Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2206/2024 17.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Qurbanova Səkinə Nadir qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon Pİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X2, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə xx.xx.1976-cı il tarixdə Samux rayonu, Alabaşlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2da yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron RPİ-dən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Pİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 6-69 saylı” Al market”dən Masazır kəndi, Ə.Əliyev küçəsi, ev 14-də yaşayan Zərərçəkmiş şəxs Camal qızının 400 manat dəyərində “Redmi 12C” markalı mobil telefonunu talamışdır. Məhkəmə iclasında Abşeron rayon Pİ-nin İTŞ-nin sahə rəisi, polis kapitanı X4 bildirdi ki, Abşeron rayonu, Masazır qəsəbəsi, Ə Əliyev küçəsi ev 14-də yaşayış Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng və Abşeron RPİ-nə ərizə ilə müraciət edərək, Xırdalan şəhəri ərazisindəki 61-69 saylı “Al market”dən ona məxsus Redmi 12 C markalı İMEİ-1 **********81703 və İMEİ-2 **********81711 kodlu mobil telefonun oğurlanmasını bildirmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2024cü il tarixdə Zərərçəkmiş şəxs məxsus Redmi 12 C markalı İMEİ-1 **********81703 və İMEİ-2 **********81711 kodlu mobil telefonun oğurlanmaqla, sonuncuya 400 manat məbləğində maddi ziyan vurmuşdur. Bununla əlaqədar araşdırma aparılmış, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, xx.xx.2024-cü il tarixdə işlədiyi 61-69 saylı “Al market”dən ona məxsus Redmi 12 C markalı İMEİ-1 **********81703 və İMEİ-2 **********81711 kodlu mobil telefonunu həmin mağazanın içərisində olan uşaq oyuncaqları bölümünə qoymuş və naməlum şəxs tərəfindən götürüldüyünü aşkar etmişdir. Sonradan video görüntüyə baxarkən hər tərəfə yalnız adını sonradan bildiyi Zərərçəkmiş şəxs keçdiyini müəyyən etmişdir. Hadisə nəticəsində ona 400 manat dəyərində maddi ziyan dəymişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs verdiyi izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, M.İbrahimov küçəsində yerləşən “Al market”dən qızı X3 ilə birlikdə ərzaq almaq üçün saat təxminən 13:00 radələrində getmişdir. Mağazadan 53 manat dəyərində ərzaq məhsulları alıb tanıdığı üçün həmin bazarlıını elə orada qoyub, 200 metr uzaqlıqda olan dükana toyuq almağa getmişdir. Qayıdıb gələrkən qapının yanında satıcı Səkinə ağlaya-ağlaya ona telefonunun kimsə tərəfindən götürüldüyünü demişdir. Həmin vaxt ondan başqa şəxslər də marketdə olmuşlar. Ona çantasına baxmasını təklif etdikdə, çantasını açıb göstərmiş, ondan şübhə etmədiyini bildirmişdir. Bundan sonra çıxıb getmişdir. Onun həmin vaxt mağazadan telefonu götürmədiyini, bu hadisənin ona aidiyyatı olmadığını bildirib, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil hüquqlarını müdafiə etdiyi şəxsin təqsirinin sübuta yetməməsi əsası ilə iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, X1 müraciəti əsasında toplanmış HK-1/9788 saylı araşdırma material üzrə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş, hadisə törədən şəxs müəyyən edilməmiş qalmışdır. Məhkəmə, tərəflərin izahatını dinləyib, işin materiallarını araşdırıb aşağıda göstərilənlərə əsasən hesab edir ki, Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, tərəflərin izahatlarından və protokol tərtib edən şəxsin təqdim etdiyi video görüntüdən göründüyü kimi mağazanın daxilində barəsində protokol tərtib edilən şəxsdən başqa, digər şəxslər də olmuşdur. Həmin vaxt zərərçəkənin hadisə yeri kimi göstərdiyi istiqamət birbaşa kamera görüntüsü altına düşmədiyindən hadisənin kim tərəfindən törədilməsi də kamera görüntüsünə düşməmişdir. Hadisə barəsində başqa bir sübut da iş materiallarında mövcud deyildir. Odur ki, hesab edirəm ki, şəxsin təqsiri sübuta yetirilməmiş hesab olunmalı və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə başlanılmış icraata xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Bununla yanaşı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında 03 (üç) saat olmaqla, cəmi 18 (on səkkiz) manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №3(012)-2206/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2206/2024
17.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver