Azərbaycan Respublikası adından QƏRAR Xırdalan şəhəri İş № 3(012)-222/2023 17.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Quliyeva Sevinc Məhəmməd qızının sədrliyi, Əhmədov Şəhriyar Eldar oğlunun katibliyi, Şikayət verən X3, Abşeron rayon Polis İdarəsi DYPŞ-nin polis baş serjantı X4 iştirakları ilə, İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 Abşeron rayon Polis İdarəsi DYPŞ-nin polis baş serjantı X6 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarın ləğvi barədə şikayətinə Abşeron rayonu, Xırdalan şəhərində Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron rayon Polis İdarəsi DYPŞ-nin polis baş serjantı X6 tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X7 şikayətini müdafiə edərək bildirdi ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin Abşeron rayon şöbəsinin İ X12 Xidməti İnspektoru Polis Baş X1 tərəfindən barəsində xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati elektron qərar qəbul edilmişdir. Həmin qərarda qeyd olunur ki, X7 xx.xx.2023-ci il tarixində, saat 10:27-də Chery Flaggloud minik markalı, 10SU688 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarının pozulması nəticədə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Nəticə etibari ilə o, həmin maddə ilə təqsirli bilinərək 40 manat miqdarında cərimə edilmişdir. Hesab edir ki, həmin qərar əsassız və qanunsuzdur. Belə ki, ondan sağda olan nəqliyyat vasitəsi qəflətən hərəkət zolağın dəyişərək, onun hərəkət ediyi hərəkət zolağına keçməsi nəticəsində avto nəqliyyat hadisəsi baş vermişdir. X9 İnspektoru araşdırma apararkən ərazidə olan kameraya baxış keçirilməsin tələb etsə də bundan imtina olunmuşdur. Hesab edir ki, barəsində tətbiq olunmuş inzibati tənbeh vermə haqqında qərar qanunsuzdur. Ona görə də Abşeron rayon Polis İdarəsi DYPŞ-nin polis baş serjantı X6 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarın ləğv edilərək inzibati xəta haqqında işə xitam verilməsini xahiş etdi. Məhkəmədə iştirak edən qərarından şikayət verilən Abşeron rayon Polis İdarəsi DYPŞ-nin polis baş serjantı X6 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 10.27-də Chery Flaggloud minik markalı 10 SU688 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən xx.xx.1984-cü ildə Cəbrayıl rayonundan anadan olmuş, hazırda Sumqayıt şəhəri, 15-ci məhəllədə yaşayan X7 Bakı-Quba yolunun 20-ci km-də Bakı istiqamətində hərəkət edərkən hava şəraiti nəzərə alınmaqla ara məsafəsi saxlamadığına görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan xətanı törətmişdir. Qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını iş üzrə olan materiallar əsasında yoxlayaraq hesab edirəm ki, şikayətin təmin edilməməsi haqqında qərar qəbul edilməlidir. Məhkəmədə araşdırma zamanı həm şikayət verən şəxsin, həm də protokol tərtib edən şəxsin izahatı alınmış, həm də hadisənin görüntülərini əks etdirən kamera görüntüsünə baxış keçirildikdən sonra müəyyən edilmişdir ki, X3 şikayəti əsassızdır. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 10.27-də Chery Flaggloud minik markalı 10 SU688 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.1984-cü ildə Cəbrayıl rayonundan anadan olmuş, hazırda Sumqayıt şəhəri, 15-ci məhəllədə yaşayan X7 tərəfindən Bakı-Quba yolunun 20ci km-də Bakı şəhəri istiqamətində hərəkətdə olarkən qarşıda olan ** DX *** dövlət qeydiyyat nömrəli "Mercedes ” markalı avtomobillə hava şəraitinə uyğun ara məsafəsi saxlamalı olduğu halda ** SU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü ara məsafəsini gözləmədiyi üçün onunla toqquşmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X2 inzibati xəta haqqında protokol ilə razı olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN Abşeron DYP-nin polis baş serjantı X4 TP ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X7 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmiş və barəsində 40 (qırx) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Belə ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanunun 50.1-ci bəndinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Həmin qanunun İİİ bəndinə əsasən sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti kəskin azaltdıqda və ya gözlənilmədən dayandıqda, onunla toqquşmanın qarşısını almaq mümkün olsun. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələblərinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Yuxarıdakılara əsasən hesab edirəm ki, X7 haqlı olaraq səlahiyyətli orqan tərəfindən məhz həmin Məcəllənin 327.1-ci maddəsilə düzgün olaraq inzibati qaydada məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 134.1 və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət baxıldıqda qərarın dəyişdirilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, istinad olunan maddi və prosessual hüquq normalarına və işin faktiki hallarına əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 09 yanvar 2023-cü il tarixdə ** SU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Bakı-Quba yolu istiqamətinə hərəkət edərkən qarşıda hərəkətdə olan nəqliyyat vasitəsinin arxa tərəfi ilə ara məsafəsi saxlama qaydalarını pozmaqla ** DX *** dövlət qeydiyyat nömrəli "Mercedes” markalı avtomobillə toqquşmuşdur. Həm də məhkəmədə hadisənin kamera görüntüsünə baxarkən müəyəyn olunmuşdur ki, şikayət verən şəxsin dediyi kimi qarşıda gedən ** DX *** dövlət qeydiyyat nömrəli "Mercedes”markalı nəqliyyat vasitəsi anidən onun qaşısına çıxmamışdır. Nəticədə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinin tələbinə uyğunsuzluq müəyyən edilmiş, ona görə də şikayət təmin edilməməli, Abşeron rayon Polis İdarəsi DYPŞ-nin polis baş serjantı X6 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-129 və 134-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X3 şikayəti təmin edilməsin. Abşeron rayon Polis İdarəsi DYPŞ-nin polis baş serjantı X6 tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli TP ******* saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sevinc Quliyeva
Məhkəmə qərarları › İş №3(012)-222/2023
Abşeron Rayon Məhkəməsi Qərar — İş №3(012)-222/2023
17.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver