Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2205/2024 15.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Giriş: Hakim Həsənov Vaqif İskəndər oğlunun sədrliyi, Ağazadə Yunis Şükür oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsinin inspektoru X4 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-in etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 324.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 324.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati məsuliyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt regional idarəsinin əməkdaşları tərəfindən 09 oktyabr 2024-cü il tarixində, saat 14:36-da Abşeron rayonu ərazisində (Mehdiabad-Fatmayi-Goradil şossesi ərazidə) xidməti vəzifələrini yerinə yetirdikləri zaman X5 idarə etdiyi Şəxs MMC-yə (VÖEN **********) məxsus Mersedes benz sprinter markalı 77JX762 dövlət nömrə nişanlı avtomaşını ilə buraxılış vəsiqəsi olmadan yük daşınma fəaliyyəti göstərməsi aşkar edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. İşin halları, təqdim və tədqiq edilmiş sübutlar: Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsinin inspektoru X7 tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, əlavə olaraq, izahatında göstərmişdir ki, yükün daşınmasına görə hər hansı gəlir əldə etmədiyinə, müstəsna olaraq müəssisəyə aid əşyaların daşınmasını həyata keçirdiyinə görə, buraxılış vəsiqəsi əldə etməlidir. Ona gör də Şəxs MMC-in barəsində inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-in etibarnamə üzrə nümayəndəsi X3 tərtib edilmiş protokola yazılı etiraz edərək, izahatında göstərmişdir ki, **-JX-*** dövlət nömrə nişanlı Mersedes benz sprinter markalı yük nəqliyyat vasitəsi ilə eləcə də “X10" MMC-nə məxsus istənilən digər yük nəqliyat vasitəsi ilə yalnız “X10" MMC-nin özünə aid (məxsus) olan əşyalar və sair yüklər daşınır, hər hansı kommersiya, yaxud digər təyinatlı, xüsusi təhlükəli yüklər daşınmır. Yəni, “X10" MMC və ya müəssisənin işçisi (sürücü) tərəfindən **-JX-*** dövlət nömrə nişanlı “Mersedes-Benz Sprinter” markalı yük nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü il tarixində saat 14:36 radələrində və ya hər hansı başqa vaxt yerinə yetirilən hər hansı daşıma üçün nə Şəxs MMC-nə, nə X6, nə də ki istənilən digər şəxsə daşınma haqqı ödənilməmişdir. Belə olduğu halda **-JX-*** dövlət nömrə nişanlı "Mersedes-Benz Sprinter" markalı yük nəqliyyat vasitəsi ilə yükün daşınmasına görə hər hansı gəlir əldə etmədiyinə, müstəsna olaraq müəssisəyə aid əşyaların daşınmasını həyata keçirdiyinə görə, buraxılış vəsiqəsi əldə etməsi tələb yaranmır. Ona görə də MMC barəsində başlanmış intibati icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli aktdan müəyyən olunur ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsinin inspektorları tərəfindən akt tərtib edərək, imzalamaqla təsdiq etmişlər ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt regional idarəsinin əməkdaşları tərəfindən 09 oktyabr 2024-cü il tarixində, saat 14:36-da Abşeron rayonu ərazisində (Mehdiabad-Fatmayi-Goradil şossesi ərazidə) xidməti vəzifələrini yerinə yetirdikləri zaman X5 idarə etdiyi Şəxs MMC-yə (VÖEN **********) məxsus Mersedes benz sprinter markalı 77JX762 dövlət nömrə nişanlı avtomaşını ilə buraxılış vəsiqəsi olmadan yük daşınma fəaliyyəti göstərməsi aşkar olunaraq barəsində protokol tərtib olunmuşdur. X2 izahat verməkdən imtina etmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Sumqayıt Regional İdarəsinin inspektorunun təqdim etdiyi bir ədəd SD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, Mersedes benz sprinter markalı 77JX762 dövlət nömrə nişanlı avtomaşının buraxılış vəsiqəsi olmadan yük daşınma fəaliyyəti göstərməsi müəyyən edilir. Sübutların qiymətləndirilməsi və hüquqi məsələlər: Məhkəmə proses iştirakçəlarının işin halları ilə bağlı verdikləri izahatları dinləyib, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək, o nəticəyə gəlir ki, “X10" MMC Azərbaycan Respublikası İXM-nin 324.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, iş üzrə toplanmış mötəbər sübutlarla onun həmin maddə ilə inzibati xəta törətməkdə təqsiri tam sübuta yetir və törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası İXM-nin 324.3-cü maddəsi ilə tövsif olunmuş, qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası qanununun 1.0.36-cı maddəsinə əsasən buraxılış kartı – buraxılış vəsiqəsi olan hüquqi şəxslər və ya fərdi sahibkarların mülkiyyət, icarə və ya istifadə hüququ ilə malik olduğu nəqliyyat vasitələrinə verilən, icazənin əlavəsi olan kartdır. «Avtomobil nəqliyyatı haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə görə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə haqsız rəqabət və inhisarçılığın qarşısının alınması, daşımaların təhlükəsizliyinin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunması məqsədilə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar bu Qanunun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) aşağıdakı icazələri almalıdırlar: 13.1.1. Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyri-müntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi; 13.1.2. ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi; 13.1.3. taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi; 13.1.4. taksi sifarişi operatoru fəaliyyətinə icazə; 13.1.5. avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə. Yuxarıda qeyd edilənlərdən aydın olduğu kimi buraxılış kartı buraxılış vəsiqəsi olan hüquqi şəxslər və ya fərdi sahibkarların mülkiyyət, icarə və ya istifadə hüququ ilə malik olduğu nəqliyyat vasitələrinə verilən, icazənin əlavəsi olan kartdır, X9 isə fiziki şəxs olmaqla bu inzibati xətanın subyekti deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 61.1.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin sübutlar təqdim etmək hüququ vardır. 76.1 -ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1 -ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Azərbaycan Respublikası ərazisində avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyicilərinin hər bir avtomobil nəqliyyatı vasitəsi üçün verilən “fərqlənmə nişanı” və vergi ödəyicilərinin öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünəməxsus yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri üçün verilən “xüsusi fərqlənmə nişanı” sözügedən Qanunun 3 nömrəli əlavəsi - “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”ndan çıxarılmış, əvəzində icazələrin siyahısına “ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi” əlavə edilmişdir. Yəni “fərqlənmə nişanı” və “xüsusi fərqlənmə nişanı” yüklərin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri üçün artıq icazə növü hesab edilmir. Hüquqi şəxs barəsində inzibati tənbeh tətbiq edərkən, məhkəmə Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmini və ya onun maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən onun maliyyə və əmlak vəziyyətini, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olmasını, habelə məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti yüngülləşdirən, həmin Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.3cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-nin 55.2 və 77.3-cü maddələrində nəzərdə tutulan məsələləri müzakirə edərək, məhkəmə qeyd edir ki, iş üzrə maddi sübut və məhkəmə məsrəfi yoxdur. Nəticə: Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 4851, 55, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 1200 manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Vaqif Həsənov
Məhkəmə qərarları › İş №3(012)-2205/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2205/2024
15.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver