Məhkəmə qərarları › İş №3(012)-2219/2024

Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-2219/2024

22.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-2219/2024 22.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim: Qasımov Abusət Sahib oğlunun sədrliyi Məhkəmə iclasının katibi: Həsənli Salatın Etibar qızının katibliyi Prortokol tərtib etmiş şəxs: Abşeron Rayon Polis İdarəsinin X4 polis sahə rəisi X1 Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs: Şəxs Müdafiəçi: Xırdalan şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə xx xxxxxx 1981-ci il tarixdə Ağcabədi rayonunun, Qaraxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ağcabədi rayonunun, Qaraxanlı kəndində qeydiyyatda olan və Abşeron rayonu, Novxanı bağları, fərdi evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Abşeron Rayon Polis İdarəsi Saray Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron rayon Polis İdarəsi Saray Polis Bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Abşeron Rayon Polis İdarəsi X4 polis sahə rəisi, polis kapitanı Coşqun İsmayılov izahat verərək bildirdi ki, Şəxs 25 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng edərək, Gədəbəy rayonu ərazisində hərbi xidmətdə olan oğlu İlkinin döyülməsi ilə bağlı narazıçılığını bildirərək, təhqiredici ifadələr işlətməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı, yəni xırda xuliqanlıq əməlini törətmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Coşqun İsmayıllı məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək, bildirmişdir ki, 2006-cı ıl təvəllüdlü oğlu İlkin Fərzəliyev 2024-cü ilin yanvar ayında hərbi xidmətə çağırılmışdır. O, hazırda Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Gədəbəy rayonu ərazisindəki N saylı hərbi hissəsində əsgər kimi xidmətini davam etdirir. 25 sentyabr 2024-cü ıl tarixdə oğlu İlkin ona zəng edərək, hərbi hissədə qanunsuz olaraq N gün müddətində həbs verildiyi barədə məlumat vermiş, o, məlumatın həqiqiliyinin yoxlanılması məqsədi ilə dərhal hərbi hissə komandirinə zəng etmiş və eşitdiklərinin həqiqətə uyğun olub-olmamasını öyrənməyə çalışmışdır. Rəşad adlı hərbi hissə komandiri onun dediklərinə qulaq asdıqdan sonra məzuniyyətdə olmasını və hadisədən xəbərnin olmamasını bildirmişdir. Bundan sonra o, DİN-in “102" xidmətinə zəng edərək, Gədəbəy polisinin bu işə qarışmasını və oğlu İlkinin başına gətirilmiş qanunsuzluğun araşdırılmasını tələb etməsi nəticəsində polisi əməkdaşları və hərbi hissənin hüquqşünası hərbi hissəyə getmiş, lakin həmin vaxtdan bır neçə saat keçməsinə baxmayaraq hələ də məsələ oğlunun xeyrinə həll olmadığı üçün təkrar "102” xidmətinə zəng edərək, narazılığını bildirmişdir. O, hadisə vaxtı sərxoş olduğu üçün əsəblərini idarə edə bilməyərək, “102" xidmətinin xanım əməkdaşı ilə danışarkən DİN-in rəhbərliyinin və əməkdaşlarının ünvanına təhqiredici ifadələr işlətmişdir. O, əməlindən peşman olmasını bildirərək, barəsində həbslə bağlı olmayan tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Müdafiəçi Vəkil məhkəmə iclasında çıxış edərək, hüquqlarını müdafiə etdiyi Şəxs barəsində yüngül inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “İnzibati qaydada tutma haqqında” 22 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs azadlıq hüququ faktiki olaraq qeyd olunan tarixdən, saat 13:50-dən məhdudlaşdırılmışdır. “İnzibati xəta haqqında” 22 oktyabr 2024-cü il tarixli, MN ******* saylı protokoldan görünür ki, Şəxs 25 sentyabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 Xidmətinə zəng edərək, Gədəbəy rayonu ərazisində hərbi xidmətdə olan oğlu İlkinin döyülməsi ilə bağlı narazıçılığını bildirərək, təhqiredici ifadələr işlətməklə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı, yəni xırda xuliqanlıq əməlini törətmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş materialları nəzərdən keçirib, proses iştirakçılarını dinləyərək və toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə 03 (üç) ay müddətinədək müəyyən olunur və tətbiq edilir. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32-ci maddəsinə əsasən Şəxsnun ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini və peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. 33.1.7-ci maddəsinə əsasən inzibati xətanın sərxoş halda olan şəxs tərəfindən törədilməsi 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğində cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs ilə əlaqədar inzibati tənbeh tədbiq edərkən xətanın xarakterini, törədilmə şəraitini, əməlindən peşman olmasını, ictimai qaydanı əsaslı səbəb olmadan pozaraq nəlayiq və təhqiredici ifadələr işlədərək, xırda xuliqanlıq etməsinə səbəb yaradan hərəkətlər etməsini və içkili olmasını nəzərə alaraq, Şəxs və digər şəxslər tərəfindən gələcəkdə analoji halın təkrarlanmaması məqsədi ilə sonuncu barəsində həbs növündə inzibati tənbehin tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 03 may 2018-ci il tarixli, 202 saylı qərarına əsasən Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 06 manat məbləğində müəyyən edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 4 iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 24 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43-cü, 48-50-ci, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona 05 gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 22 oktyabr 2024-cü il saat 13:50-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Abşeron rayon Polis İdarəsinin İnzibati həbs olunanların saxlanılma Məntəqəsinə həvalə edilsin. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 4 iş saatı hüquqi yardım göstərdiyinə görə Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil müvafiq hesablaşma hesabı üzərindən 24 manat əmək haqqı Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Abusət Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar