Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2205/2020 23.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsi hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, məhkəmə iclasının katibi Vəliyeva Nərmin Elçin qızının katibliyi, X3, Baş Dövlət X11 nümayəndəsi Nümayəndə iştirakları ilə, X3 EQ seriyalı, ******* saylı, EQ seriyalı, ******* saylı, EQ seriyalı, ******* saylı, EQ seriyalı, ******* saylı, EQ seriyalı, ******* saylı, EQ seriyalı, ******* saylı, EQ seriyalı, ******* saylı, EQ seriyalı, ******* saylı, EQ seriyalı, ******* saylı, EQ seriyalı, ******* saylı, EQ seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarların ləğvi barədə şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM : X5 şikayətlə məhkəməyə müraciət edərək, EQ seriyalı, ******* saylı, EQ seriyalı, ******* saylı, EQ seriyalı, ******* saylı, EQ seriyalı, ******* saylı, EQ seriyalı, ******* saylı, EQ seriyalı, ******* saylı, EQ seriyalı, ******* saylı, EQ seriyalı, ******* saylı, EQ seriyalı, ******* saylı, EQ seriyalı, ******* saylı, EQ seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarların ləğvi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 şikayət ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, o, Qarabağ müharibəsi veteranı və əlili olduğuna görə ona dövlət tərəfindən “Oka” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil verilmişdir. Həmin avtomobil bir müddət onun istifadəsində olmuş, 2011-ci ildə o, həmin avtomobili müvəqqəti olaraq idarə etməsi üçün etibarnamə əsasında tanışı ünvan 1 ünvanında qeydiyyatda olan X4 vermiş və həmin vaxtdan “Oka” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil Ə.Hüseynovun istifadəsində olmuşdur. Bir müddət sonra Ə.Hüseynov onunla əlaqəni kəsmiş və onun harada olduğunu bilməmişdir. Həmin müddətdə o, Əhliman Hüseynovu axtarsam da tapmadım. Ə.Hüseynova “Oka” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməsi üçün verdiyi etibarnamənin də müddəti qurtarmışdır.Bir müddət əvvəl istifadəsində olan olan mobil telefon nömrəsinə sms-lər gəlmiş və o, həmin sms-lərlə tanış olarkən ona məlum olmuşdur ki, ona məxsus həmin avtomobildən istifadə edilməklə müstəlif vaxtlarda yol-hərəkət qaydaları pozulmuş, buna görə də protokollar tərtib edilmiş və nəticədə həmin protokollar qüvvəyə mindiyinə görə qərarlar qəbul edilərək onun adına cərimələr yazılmışdır. Qeyd edir ki, həmin yol-hərəkət qaydaları ona məxsus avtomobildən istifadə edilməklə pozulsa da, onun iştirakı və təqsiri olmadan pozulduğundan onun adına tərtib edilmiş inzibati xəta haqqında protokollar üzrə qəbul edilmiş qərarların ləğv edilməsini xahiş etmişdir. X1 eyni məzmunda izahat verərək şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Baş Dövlət X11 nümayəndəsi Nümayəndə çıxış etməklə bildirdi ki, X3 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işlərə şəxsin iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İş materiallarında olan xx.xx.2020-ci il tarixli qərardan görünür ki, X2 şikayəti əsasında xx.xx.2020-ci il tarixdə nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarlar ləğv edilmiş, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1- 1-ci madəsində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə görə hər bir xəta üzrə 50 manat, İXM-nin 469.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə hər bir xəta üzrə 50 manat məbləğində cərimə növündə tənbeh tətbiq edilməsi qərara alınmışdır. X5 hazırda həmin qərarın ləğv olunmasını xahiş etmişdir. F.Poladovun şikayəti əsasında araşdırma zamanı həmin inzibati qərarın qəbul olunmasına əsas olan videogörüntülərə tərəflərin iştirakı ilə baxış keçirilmiş və görüntüdə xətanı törədən şəxsin əlində olan fiziki qüsurlarına görə X5 olmadığı müəyyən edilmişdir. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət qismən əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 115.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, qərar ləğv edilməli, inzibati xəta haqqında iş yenidən baxılması üçün Baş Dövlət Yol Polis İdarəsinə qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İXM-nin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 48-ci maddəsinə əsasən inzibati xəta haqqında hər bir işin hallarının vaxtında, hərtərəfli, tam və obyektiv surətdə araşdırılması inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələrinə aid edilmişdir. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-nin 135.1.1 -ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Azərbaycan Respublikası İXM-nin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə, iş üzrə tədqiq edilmiş subutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, X3 şikayəti qismən təmin edilməli, TP EQ seriyalı, ******* saylı, EQ seriyalı, ******* saylı, EQ seriyalı, ******* saylı, EQ seriyalı, ******* saylı, EQ seriyalı, ******* saylı, EQ seriyalı, ******* saylı, EQ seriyalı, ******* saylı, EQ seriyalı, ******* saylı, EQ seriyalı, ******* saylı, EQ seriyalı, ******* saylı, EQ seriyalı, ******* nömrəli, xx.xx.2020-ci il tarixli qərar ləğv edilməli və yenidən araşdırılması üçün qərarı qəbul edən Baş Dövlət Yol Polis İdarəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM : X3 şikayəti qismən təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1 və 469.3-cü maddələrilə qəbul olunmuş xx.xx.2020-ci il tarixli 016-66822A saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və baxılması üçün Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-2205/2020
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2205/2020
23.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver