Məhkəmə qərarları › İş №3(012)-2213/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2213/2024

21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2213/2024 21.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1 Tələbkar: Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs iştirakları ilə Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğlunun iştirakları ilə xx xxxx 1992-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində yığıcı işləyən, Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, Yeni Məhəllədə qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala icra işi birlikdə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Abşeron rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru X2 tərəfindən tərtib edilmiş 21 oktyabr 2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol baxılaraq, hüquqi qiymət verilməsi üçün Abşeron Rayon Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Mirhəşimov Qəribağa protokolu müdafiə edərək bildirmişdir ki, Sumqayıt şəhər məhkəməsinin 30 yanvar 2019-cu il tarixli, 2(060)- 730/2019 nömrəli icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş, Şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat aliment və Şəxs hər ay 50 manat miqdarda maddi yardım 12 aprel 2020-ci il tarixədək tutulub, Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Sumqayıt şəhər İcra Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 29 mart 2019-cu il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir. Daha sonra Sumqayıt şəhər Məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(060)-4811/2024 nömrəli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2017-ci il tarixdə təvəllüdlü X7 və 01 iyun 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin 02 iyul 2024-cü il tarixdən başlayaraq tutulub Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Sumqayıt şəhər İcra Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 26 avqust 2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir. Sözügedən icra vərəqəsi üzrə borclunun 800 manat aliment borcu yaranmışdır. İcra sənədi üzrə bugünədək 650 manat məbləğində ödəniş edilmişdir. Bundan sonra borclu 21 oktyabr 2024-cü il tarixdə icra şöbəsinə dəvət olunmuş, izahatı alınmaqla icra sənədi ilə üzərinə qoyulmuş öhdəliyin icrasını təmin etməsi tələb olunsa da o, sözügedən icra vərəqəsi ilə bağlı heç bir icra hərəkəti aparmamışdır. Hazırda 2490 manat məbləğində ödənilməmiş aliment borcu vardır. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə tələbkar Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək göstərmişdir ki, borclu ilə aralarında razılıq əldə edilmişdır. Belə ki, borclu borclu icra vərəqəsindəki borcunu tam şəkildə ödəməsə də ona hər ay davamlı olaraq borcundan hissə-hissə ödəniş edə biləcək imkanının olduğunu bildirərək, tərtib olunmuş inzibati protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında iştirak edərək, tərtib edilmiş protokolla bağlı özünü qismən təqsirli bilir. Belə ki, birinci qətnamə üzrə aliment təyin edildikdən sonra yeniden ailəni bərpa edib uzun müddət bir yerdə yaşadıqlarını, bir uşaqlarının da olduğunu ailəyə özünün baxdığını bu durumda aliment ödəməli olmasını bilmədiyini, lakin hazırda borclu olduğu barədə məlumatlandırıldığını və tələbkarla aralarında razılığa gəlinərək, borcundan hissə-hissə ödəniş edə biləcək imkanının olduğunu bildirərək, tərtib olunmuş inzibati protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. X6-zadə məhkəmə iclasında çıxış edərək, tərəflər arasında razılıq əldə etdiyindən borclu barəsində tərtib olunmuş inzibati protokol üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və icra işinin tədqiq edilmiş sənədləri ilə müəyyən edildi: -Sumqayıt şəhər məhkəməsinin 30 yanvar 2019-cu il tarixli, 2(060)-730/2019 nömrəli icra vərəqəsinə əsasən iddia qismən təmin edilmiş, Şəxs xx.xx.2018-ci il tarixdən başlayaraq xx.xx.2017-ci il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 154 manat aliment və Şəxs hər ay 50 manat miqdarda maddi yardım 12 aprel 2020-ci il tarixədək tutulub, Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. -Sumqayıt şəhər İcra Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 29 mart 2019-cu il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir. -Sumqayıt şəhər məhkəməsinin 19 avqust 2024-cü il tarixli, 2(060)-4811/2024 nömrəli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2017-ci il tarixdə təvəllüdlü X7 və 01 iyun 2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 200 manat olmaqla, cəmi 400 manat sabit pul məbləğində alimentin 02 iyul 2024-cü il tarixdən başlayaraq tutulub Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Sumqayıt şəhər İcra Şöbəsinə daxil olmuş müvafiq icra vərəqəsi ilə bağlı 26 avqust 2024-cü il tarixdə icraata başlama haqqında qərar qəbul edilərək, tərəflərə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir. -Abşeron rayon İcra və Probasiya Şöbəsi tərəfindən 09 sentyabr 2024-cü il tarixdə "xxxx" MMC-nə ünvanlanmış məktuba əsasən borclu Şəxs əmək haqqının 70%-i məbləğində alimentin tutularaq, tələbkar Zərərçəkmiş şəxs bank hesabına köçürülməsi göstəriş verilməsi xahiş olunmuşdur.- -Zərərçəkmiş şəxs məhkəməyə ünvanlandığı ərizədən görünür ki, borclu ilə aralarında razılığa gələrək, tərtib olunmuş inzibati protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasda iştirak edən şəxsləri dinləyib, inzibati xəta haqqında işin materiallarını icra işi ilə birlikdə tədqiq edib və yuxarıda qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Şəxs hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi halların mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Qeyd. Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Sumqayıt şəhər məhkəməsinin icra sənədləri üzrə işə məhkəmədə baxılıb qərar qəbul edilənədək borclu tərəfindən tələbkarla məhkəmə qərarlarının icrası barədə razılıq əldə edilməsi nəzərə alınmalı və Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 4 iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğluna müvafiq hesablaşma hesabı üzərindən 24 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528-ci maddəsinin qeydinə əsasən inzibati məsuliyyətdən azad edilsin. Barəsində inzibati icraat aparılan Şəxs məhkəmə iclasında 4 saat dövlət hesabına olmaqla hüquqi yardım göstərmiş Xırdalan şəhər vəkil bürosunun vəkili Abbas-zadə Rəhim İsaq oğluna cəmi 24 manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar