Məhkəmə qərarları › İş №3(012)-2216/2023

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2216/2023

11.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2216/2023 11.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Qasımov Abusət Sahib oğlunun sədrliyi, Vəliyeva Nərmin Elçin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib edən icra məmuru Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Füzuli rayonunun, Veysəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Füzuli rayonu, Yuxarı Veysəlli kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Abşeron rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən Şəxs inzibati xəta törətməsi haqqında tərtib edilmiş MN ******* saylı protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında protokolu müdafiə edən Abşeron rayon İcra və Probasiya şöbəsinin icra məmuru Kənan Abdullayev protokolu müdafiə edərək bildirdi ki, Füzuli Rayon Məhkəməsinin 2(064)-158/2023 saylı, 17 iyul 2023-cü il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs qızıl-zinyət və digər əşyaların alınaraq, Zərərçəkmiş şəxs verilməsi qət olunmuşdur. Qeyd olunan icra sənədi üzrə borc 5564 manat təşkil edir. O, məhkəmədə barəsində inzibati xəta haqqında protokola baxılan ərəfədə tələbkara yaranmış borcundan 1000 manat ödəniş etmişdir. Hazırda onun bugünə olan borcu 4564 manat təşkil edir. Bunları nəzərə alaraq məhkəmədən qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, borclu icra vərəqəsindəki borcunu tam olaraq ödəməsə də ona verilən vaxt ərzində 1000 manat məbləğində pul ödəmişdir. Borclu ilə aralarında şifahi razılığa gəlindiyindən Şəxs şikayətçi olmadığını və onun barəsində olan inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs hazırki yaranmış borcundan 1000 manat ödəməsini, növbəti aylar üçün isə tələbkarla aralarında razılığa gəlinərək, borcundan hissə-hissə ödəniş edə biləcək imkanının olduğunu bildirərək, tərtib olunmuş inzibati protokol üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. X6 məhkəmə iclasında çıxış edərək, hüquqlarını müdafiə etdiyi Şəxs yaranmış borcunu imkanı daxilində icra etdiyindən barəsində tərtib olunmuş inzibati protokol üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Füzuli Rayon Məhkəməsinin 2(064)-158/2023 saylı, 17 iyul 2023-cü il tarixli icra sənədinə əsasən iddiaç Zərərçəkmiş şəxs məxsus - qızıl-zinət əşyaları: çəkisi 16 qram qiyməti 1280 manat olan 1 ədəd brilyant boyunbağı, çəkisi 8 qram qiyməti 640 manat olan 1 ədəd bilərzik, çəkisi 9 qram qiyməti 720 manat olan 1 cüt sırğa, çəkisi 5.4 qram qiyməti 432 manat olan bir ədəd üzük çəkisi 5.2 qram qiyməti 416 manat olan bir ədəd üzük, çəkisi 6 qram qiyməti 480 manat olan bir çüt sırğa, çəkisi 1.25 qram qiyməti 200 manat olan bir çüt sırğa, çəkisi 4 qram qiyməti 320 manat olan bir çüt sırğa, çəkisi 16 qram qiyməti 1280 manat olan bir ədəd boyunbağı, çəkisi 7 qram qiyməti 560 manat olan bir ədəd brilyant qaşlı nişan üzüyü, çəkisi 4 qram qiyməti 320 manat olan bir çüt sırğa, çəkisi 3 qram qiyməti 240 manat olan bir çüt sırğanın bir tayı 120 manat, çəkisi 7.6 qram qiyməti 76 manat olan bir cüt gümüş sırğa, çəkisi 8 qram qiyməti 80 manat olan bir cüt gümüş üzük, mebel əşyaları: qiyməti 364 manat olan bir ədəd şifoner, qiyməti 312 manat olan bir ədəd iki nəfərlik taxt, qiyməti 143 manat olan bir ədəd termo, qiyməti 117 manat olan bir ədəd kamod, qiyməti 299 manat olan bir ədəd stol-stul dəsti, qiyməti 676 manat olan bir ədəd servant, qiyməti 780 manat olan bir ədəd divan-kreslo dəsti, qiyməti 273 manat olan bir ədəd qorka, qiyməti 35,75 manat olan bir ədəd jurnal stolu, qiyməti 58,50 manat olan bir ədəd tək nəfərlik çarpayı, qiyməti 22,75 manat olan bir ədəd səyyar çarpayı, qiyməti 42,25 manat olan bir ədəd televizor altılığı, qiyməti 28,60 manat olan bir ədəd karniz, elektrik məişət əşyaları: qiyməti 33,15 manat olan bir ədəd ətçəkən, qiyməti 61,20 manat olan bir ədəd ütü, qab-qacaq: qiyməti 165 manat olan bir ədəd 6 nəfərlik yemək serviz dəsti, qiyməti 44 manat olan 2 ədəd xrustal qəndqabı, qiyməti 48 manat olan 1 ədəd 12 nəfərlik stəkan-nəlbəki dəsti, qiyməti 48 manat olan 1 ədəd 12 nəfərlik boşqab dəsti, qiyməti 24 manat olan bir ədəd sadə boşqab dəsti, qiyməti 32 manat olan 4 ədəd şüşə qəndqabı, qiyməti 45 manat olan 3 ədəd dəm çayniki, qiyməti 50 manat olan 2 ədəd minalı çaynik, qiyməti 120 manat olan 1 ədəd 6 dənəlik qazan dəsti, qiyməti 65 manat olan bir ədəd 3 dənəlik yeməksaxlama qabı, qiyməti 36 manat olan bir ədəd 24 nəfərlik sadə stəkannəlbəki dəsti, qiyməti 32 manat olan bir ədəd 12 nəfərlik çəngəl-qaşıq-bıçaq dəsti, qiyməti 48 manat olan bir ədəd 12 nəfərlik mətbəx dəsti, yatacaq ləvazimatı və yumşaq əşyalar: hər birinin qiyməti 158,4 manat olan 3 ədəd böyük xalça, hər birinin qiyməti 108 manat olan 2 ədəd kiçik xalça, qiyməti 140,40 manat olan 3 ədəd pərdə, qiyməti 64,80 manat olan 3 ədəd jalüz, qiyməti 77,76 manat olan 6 ədəd yastıq, qiyməti 194,40 manat olan 6 ədəd döşək, qiyməti 237,60 manat olan 6 ədəd yorğan, qiyməti 50,40 manat olan 2 ədəd yun ədyal, qiyməti 86,40 manat olan 2 ədəd ədyal (çarpayı örtüyü), qiyməti 36 manat olan 2 ədəd uşaq çarpayısı üçün örtük, qiyməti 25,92 manat olan 3 ədəd uşaq üçün yataq dəsti, qiyməti 34,56 manat olan 6 ədəd kiçik dəsmal, qiyməti 51,84 manat olan 6 ədəd böyük dəsmal, qiyməti 51,84 manat olan 12 ədəd çay dəsmalı, qiyməti 34,56 manat olan 8 ədəd yastıq üzü, qiyməti 17,28 manat olan 3 ədəd döşək ağı, qiyməti 46,08 manat olan 2 ədəd nazik taxt örtüyü, qiyməti 86.40 manat olan 3 ədəd qalın taxt örtüyü - naturada və ya bu mümkün olmadıqda onların dəyəri pulla cavabdeh Şəxs alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməsi qərara alınmışdır. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixdə Abşeron rayon İcra və Probasiya Şöbəsinin icraatına daxil olmuş və həmin tarixdə icraata başlanılaraq tərəflərə və aidiyyəti məhkəmələrə bu barədə məlumat verilmişdir. Şəxs xx.xx.2023-cü il tarixdə icra sənədi üzrə tələbi könüllü icra etməyəcəyi halda barəsində inzibati xəta barədə protokol tərtib edilərək məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs şəxsi məlumatlarından görünür ki, mülkiyyətində daşınar və ya daşınmaz əmlak yoxdur. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu, iş materiallarına əlavə edilmiş sənədləri, icra işindəki məlumatlarla birlikdə tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən Füzuli Rayon Məhkəməsinin 2(064)-158/2023 saylı, 17 iyul 2023-cü il tarixli icra sənədi üzrə icra hərəkətlər edilir, sonuncu tərəfindən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra edilməməsi müəyyən olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və yahərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcudolduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə- fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək, hesab edir ki, tələbkarın bildirdiyinə görə Şəxs borclu olduğu digər icra sənədi üzrə aliment ödəməsi, Şəxs ona verilmiş vaxt ərzində protokolun tərtib edilməsinə səbəb olmuş iş üzrə yaranmış borcundan qarşılıqlı razılığa uyğun olaraq 1000 manat məbləğində pulu ödəməsini, bundan başqa, tələbkarın borclunun qalan borcunu hissə-hissə ödəməsinə razı olmasını, barışığın əldə edilməsini, borclunun icra sənədini üzrsüz səbəbdən icra etməməsi məhkəmə baxışında öz təsdiqini tapmadığından, həmçinin borclu icra sənədini tələbkarla razılıqlarına uyğun olaraq icra etdiyindən şərait dəyişdiyi üçün onun barəsində tərtib olunmuş inzibati xəta haqqında materiala xitam verilməlidir. Barəsində inzibati icraat aparılan Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlinə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Barəsində inzibati icraat aparılan Şəxs məhkəmə iclasında 5 saat olmaqla, cəmi 30 manat məbləğində pul dövlət hesabına hüquqi yardım göstərmiş Xırdalan şəhər Vəkil Bürosunun vəkili X5 Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar