Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2215/2024 22.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ X17 Ənvər qızının sədrliyi, Ələkbərov Nihad Hüseyn oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X12 Xidmətinin nümayəndəsi X5, Qərardan şikayət vermiş şəxs X7 iştirakları ilə, X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X15 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən barəsində xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərar verilmişdir. xx.xx.2024-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarda qeyd edilmişdir ki, “X6 LTD” Şirkətinin Azərbaycan Respublikasındakı filialının NKH və NS-nin işçisi X3 xx.xx.2024-cü il tarixdə xəsarəti ilə əlaqədar olaraq sex rəisi X15 tərəfindən sahədə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının pozulması və sağlam, təhlükəsiz əməyin mühafizəsi şəraitinin yaradılması təmin edilməmişdir. X2 tərəfindən İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114 və 115-ci maddələri rəhbər tutularaq, mən, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsinə əsasən, 700 (yeddi yüz) manat məbləğində cərimə olunmuşdur. “X6 LTD” şirkətinin Azərbaycan Respubikasındakı filialının NKH və NS-nin 4-cü dərəcəli əmtəə operatoru X8 xx.xx.2024-cü il tarixdə axşam saat 1930 radələrində işə gəlmiş və soyunub geyinmə otağında iş paltarlarını (geyim, ayaqqabı və dəbilqə) geyindikdən sonra əraziyə baxış keçirmişdir. O, əmtəə operatoru Əliyeva Sevinclə işlərini yerinə yetirməyə başlamış, anbar neftini vurduqdan sonra neftin vurulub-vurulmamasmı yoxlayan zaman, ayağı anbara gedən çirkli suları təmizləyən boruya ilişmiş və kanala yıxılmış, lakin yıxılma sürüşmənin təsirindən olmamışdır. Ayağı sözügedən boruya ilişərək sol ayağının diz (baldır) hissəsi daşa çırpılmış, sağ ayağı isə kanalın içindəki boşluğa düşmüşdür. Ü.A.Abbasova hadisə ilə bağlı ilk olaraq gecə növbətçisinə məlumat vermiş, daha sonra isə MediClub təcili tibbi yardım briqadası tərəfindən ona ilkin tibbi yardım göstərilmişdir. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin xx.xx.2024-cü il tarixli 3-17-5/3-2- 671/2024 nömrəli əmri ilə təyin edilmiş, tərkibində sədr X10-X12 Xidmətinin Bakı şəhər İdarəsinin məsləhətçisi-əmək müfəttişi və üzvlər, X14- “X6 LTD” şirkətinin Azərbaycan Respubikasındakı filialının SƏTƏM və MM departamentinin Əməyin mühafizəsi və təhlükəsizlik texnikası xidmətinin rəhbəri, X4- “X6 LTD” şirkətinin Azərbaycan Respubikasındakı filialının NKTfNS-nin Həmkarlar İttifaqı Komitəsinin sədri olan komissiya xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək həmin bədbəxt hadisənin təhqiqatını aparılmış və təhqiqat aktı tərtib edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında X12 Xidmətinin nümayəndəsi X11 protokola uyğun izahat verməklə faktla bağlı araşdırma aparıldığını və sübutlar toplanıldığını və tənbeh vermə haqqında qərar qəbul edildiyini, iş materiallarına əlavə edilmiş sənədlərdə də bunun öz əksini tapdığını bildirmişdir. Şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X15 şikayətinin məzmununa uyğun izahat verərək, şikayətinin təmin edilməsini, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X15 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsi ilə 700 manat məbləğində cərimə edilmişdir. X15 şikayətdə tərəfindən qeyd edilən pozuntunun törədilməməsini qeyd etsə də, bu barədə əsaslı dəlil məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında sənədlərin qarşılıqlı tədqiqi zamanı X15 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 199-cü maddəsinə işəgötürən tərəfindən işçilərin iş yerlərində sağlam və təhlükəsizlik əməyin mühafizəsi şəraiti ilə təmin edilməməsinə və ya kollektiv müqavilələrdə nəzərdə tutulan tədbirlərin yerinə yetirilməməsinə görə- yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə məhkəmə hesab edir ki, X15 tərəfindən İnzibati Xətalar Məcəlləsinin həmin maddəsində göstərilən inzibati xəta törədilmişdir. Həmçinin şikayət ərizəsində X15 tərəfindən həmin maddədə göstərilən inzibati xətanın törədilməməsi bildirilsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İnzibati Xətalar Məcəlləsinin yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. Həmin protokolla şəxsin inzibati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyada nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. X9 Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X7 şikayəti təmin edilməməli, barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-115- ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: X7 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. X20
Məhkəmə qərarları › İş №3(012)-2215/2024
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2215/2024
22.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver