Məhkəmə qərarları › İş №3(012)-2218/2020

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2218/2020

14.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2218/2020 14.11.2020 ABŞERON RAYON MƏHKƏMƏSİ Mən, Abşeron Rayon Məhkəməsinin hakimi Quliyeva Sevinc Məhəmməd qızının, Vəliyeva Nərmin Elçin qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, inzibati tənbeh vermə barədə protokol vermiş Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X1 iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Bakı şəhəri, Nəsimi rayonu, M.Kaveroçkin küçəsi, ev 21, mənzil 107-də qeydiyyatda olan Şəxs barəsində Abşeron Rayon Polis İdarəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.6-ci maddəsi ilə inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 517- 2.6-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsi haqqında Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi polis mayoru X2 tərəfindən tərtib edilmiş protokol Abşeron Rayon Məhkəməsinə daxil olmuşdur. MN ******* saylı xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 21:30 radələrində Bakı-Sumqayıt yolu ərazisində ölkədə tətbiq edilmiş hərbi vəziyyətlə bağlı qaydaları pozmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 517-2.6-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törədilmişdir. Məhkəməyə inzibati tənbeh vermə barədə protokol vermiş şəxs Abşeron RPİ-nin İTŞ-nin sahə rəisi, polis mayoru X2 bildirdi ki, Ekoloji Nəzarət postunun YPX-nin baş inspektoru polis mayoru H.Abbasov tərəfindən tərtib edilmiş raporta əsasən xx.xx.2020-ci il tarixdə saat 21:30 radələrində komendant rejimi ilə əlaqədar olaraq bir nəfər Şəxs adlı şəxs ölkədə tətbiq edilmiş hərbi rejim qaydalarını pozmuşdur. Ona görə də barəsində Azərbaycan Respublikasının İXM-nin 517-2.6-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törətməsini qəbul edərək izahatında bildirdi ki, ölkədə tətbiq edilmiş hərbi rejim qaydalarını pozmamışdır sadəcə evə gedərkən yolda tıxaca düşmüşdür. Məhkəmə Şəxs izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 517-2.6-cı maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.6-cı maddəsinə əsasən hərbi vəziyyətin elan olunduğu ərazidə (ərazilərdə) tətbiq edilmiş xüsusi giriş-çıxış rejiminin, habelə yaşayış və ya olduğu yeri seçmək hüququna qoyulmuş məhdudiyyətin pozulmasına görə yüz manat məbləğində cərimə ediliməsini nəzərdə tutur. Bununla yanaşı məhkəmədə müəyyən edildi ki, Şəxs hərbi vəziyyət rejimini pozması üzürlü səbəblərdən olmuşdur. Belə ki, məhkəmə iş materiallarını da nəzərdən keçirərək müəyyən etdi ki, protokol tərtib olunmasına əsas olan raportdan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 21:30 radələrində radələrində Abşeron rayonu ərazisində olan Ekologiya Postunda saxlanılmış, protokoldan isə görünür ki, 21.02.radələrində hərbi vəziyyət rejimini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.6-cı maddəsinə əsasən hərbi vəziyyətin elan olunduğu ərazidə (ərazilərdə) tətbiq edilmiş xüsusi girişçıxış rejiminin, habelə yaşayış və ya olduğu yeri seçmək hüququna qoyulmuş məhdudiyyətin pozulması halları mövcud olmadıqda inzibati məsuliyyət yaranmır, bu hallar inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, həmçinin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.6-ci maddəsinə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biridə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs münasibətdə təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Bu səbəbdən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517- 2.6-cı maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə. QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-2.6-cı maddəsi ilə başlanmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Abşeron Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim : Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar