Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-222/2021 27.01.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Nəcəfova Şövkət Hüseyn qızının sədrliyi, Nuruyeva Nüşabə Ələddin qızının katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Abşeron rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakları ilə xx xxxxxx 1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Abşeron Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx xxxxxx 2021-ci il tarixli inzibati xəta haqqında protokolda və ona əlavə olunmuş sənədlərdə göstərilmişdir ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-644/2019 saylı, xx xxxx 2019-cu il tarixli icra sənədinə əsasən xx xxxx 2016-cı il X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs tutularaq X3 ödənilməsi qət edilmişdir. Hal-hazırda borclunun 1030 manat aliment borcu vardır. Məhkəmə iclasında Abşeron Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 bildirdi ki, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-644/2019 saylı, xx xxxx 2019-cu il tarixli icra sənədinə əsasən xx xxxx 2016-cı il X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs tutularaq X3 ödənilməsi qət edilmişdir. Hal-hazırda Şəxs 1030 manat borcu var. İcra vərəqəsi üzrə borcluya bildiriş göndərilmiş, müxtəlif icra hərəkətləri aparılmış, Şəxs izahatı alınmışdır. Borclu Şəxs icra sənədini icra etməkdən yayınmasının üzrsüz səbəbdən olduğu müəyyən edildiyindən barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs aliment borcunu ödəməkdən boyun qaçırmadığını, ardıcıl ödənişlər etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında tələbkar X6 yaranmış borcun tam şəkildə ödənilməsini barəsində inzibati xəta haqqında iş üzrə icraatı aparılan şəxs Şəxs tələb etdiyini bildirdi. İş materiallarına əlavə olunmuş Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 644/2019 saylı, xx xxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən xx xxxx 2016-cı il X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 (bir yüz əlli dörd) manat sabit pul məbləğində alimentin cavabdeh Şəxs tutularaq X3 ödənilməsi qət edilmişdir. İş materiallarında olan məktublardan görünür ki, Şəxs adına heç bir əmanət hesabı, daşınmaz əmlak aşkar edilməmiş, pensiya alan şəxs və vergi ödəyicisi kimi qeydiyyatda yoxdur. İş materiallarında olan qəbzlərin surətlərindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən X3 xx xxxx 2020-ci il tarixdə 155,00 manat, xx xxxxxx 2020-ci il tarixdə 50,00 manat, xx xxxxxx 2020-ci il tarixdə 150,00 manat, xx xxxxxx 2020-ci il tarixdə 50,00 manat, xx xxxxxxxx 2020-ci il tarixdə 204,00 manat, xx xxxxxxx 2020-ci il tarixdə 154,00 manat, xx xxxxxx 2020-ci il tarixdə 165,00 manat, xx xxxxxx 2021-ci il tarixdə 170,00 manat məbləğində ödənişlər edilmişdir. Belə ki, Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası iləəlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, məhkəmə iclasında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunması üçün əsas vermir. Şəxs izahatından qətnaməni üzrsüz səbəbdən icra etməməsi görünmür. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən borcun ödənilməməsi onun inzibati məsuliyyətə cəlb olunması üçün hələ əsas deyil. Şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün qətnamənin üzrsüz səbəbdən icra edilməməsi faktı olmalıdır ki, materialda belə bir xüsusata rast gəlinmir. Belə olan halda, Şəxs icra məmurunun qanuni tələbini qəsdən yerinə yetirməməsi sübuta yetmir, buna görə də onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü, 105-115 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati icraata xitam verilsin. Qərardan onun təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Şövkət Nəcəfova
Məhkəmə qərarları › İş №3(012)-222/2021
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-222/2021
27.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver