Məhkəmə qərarları › İş №3(012)-2211/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2211/2020

14.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2211/2020 14.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron Rayon Polis İdarəsinin Qobu PB-nin sahə rəisi, polis mayoru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər inzibati məsuliyyətə cəlb olunmamış, Cəlilabad rayonu, M.Hüseyn küçəsi, ev 4, mənzil 42 qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsinin Qobu PB-dən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİM: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Abşeron Rayon Polis İdarəsinin Qobu PB-nin sahə rəisi, polis mayoru X4tərəfindən tərtib edilmişprotokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında dindirilmiş Abşeron Rayon Polis İdarəsinin Qobu PB-nin sahə rəisi, polis mayoru X5 bildirdi ki, xx.xx.2020-ci il tarixdə X3 məxsus Abşeron rayonu, Hökməli qəsəbəsində yerləşən fərdi yaşayış evinin hasarının çöl hissəsindəki 1 ədəd 120 manat dəyərində su sayğacını talamaqla nəticədə ona 120 manat ziyan vurmuşdur. xx.xx.2020-ci il tarixli Abşeron Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis kapitanı Anar Həsənov tərəfindən cinayət işinin başlanması rədd edilmişdir. Buna görə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən protokol tərtib edilərək məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasındadindirilmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsŞəxs inzibati xəta törətməkdə özünü təqsirli bilərək izahatında göstərdi ki, əməlindən peşmandır, dəymiş ziyanı ödəmişdir, iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan X2 ərizəsindən görünür ki, dəymiş ziyan ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində cinayət əməlinin tərkibi vardır. Azərbaycan Respublikasının İXM-nin 53.0.10-cu maddəsinə əsasən bu Məcəllənin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Ona görə də məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş şəxs Şəxs zərərçəkmiş şəxslə barışdığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 85, 114, 115 və 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İnzibati xətanı törətmiş şəxs Şəxs dəymiş ziyanı ödəməklə, zərərçəkmiş şəxslə barışdığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar