bildirildi. O isə qeyd olunanlara bir daha etiraz etdi və hadisə ilə bağlı izahat yazaraq “saxla” əmrinin nə vaxt və kim tərəfindən verildiyini görmədiyini izahatında qeyd etdim. Bundan sonra onu təqribən 1 saat idarənin həyətində gözlətdilər. Anası yaşlı və yorğun olduğundan onları evə yola salmaq istəyərkən qapıda xidmət aparan post patrul xidməti əməkdaşı polis serjantı Nəcəfov soyadlı şəxs qapıdan çıxmağına icazə vermədi və onun idarənin ərazisindən çıxmağına Tural Şəkərov tərəfindən məhdudiyyət qoyulduğunu bildirdi. O isə buna etiraz edərək heç bir məsuliyyət daşımadığını və əsaslı qərar olmadan heç kimin onun azadlığını məhdudlaşdırmaq hüququ olmadığını bildirsə də etirazları nəticəsiz qaldı. Belə olan halda o “102 Daxili İşlər Nazirliyinin zəng mərkəzinə” zəng edərək hadisə barədə qısa məlumat verdi. Təxminən 15 dəqiqə sonra onu otağa dəvət etdilər və “102 DİN zəng mərkəzinə” zəng edib-etmədiyini soruşdular. O da zəng etdiyini və hadisə barədə məlumat verdiyini bildirdii. Bundan sonra əvvəlcədən yazdığı izahatı tanımadığı şəxs cırıb zibil qutusuna atdı və qısa olaraq polisin ona saxla əmrini verdiyini, onun isə bunu görmədiyini, heç bir şikayəti olmadığını yeni izahatda yazmağını və sonra gedə biləcəyini dedi. O da izahatı o şəkildə yazdı. İzahatı yazdıqdan sonra tanımadığı şəxs mənə “50 AZN” ver maşını götür get” dedi. O da tələb olunan pulu verməyəcəyini bildirdim və sürücülük vəsiqəsini götürərək avtomobilə əyləşib idarənin həyətini tərk etdi. 25-30 dəqiqə sonra isə xx.xx.2025-ci il, saat 14:53-də İXM-nin 327.3-cü maddəsi ilə 100 AZN, 4 bal cərimə olunduğu mobil telefonuna daxil olan mesajla ona məlum oldu. “Yol-patrul xidməti haqqında Təlimatı’ın 4.3-cü maddəsinə əsasən, Patrul avtomobili və YPX inspektoru yol hərəkəti iştirakçıları üçün kifayət edəcək məsafədən görünən olmalıdır. YPX avtomobillərinin görüntünü məhdudlaşdıran hər hansı bir maneələrin (ağaclar, bina və qurğular, reklam lövhələri və s.) arxasında, o cümlədən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə dayanma, durma və parklanmanm qadağan edildiyi yerlərdə yerləşdirilməsi qadağandır. Qeyd olunan protokol əsassızdır və qanunsuzdur. Belə ki, ona konkret olaraq “saxla” əmri verilməmiş, yol polisinin verdiyi belə bir əmri ümumiyyətlə görməmişə və eşitməmişdir.Bundan başqa, heç bir sübut (video, foto, digər şahid ifadəsi) təqdim edilməmişdir ki, onun yol polisi əməkdaşının qanuni əmrinə qəsdən tabe olmadığımı təsdiqlənsin.Azərbaycan Respublikasının Konstitusiyasına və İnzibati Xətalar Məcəlləsinə əsasən, hər bir inzibati xəta sübutlarla təsdiqlənməlidir. Sübutlar olmadığı halda vətəndaşın məsuliyyətə cəlb edilməsi qanunsuzdur. Odur ki, şikayətin təmin olunmasını və inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Dövlət Yol Polisi Şöbəsinə lazımi qaydada rəsmi məlumat verilməsinə baxmayaraq qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbi barədə məlumat verməmişdir. Məhkəmə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı və şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan və ona əlavə edilmiş sənədlərdən görünür ki X3 TP ******* saylı qərar ilə Azərbaycan Respublikası İXM-in 327.1 və 327.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Belə ki, Azərbaycan Respublikası inzibati Xətalar məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-nin 61-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüqüqları vardır: İşin materialları ilə tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətindən istifadə etmək; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs İnzibati Xətalar Məcəlləsində müəyyən olunmuş digər hüquqlardan da istifadə edə bilər. İXM-nin 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlər barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasının təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. 327.1 maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə - fiziki şəxslər qırx manat məbləğində cərimə edilir. 327.3-cü maddəsinə əsasən Müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə - yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, baş vermiş hadisə üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmamışdır ki, bu da məhkəmədə işə baxılarkən Orxan Məmmədovun qeyd olunan inzibati xətanı törətməsinə şübhə yaradır. Habelə iş üzrə şəxsin təqsirli olmasına dəlalət edə biləcək sübut və əsas göstərilmədən Orxan Məmmədovun barəsində natamam araşdırma aparmaqla inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Səlahiyyətli orqan tərəfindən isə qeyd olunan xüsusatlar üzrə qanunvericiliyin tələblərinə uyğun araşdırmanın aparılmamış olması, araşdırma zamanı Orxan Məmmədovun hüquqlarının təmin edilməməsi, eləcə də iş üzrə toplanmış zəruri sübutların, inzibati icraat materialının təqdim edilməməsi sonuncunun əməlində sözügedən inzibati xətanın tərkib əlamətlərinin olmasına şübhə yaradır. Halbuki, qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın baş verməsini, eləcə də şəxsin təqsirliliyini sübuta yetirmək səlahiyyətli orqanın üzərinə düşür və inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, səlahiyyətli vəzifəli şəxs inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən səthi araşdırma aparmaqla, barəsində icraat aparılan şəxsin iştirakını təmin etməməklə, inzibati xətanın törədilməsini təsdiq edən hər hansı sübuta (videogörüntü və s.) istinad etməməklə şəxsin hüquqlarının pozulması ilə müşahidə olunan qərar qəbul etmiş, bu isə öz növbəsində X3 oğlunun şikayətinin qismən təmin edilməsinə, hazırki material üzrə tam, sonuncunun iştirakı ilə yenidən hərtərəfli, tam və obyektiv araşdırmanın təmin edilməsinə zərurət yaratmışdır Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Abşeron Rayon Dövlət Yol Polisi Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Şikayət digər hissədə təmin edilməsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Firuzə Kərimova
Məhkəmə qərarları › İş №3(012)-2202/2025
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2202/2025
25.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver